Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan paytaxtlarıGəncə ümumi

Gəncə (tələffüzü (info)) şəhəri — Azərbaycanın, Bakı və Sumqayıt şəhərindən sonra üçüncü böyük şəhəridir. 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılmış, 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də 22 fevral 1935-cü ildə dəyişdirilərək şəhər Kirovabad adlandırılmışdır. 1989-cü ildə Gəncə adı bərpa edilmişdir. 24 yanvar 1939-cu ildən respublika tabeli şəhərdir.

Ərazisi 110 km², əhalisinin sayı 324 min 709 nəfərdir. Şəhər əhalisinin orta sıxlığı isə 2755 nəfər/km² təşkil edir.

Şəhər Gəncə çayı, Kür çayının cənubunda kənd təsərrüfatı cəhətdən zəngin bir ərazidə yerləşir. Gəncə uzun müddət Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmuşdur.

Gəncə Dövlət Unversiteti , Azərbaycan Dövlət Aqrar Unversiteti (ADAU), Azərbaycan Texnologiya Unversiteti (ATU) kimi unversitetlər, Ardı »

Azərbaycan paytaxtlarıTəbriz Sənayesi

Ağır sənaye[redaktə]
Təbriz İranın ən mühüm sənaye şəhərlərindəndir. Bu şəhərin məhsullarından sement, maşın alətləri, nəqliyyat vasitələri, petrokimyasal və çoxlu ayrı məhsulları ad aparmaq olar. Böyük sənaye komplekslərinden neçəsin aşağıda görə bilərsiniz:

Təbrizin maşın düzəldən fabriki, Maşın alətləri düzəldən fabrik.
İranın traktor düzəldən şirkəti, Çeşidli nəqliyyat vasitələri düzəldən şirkət.
Təbrizin petrokimyasal kompleksi, Ölkənin baş petrokimyasal komplekslərindən biri.
Təbrizin neft saflaşdırma zavodu
Təbrizin İran xodro şirkəti
Təbrizin rəxş xodro dizel şirkəti
Təbrizin Motojen şirkəti
Böyük şokolad fabrikləri
Təbrizin yemek sənayeləri, özəllikle şokolad düzəltməkdə, tanınmış və məşhürdürlar. Bünün üçün şəhərə İranın şokolad şəhəridə deyərlər.Böyük şokolad fabriklərinin bəzilərini aşağıda görə bilərsiniz:

Aydın
Anata
Şirin əsəl
Çiçək
Aysuda
Şokomad Ardı »

Azərbaycan paytaxtlarıBakıda yeraltı tikintilər

Аzərbаycаnın оrtа əsr şəhər və qаlаlаrındа еhtiyаt üçün tikilmiş yеrаltı gizli yоllаrın оlmаsı hаqqındа çохlu məlumаtlаrа təsаdüf еtmək оlur. Хаlq yаrаdıcılığındа yеrаltı gizli yоllаr hаqqındа çох dаnışılır. Təsаdüfi dеyil ki, şəhər və qаlаlаrın yеrаltı yоllаrı, хüsusi mаrаğа səbəb оlmаqlа yаnаşı, оnlаrın təsаdüfdən yаrаnmаdığı və rеаl həyаtа bаğlı оlduğu аydınlаşır. Bakı şəhərində müdafiə istehkamları tikilərkən, qala divarlarının əzəmətini, möhkəmliyini qoruyub saxlamaq və müdafiə sistemini asanlaşdırmaq üçün möhtəşəm bürclər və qala divarı boyu yeraltı yollar da qala divarının ayrılmaz hissəsi kimi inşa olunmuşdur.

İçərişəhərdə məhz bu məqsədlə şimal qala divarlarının daxili hissəsində əsgərlərin rahat hərəkəti üçün nəzərdə tutulmuş və Qoşa Qala Qapılarınadək uzanan yeraltı Ardı »

Azərbaycan paytaxtlarıTəbriz Şair və yazıçıları

Qətran Təbrizi
Hümam Təbrizi
Pərvin Etisami
Məhəmməd Hüseyn Şəhriyar
Əli Hüseynzadə Daşkın
Nəsir Paygozar
Səməd Sərdariniya
Seyid cəmal Torabi təbatəbaii
Nasir Rəhnəmai şəhsəvari
Məhəmmədəli Tərbiyət
Mirzə Tağıxan Rafət Təbrizi
İrəc Mirzə
Səməd Behrəngi Ardı »

Azərbaycan paytaxtlarıŞamaxı Məşhur adamları

Fələki Şirvani – şair , münəccim (1108, Şamaxı – 1146, Şamaxı)
Xaqani Şirvani – Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir (1126, Şamaxı – 1199, Təbriz)
İmadəddin Nəsimi – Azərbaycan şairi və hürufilik təriqətinin ən məşhur nümayəndələrindən biri (1369, Şamaxı – 1417 Hələb, (Suriya)
Qasım bəy Hacıbababəyov – memar (1812, Şamaxı – 1874, Bakı)
Zeynalabdin Şirvani – məşhur səyyah və coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair (1780, Şamaxı – 1838, Ciddə)
Seyid Əzim Şirvani – maarifçi – şair (10 iyul 1835, Şamaxı – 1888)
Mirzə Ələkbər Sabir – satirik – şair , (30 may 1862, Şamaxı – 1911, Şamaxı)
Məhəmməd Hadi – Azərbaycan romantizminin görkəmli simalarından biri , Ardı »

Azərbaycan paytaxtlarıNaxçıvan Orta əsrlər

Erkən orta əsrlərdə Naxçıvan inkişaf edir və böyüyürdü. Məhz bu dövrdə Naxçıvanda Sasani şahlarından III Yezdəgirdin hakimiyyəti zamanı (632 – 651) Naxçıvanda Yezidabad qalası inşa edilmişdir.

VI əsrin I yarısından Naxçıvanda Sasanilərə məxsus zərbxana fəaliyyət göstərməyə başlamışdır. Bu, Azərbaycanda ən qədim zərbxanalardan biri hesab edilir. Tarixçi – numizmat prof. Y. A. Poxomovun fikrincə, Sasani hökmdarlarının adından kəsilmiş “naxç” işarəli gümüş dirhəmlər Naxçıvan zərbxanasına məxsusdur. 625 – ci ildə Bizans imperatoru İraklinin (619 – 641) yürüşü nəticəsində dağıdılan Atropatena – Adərbayqan şəhərlərindən biri də Naxçıvan olmuşdur.

654 – cü ildə isə Naxçıvan xəlifə Osman ibn Affanın (644-656) hökmranlığı zamanında ərəblər tərəfindən tutulmuşdur. Ərəb əmiri Ardı »

Azərbaycan paytaxtlarıBakı teleqülləsi

Bakıda yerləşən, 310 metr hündürlüyə sahib Azərbaycan Televiziya Qülləsi SSRİ Nazirlər Sovetinin qərarı və Azərbaycan SSR Rabitə nazirliyinin sifarişi ilə inşa edilmişdir. Layihəsi SSRİ Rabitə Nazirliyinin Layihə İnstitutuna məxsus olan teleqüllənin tikinti işləri 1979-cu ildə başlamışdır. Layihəyə əsasən, 1985-ci ildə teleqüllənin tikintisi başa çatmalı idi, lakin müəyyən səbəblərə görə, kompleksdəki inşaat işləri dayandırılmışdı. Sabiq prezident Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra, 1993-cü ildə inşaat işləri yenidən başlamış və 1996-cı ildə onun iştirakı ilə komleksin rəsmi açılış mərasimi keçirilmişdir. Ardı »

Azərbaycan paytaxtlarıBakı Tarixi

Abşeron yarımadası ərazisində tapılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Suraxanı,Əmircanvə s. yerlərdə e.ə. III-I minilliklərə aid arxeoloji abidələr tapılmışdır.

Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış V-VII əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğundan xəbər verir. V-VI əsr mənbələrində Bakı "Bağavan" və "Atəş-i Baquan", ərəb mənbələrində (X əsr) "Bakuyə", "Bakuh", "Baku", rus mənbələrində (XV əsr) "Baka", Səfəvilər dövrü fars dilli mənbələrdə "Badi kubə" adlandırılır.bu da tərcümədə küləklər şəhrəri anlamına gəlir.

Tarixən Bakı Şərqin iri şəhərlərindən olub. Şəhər Ardı »