Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Həmzə Mirzə SəfəviTürkman və təkəli əyanlarının qiyamı

Hökumət əleyhinə çıxışda Məhəmməd xan Türkmana və Vəli xan Təkəliyə Fars hakimi (əmir əl-üməra) Ümmət xan Zülqədər də qoşuldu. Beləliklə, şah Məhəmmədin və onun oğlu Həmzə Mirzənin qarşısında indi türkman, təkəli və zülqədər tayfalarının birləşmiş qüvvələri dururdu. Həm də qiyamçı qoşunlar artıq mərkəzi hökumətin nəzarəti altında olan qüvvələrdən üstün idilər. Buna görə də şah və Həmzə Mirzə qiyamçı əmirlərlə toqquşmadan çəkinməyə və barışıq əldə etməyə cəhd göstərdilər. Onlar öncə ustaclı və şamlı əmirlərinin rəhbər vəzifələrdən qovulmasını şərt kimi irəli sürdülər239. Həmzə Mirzənin qiyamçıların arasına təfriqə salmaq cəhdi baş tutmadı. Qiyamçılar danışıqlar aparmaq üçün onların yanına göndərilmiş Həbib bəy Zülqədəri öldürdülər, digər Ardı »

Həmzə Mirzə SəfəviHəmzə Mirzənin “ali divanın vəkili” təyin edilməsi

1578-ci ildə II Şah İsmayılın ölümündən sonra Qəzvin sarayında gərgin vəziyyət yaranır. Qızılbaş tayfaları (bir tərəfdən ustaclı və şamlı, digər tərəfdən, türkman və təkəli) arasında qanlı düşmənçilik tezliklə yeni qüvvə ilə alovlanacaq vəziyyətə gəlir. Lakin vəzir Mirzə Salman və çox nüfuzlu, müdrik şəxs olan Xəlil xan Əfşar toqquşmaların qarşısını dərhal almaq qərarına gəlirlər. Qəzvinin saray meydanına ən böyük əyanlar və tayfa əmirləri çağırılır. Burada türkman tayfasının qoca başçısı Əmir xanla ustaclı tayfasının gənc rəhbəri Pirə Məhəmməd xanın “barışdırılması” hadisəsi baş verir. İskəndər bəy Münşinin təbirincə desək, onlar “ata və oğul” müqaviləsi bağladılar. Digər əmirlər də onlardan nümunə götürdülər. Sonra taxt-tac varisi Ardı »

Həmzə Mirzə SəfəviSəfəvi-Osmanlı müharibəsində iştirakı

1578-ci ildə Səfəvilər və Osmanlı dövləti arasında vəziyyət gərginləşmişdi. Türk sultanı bu yürüşdə şəxsən iştirak etməyi lazım bilmədi. Buna görə də Səfəvilər də qərara aldılar ki, qızılbaş qoşunlarına şahın özü deyil, onun oğlu, türklərlə mübarizədə sərkərdəlik istedadı nümayiş etdirmiş Həmzə Mirzə başçılıq edəcəkdir. O, İraq, Fars və Kirmanın yığma qoşunu (ləşkər) ilə Azərbaycanın cənub hissəsinə gəlməli və yerli qoşunların birləşərək “mühafizə və müdafiə üzrə zəruri tədbirlər” görməli idi. Dövlət işləri əməli olaraq şahın arvadı Xeyrənnisə bəyimin əlində olduğuna görə, o da (öz oğlundan ayrılmağın onun üçün çətin olduğuna əsaslanaraq) bu yürüşdə iştirak edirdi. Sentyabrın 27-də Həmzə Mirzə öz anası ilə Qəzvindən Ardı »

Həmzə Mirzə SəfəviTürkman və təkəli tayfalarının qiyamının başlanması

Həmin dövrdə bütün Şirvan və Çuxursəəd vilayəti osmanlı qoşunlarının əlində idi. Şah hökuməti bütün qüvvələri səfərbərliyə alıb, düşmən basqınının dəf olunmasını təşkil etmək və düşmənin ölkənin içərilərinə sonrakı irəliləməsinin qarşısını almaq əvəzinə, hicri 993 (1585)-cü ilin qışında və yazında öz vaxtını Təbrizdə fitnə-fəsadlara və əyləncələrə sərf etdi. Təbriz vilayətinin bəylərbəyisi Əmir xan Türkman 12 min nəfərlik tayfasının tam heyəti ilə şəhərdən çıxdı. Şahı və Həmzə Mirzəni qarşılamaq üçün Miyanəyə gəldi. Şah Məhəmməd və Həmzə Mirzə üçün Təbrizdə təşkil etdiyi təntənəli qəbul şah və şahzadənin yanında Əmir xanın nüfuzunu xeyli artırdı. Qeyd etmək lazımdır ki, bu dövrdə Həmzə Mirzənin artıq on səkkiz Ardı »

Həmzə Mirzə Səfəvi1585-ci ildə Təbriz şəhərinin Osman paşa qoşunlarından müdafiəsi

Bütün Azərbaycanı ələ keçirmək arzusunda olan Türkiyə sultanı, döyüşkən Özdəmir oğlu Osman paşanı Şirvandan geri çağırdı. Böyük ordunu onun sərəncamına verdi və onu Şərq yürüşünün başçısı təyin etdi217. Hicri 993 (1585)-cü ilin əvvəlində Osman paşa Ərzurumda Azərbaycana basqın etməyə hazırlaşmaqla məşğul oldu. 1585-ci ilin yayında şah və Həmzə Mirzə Qarabağ yaylaqlarında idilər və günlərini eyş-işrətdə keçirirdilər. Türklərin Çuxursəəddən sıxışdırıb çıxardığı Məhəmməd xan Toxmaq da öz qoşunu ilə burada onlara qoşuldu. Onlar yaylaqda ikən Osman paşanın basqın xəbərini aldılar və bu, şah sarayında çaşqınlığa səbəb oldu. İndi düşmən yaxında idi və artıq gerçəkliyi inkar etmək mümkün deyildi. Buna görə də Qarabağdan bütün Ardı »

Həmzə Mirzə SəfəviHəmzə Mirzənin Təbrizdəki Osmanlı qalasını ələ keçirmək cəhdləri

Təbrizə qayıdan Həmzə Mirzə öz qarşısında xarabalıqlar gördü. İskəndər bəy Münşi Təbrizi belə təsvir edir: “Zər və mavi rənglə bəzədilmiş bütün evlər, şəkillər çəkilmiş qapılar və pəncərələr çıxarılmış, oduncaq əvəzinə işlədilmişdi”; “Öz gözəl bağları ilə məşhur olan şəhərdə ağac qalmamışdı; hamısını kəsib yandırmaq üçün qala hərbi hissəsinə göndərmişdilər”; “Çoxminli yaraşıqlı binalrdan, orta təbəqədən olan adamın yaşaması üçün yararlı olan bir ev belə salamat qalmmışdı”; “Dükanlar, kaşılarla işlənmiş ikimərtəbəli evlər, hamamlar xarabalığa dönmüşdü...”. Hər yerdə - küçələrdə, bazarlarda, evlərdə öldürülmüş təbrizlilərin meyitləri qalmışdı. Gediş-gəlişli, “kefli və əyləncəli” şəhər olan Təbriz, tarixçiyə tərk edilmiş, ölü şəhər kimi görünmüşdü. “Bütün bunlara bir dəfə baxmaqla Ardı »