Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan Demokratik Respublikası"Mirzə Hacızadə

Həyatı[redaktə]
O, Berlin Universitetinin kənd təsərrüfatı fakültəsini bitirmiş 1926- cı ildə doktorluq dissertasiyası müdafiə etmişdi. Nə qədər çalışsa da Azərbaycana dönə bilməmişdi. Mirzə bəy bir müddət Almaniyada yaşayandan sonra Türkiyəyə köçmüşdü. M. Hacızadə Türkiyədə yaşayan muhacirlərlə yaxından dostluq etmişdir. Hacızadənin Gəncədə yaşayan qohumları ona görə təqiblərə məruz qalmış, anası Sibirə sürgün edilmişdi. Sürgündən sonra anasına Gəncədə yaşamağa icazə vermədiklərinə görə Gədəbəydə yaşamış və orada da vəfat etmişdi. Türkiyədə səfərdə olan Maestro Niyazi ilə tanış olan Mirzə bəy Hacızadə Maestronun səyi və dəvəti ilə Azərbaycana gəlmək nəsib olsa da SSRİ təhlükəsizlik orqanları ona doğma Gəncəyə getməyə, Gəncə çinarları ilə pıçıldaşmağa, Göygöllə qucaqlaşmağa icazə Ardı »

"Azərbaycan Demokratik Respublikası"Cahangir Zeynaloğlu Əsərləri

Cahangir bəyin elmi fəaliyyəti Azərbaycan mədəniyyətinin tarixində müəyyən iz qoymuşdur. Onun tarix təhsili yox idi. Bununla belə, mütaliəsi, fitri istedadı, geniş dünyagörüşü sayəsində dövrünün savadlı adamlarından biri oldu. Bütün bunlar ona Azərbaycan tarixinin müxtəlif məsələlərini tədqiq etməyə imkan verdi.

Cahangir Zeynaloğlu İstanbulda çap olunmuş dörd kitabın – "Müxtəsər Azərbaycan tarixi", "Şirvanşahlar yurdu", "Tariximizin xanlıqlar dövrü" və "Atalar sözü (Xalqın sözü, haqqın sözü)" əsərlərinin müəllifidir. 1924-cü ildə nəşr olunmuş "Müxtəsər Azərbaycan tarixi" qədimlərdən başlayaraq 1920-ci ilədək olan dövrü əhatə edir. Azərbaycanın suverenliyi və müstəqilliyi ideyası kitabın ana xəttini təşkil edir. Bu, fəsillərin adlarında da aydın görünür: "Müstəqilliyin elan olunmasından əvvəlki dövr", "Atabəylərin müstəqilliyi Ardı »

"Azərbaycan Demokratik Respublikası"Azərbaycan Demokratik Respublikası - Ərazisi

Azərbaycan Cümhuriyyətinin ərazisi haqqında ilk dəfə İstiqlal bəyannaməsində bəhs edilmişdi. Həmin sənəddə göstərilirdi ki, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tamhüquqlu müstəqil dövlətdir, Lakin yenicə yaranmış Cənubi Qafqaz respublikalarının əraziləri və sərhədlərinin konkretləşdirilməsi ciddi problemlərlə qarşılaşdı. Azərbaycan və Erməni Milli Şuraları arasında sərhəd məsələləri üzrə danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasında müzakirə edildi. Səs çoxluğu ilə İrəvan Ermənistan Respublikasına güzəşt edildi və onun paytaxtı kimi tanındı. Həmin qərar qəbul olunarkən hər iki respublikanın gələcəkdə konfederasiya şəklində birləşəcəyi, Ermənistanın Qarabağın dağlıq hissəsinə olan əsassız iddiadan əl çəkəcəyi və başqa məsələlər nəzərə alınmışdı. Lakin tarix bu addımın yanlış olduğunu Ardı »

"Azərbaycan Demokratik Respublikası"Qafqaz İslam Ordusu Bakıda

Şərq Orduları Qrupu Komandanı Xəlil paşa və ikinci Bakı hücumunu idarə edən Türk Qafqaz İslam Ordusu Komandanı Nuru paşa 16 sentyabrda Güzdəkdəki müvəqqəti Ordu Qərargahından hərəkət edərək Bakıya daxil oldular. Komandirlər, əvvəlcə Qırmızı kazarmanın yaxınlığında saat 10.00-da təşkil olunmuş rəsmi keçid mərasimində iştirak etdilər.

Mərasimdə şəhərdəki asayişi təmin edən 56-cı alaydan başqa, cəbhədə döyüşən hərbi qüvvələrin hamısı iştirak etdi. Keçid mərasiminə podpolkovnik Süleyman İzzət bəy rəhbərlik edirdi. 5 və 15-ci piyada diviziyalarından 9, 10, 13, 38, 106 və 107-ci alaylar və süvarilər, eləcə də döyüşlərdə istifadə olunan 59 pulemyot və müxtəlif çaplı 50 ədəd top da iştirak edirdi. Qalib komandirlər at üstündə Ardı »

"Azərbaycan Demokratik Respublikası"Əlirza Atayev

Həyatı[redaktə]
Gəncə rus-tatar (Azərbaycan) gimnaziyasında təhsil almış, 1917-ci ildə Tiflis ali kurslarının tələbəsi olmuşdur. Təhsilini davam etdirmək üçün 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının təqaüdçüsü kimi 1-ci Moskva Dövlət Universitetinin tibb fakültesinə göndərilmişdir. Universiteti bitirdikdən sonra 3-cü Moskva Dövlət Universitetinin kafedrasında bir il ordinator işləmiş, sonra Azərbaycan hökuməti tərəfindən gənc mütəxəssislərdən ibarət qrupun tərkibində ixtisasını təkmilləşdirmək üçün Almaniyaya göndərilmiş, 2 il Leypsiq Universitetinin mamalıq-ginekologiya klinikasında çalışmışdır. 1925-ci ildə Bakıya qayıtdıqdan sonra qadın, ana və uşaqların sağlamlığının mühafizəsinə dair Azərbaycan dilində ilk dəfə məqalələr yazmış, 1000 sözdən ibarət mamalıq-ginekologiya terminləri lüğətini nəşr etdirmişdir.

Atayev 1936-ci ildə Azərbaycan Tibb İnstitutunun mamalıq və ginekologiya kafedrasının professoru Ardı »

"Azərbaycan Demokratik Respublikası"Əmir xan Xoyski Ailəsi

Əmir xanın həyat yoldaşı Əfşan xanım Azərbaycanda qalmışdı. O, Cənubi Azərbaycandakı Maku xanlarının nəslindən olan Cəfər xanın qızı idi. Əfşan xanım ərinin qaçmasından bir neçə ay sonra vəfat edir. Əmir xan Xoyskinin 10 yaşlı oğlu Cəfər və 12 yaşlı qızı Bəyim xanım atasız və anasız qalaraq qohumlarının himayəsində yaşayırlar. Bu zavallılar da böyüyəndə bütün Xoyskilər nəsli kimi təqiblərə və sürgünlərə məruz qalıblar. Öz familiyalarını da dəyişib Cahangirli soyadını daşımağa məcbur olmuşdular. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Azərbaycan Parlamentinin Tərkibi V hökumət kabineti: 24. 12. 1919 – 01. 04. 1920.

1. Nazirlər Şurasının sədri – N.Yusifbəyli (müsavat ).

2. Xarici İşlər naziri – F.Xoyski ( bitərəf ).

3. Hərbi nazir – S.Mehmandarov ( bitərəf ).

4. Daxili İşlər naziri – M.H.Hacınski 18. 09. 02. 1920- dən sonra M. Vəkilov (birincisi əvvəl Müsavat, sonra kommunist, M. Vəkilov – Müsavat).

5. Ədliyyə naziri – X.Xasməmmədov (Müsavat).

6. Maliyyə naziri – R.Kaplanov (Əhrar).

7. Maarif və Dini Etiqad naziri – H. Şahtaxtinski (05.03.1920-dən sonra N.Şahsurarov, hər ikisi-İittihad).

8. Əmək və Əməkçilik naziri – Ə.C.Pepinov (sosialist).

9. Yollar naziri, eyni zamanda Ticarət, Sənaye və Ərzaq üzrə müvəqqəti nazir – X. Məlikaslanov (18.02.1920-dən sonra ticarət, sənaye və ərzaq naziri – M.H.Hacınski ).

10. Poçt -Teleqraf Ardı »

"Azərbaycan Demokratik Respublikası"Qanunların qəbul edilməsi

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.

Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası vardı.

Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə – "Azərbaycan Parlamentinin nakazı (təlimatı)" əsasında idarə olunurdu.

M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətinə belə qiymət verirdi: "Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə Ardı »