Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Borçalı distansiyasıƏrazisi

Distansiyanın şimal, qərb və qismən cənub hissələrində kifayət qədər hündür dağlar yerləşir, şərq hissəsi isə çoxlu təpəlikləri olan geniş düzənliklərdən ibarət idi. Distansiyanın şimalında və qərbində yerləşən dağlar sıx meşələrlə örtülü idi.

Dağlar:
Babaqar dağları: Ləlvar kəndindən Sınıq körpüyədək uzanırdı.
Düzənliklər: Ardı »

Borçalı distansiyasıGürcüstan quberniyasının ləğvinədək 1840

184010 aprel; Gürcüstan quberniyası ləğv edildi və onun keçmiş bütün əraziləri yeni yaradılmış Gürcüstan-İmeretiya quberniyasının tərkibinə verildi. Yeni yaradılmış Gürcüstan-İmeretiya quberniyası inzibati cəhətdən 11 qəzaya bölündü: Tiflis, Kutais, Qori, Telav, Balakən, Yelizavetpol, İrəvan, Naxçıvan, Axalsıx və Quri qəzaları. Ləğv edilmiş Borçalı distansiyasının çox hissəsi Tiflis qəzasına, qalan qismi isə ləğv edilmiş Qazax, Şəmşəddil və Pəmbək-Şörəyel distansiyaları ilə birlikdə Yelizavetpol qəzasına daxil edildi. Ardı »

Borçalı distansiyasıBorçalı Sərhədləri

Məxəzlərdə Borçalı distansiyasının sərhədləri haqqında müəyyən qeyri-müəyyənlik vardır. Bu xüsusiylə distansiya haqqında geniş məlumatları əhatə edən 1836-cı ildə Sankt-Peterburq şəhərində nəşr edilmiş, 4 hissəli "Qafqaz arxasındakı rus mülklərinin statistik, etnoqrafik, topoqrafik və iqtisadi münasibətlərinin icmalı" əsərində özünü biruzə verir:

II hissə, 267-ci səhifədə verilən təsvirə əsasən: Borçalı distansiyası şimalda Tiflis və Qori qəzaları, şərqdə Sığnaq qəzası və Qazax distansiyası, cənubda Pəmbək-Şörəyel distansiyası, qərbdə isə Osmanlıya məxsus Qars paşalığı və Ahısqa paşalığı ilə həmsərhəd idi.
I hissə, 307-ci səhifədə verilən təsvirə əsasən: Sığnaq qəzası şimalda Car-Balakən vilayəti, şərqdə İlisu sultanlığı və Yelizavetpol dairəsi, cənubda Şəmşəddil distansiyası və Qazax distansiyası, qərbdə isə Telavi qəzası ilə Ardı »

Borçalı distansiyasıTarixi hadisələrin xronologiyası

Kürəkçay müqaviləsinədək
180116 fevral; General-mayor Lazarev İvan Petroviçin əmri ilə Tiflisdəki Sioni məbədinə yığılmış gürcü əyanlarına Rusiya imperatoru I Pavelin 18 dekabr 1800-cü il tarixində imzaladığı Kartli-Kaxetiya krallığının birdəfəlik Rusiya İmperiyasına birləşdirilməsi haqqında manifest oxundu. Ardı »

Borçalı distansiyası1801 - ci il

17 fevral; Tiflis şəhəri əhalisinin çoxunu təşkil edən erməni dinindən olanlar üçün Vəng kilsəsində manifest erməni dilində oxunmuş, bundan sonra kapitan Taqanov[6] başçılıq etdiyi 24 kazak əsgəri ilə birlikdə Tiflisin küçələrini gəzərək manifesti rus, gürcü, erməni və azərbaycan dillərində əhaliyə oxumuşdur. Ardı »

Borçalı distansiyası1801 6 mart

18016 mart; Senata verilmiş göstərişə əsasən bütün ölkə vahid Gürcüstan quberniyasını təşkil edərək Rusiya İmperiyasına daxil edildi. Ardı »

Borçalı distansiyası1801 12 sentyabr

180112 sentyabr; Rusiya imperatoru I Aleksandrın imzaladığı manifestə əsasən Gürcüstan quberniyasının daxili idarəetmə sistemi və qaydaları təsdiq edildi.[10][11] Beləliklə, Gürcüstan quberniyası 5 qəzaya bölündü, bunlardan üçü (Qori, Loru və Duşeti qəzaları) Kartlidə, ikisi isə Kaxetiyada (Telavi və Sığnaq qəzaları) yerləşirdi.[10] Loru qəzasında keçmiş Somxetiya[12] əyalətinin Borçalı və Trialeti dairələrini əhatə edən "Borçalı distansiyası", Pəmbək dairəsini əhatə edən "Pəmbək distansiyası", işğal nəticəsində ləğv edilmiş Qazax sultanlığını əhatə edən "Qazax distansiyası" və Şəmşəddil sultanlığını əhatə edən "Şəmşəddil distansiyası" təşkil edildi. Ardı »

Borçalı distansiyası1804 23 noyabr

180423 noyabr; Rusiya imperatoru I Aleksandrın verdiyi əmrə əsasən inzibati mərkəzin Tiflis şəhəri olması dəyişdirilmədən Loru qəzasının adı "Tiflis qəzası" olaraq dəyişdirildi. Ardı »