Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Azərbaycanlıların deportasiyası (1988-1989)Azərbaycanlıların deportasiyası (1988-1989)

1988-1989-cu illərdə azərbaycanlıların deportasiyası – vahid mərkəzdən idarə olunduğu və həyata keçirildiyi üçün bu deportasiyasının mərhələləri, xarakteri bütün Ermənistan ərazisi üçün eyni idi: "Nər yanda birinci mərhələdə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edir, onların çıxıb getməsini tələb edirdilər". Ardı »

Azərbaycanlıların deportasiyası (1988-1989)Hadisələrin gedişi

1988-1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloyi terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu.

Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Artıq başqa yol görünmürdü. Beləcə rayonların azərbaycanlı kənd və məhəllələri ev-ev boşaldılır, erməniləşdirilirdi. Xüsusilə ermənilərin qat-qat çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti dözülməz idi. Adamlar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik Ardı »

Azərbaycanlıların deportasiyası (1988-1989)Deportasiyasının nəticələri

1988-ci ildə Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kənd və qəsəbəsi boşaldılıb ki, onlardan da xalis azərbaycanlılar yaşayan kənd və qəsəbələrin sayı 172-si, azərbaycanlılarla başqa millətlərin yanaşı yaşadığı qarışıq kənd və qəsəbələrin sayı isə 89-dur.

Bundan başqa daha 6 şəhərdə digər millətlərlə yanaşı, azərbaycanlılar da yaşamışlar. Bu yaşayış məntəqələrində isə soydaşlarımızın sayı 49 min 928 ailədə 250 min nəfər olub. Bu yaşayış məntəqələrinin adı və bu məntəqələrin demoqrafik göstəriciləri indiyə kimi heç bir mənbədə tam şəkildə verilməyib.

Nəmçinin 1988-1989-cu illər soyqırımı zamanı Qərbi Azərbaycanda mövcud məlumatlara görə, 226 soydaşımız ermənilər tərəfindən öldürülüb, (güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub və s.) 400 nəfərdən Ardı »

Azərbaycanlıların deportasiyası (1988-1989)Ermənistan azərbaycanlılarının 1988-ci il soyqırımı

Əsasən 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın azərbaycanlılar yaşayan kəndlərinin əhalisini sıxışdırması, kəndlərə ərzaq göndərilməməsi, elektrik xətlərinin kəsilməsi və silahlı basqınlar edilməsi nəticəsində Ermənistanı tərk edən ailələrə yollarda divan tutulmuş, əmlakları qarət edilmiş, özləri isə qətlə yetirilmişlər. Soyqırım Ermənistanda milli zəmində baş verən cinayətlərin əksəriyyəti əsasən azərbaycanlı əhalinin öz yaşayış məntəqələrini tərk etməyə məcbur olduqları vaxt baş vermişdi Ardı »

Azərbaycanlıların deportasiyası (1988-1989)Soyqırım faktları

Müvafiq sənədlər və şahidlərin verdikləri ifadələr əsasında 1990-cı ildə Azərbaycan Qaçqınlar Cəmiyyətində tərtib edilmiş siyahıya əsasən, 1988-1990-cı illər ərzində Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş və ya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olmuşdur. Həmin siyahıya əsasən, 52 nəfər aldığı xəsarət nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər odlu silahla qətlə yetirilmiş, 15 nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər intihar etmiş, bir nəfər asılmış, 2 nəfər maşın partladılması nəticəsində, bir nəfəri elektrik cərəyanı ilə, bir nəfəri Ardı »

Azərbaycanlıların deportasiyası (1988-1989)SSRİ Prokurorluğunun hadisələrə münasibəti

1990-cı il avqustun 9-da Azərbaycan Respublikası Ali Soveti Qaçqınlar cəmiyyətində tərtib edilən siyahını və digər faktları məktubla SSRİ Prokurorluğuna göndərmiş və Ermənistanda milli münaqişələr zəminində qətlə yetirilmiş azərbaycanlılar haqqında məlumat verməyi xahiş etmişdi. SSRİ Baş Prokurorunun müavini V.İ.Kvartsovun 4 oktyabr 1990-cı il tarixli cavab məktubunda deyilirdi:

"Sizin məktubunuzla əlaqədar olaraq bildirirəm ki, 1988-1989-cu illərdə Ermənistan SSR-də milli zəmində baş verən cinayət faktları üzrə 675 cinayət işi qaldırılmışdır, onlardan 283-ü istintaq aidiyyati üzrə Azərbaycana göndərilmişdir. Eyni zamanda, Azərbaycan SSR-dən Ermənistana təhqiqat üçün 138 cinayət işi daxil olmuşdur. 1989-cu il dekabrın 31-nə olan məlumata görə Ermənistanın hüquq-mühafizə orqanlarının icraatında olan bu qəbildən 530 cinayət Ardı »

Azərbaycanlıların deportasiyası (1988-1989)Ermənistan azərbaycanlılarının 1988-ci il soyqırımı qurbanlarının siyahısı

Əliyev Abbas Xasməmməd oğlu (1912 – 1988) — işgəncə ilə (Ayrım kənd sakini)
Haqverdiyev Haqverdi Hatəm oğlu (1934 – 1988) — işgəncə ilə (Ayrım kənd sakini)
Məmmədov Rəhman Əli oğlu (1985 – 1988) — həkim qəsdi (Cıl kənd sakini)
Məmmədov Tofiq Alik oğlu (1988 – 1988) — ayaq altda (Allahverdi rayonu sakini) Ardı »

Azərbaycanlıların deportasiyası (1988-1989)Ermənistan azərbaycanlılarının 1988-ci il soyqırımı qurbanlarının siyahısı (Cəlaloğlu rayonu)

Əbdürrəhmanov Vahid Həmid oğlu (1970 – 1989) — xəsarət nəticəsində (Kuybışev kənd sakini)
Əmiraslanov Qədir Nəbi oğlu (1966 – 1988) — xəstəxanada yoxa çıxıb (Kirov kənd sakini)
Əsgərov Həmid Məmməd oğlu (1946 – 1988) — itkin düşüb (Cəlaloğlu sakini)
Xəlilov Şərif Cabbar oğlu (1947 – 1988) — başı kəsilib (Kuybışev kənd sakini)
Xəlilova Gilas Rüstəm qızı (1930 – 1988) — başı kəsilib (Kuybışev kənd sakini)
İsgəndərov Təmraz Yusif oğlu (1928 – 1988) — güllə ilə (Kuybışev kənd sakini)
Mustafayeva Bəsti İsrafil qızı (1934 – 30 dekabr, 1988) — diri-diri yandırılıb (Gərgər kənd sakini)
Yusifova Sarıgül Qurban qızı (1968 – 1988) — işgəncə ilə (Qoğos kənd sakini) Ardı »