Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiQaraqoyunlular və Ağqoyunlular dövrü - vergi

XV əsrdə Azərbaycanda Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin mövcud olduğu bir dövrdə otuzdan çox adda vergi və mükəlləfiyyət mövcud idi və bu ağır vergi sitemi əhalini əzirdi. Məlcahət (və ya bəhrə) əsas vergi olmuşdur. Uzun Həsənin Qanunnaməsinə əsasən bəhrə əldə edilən məhsulun 1/5 hissəsini təşkil etmişdir. Kəndlilər istifadə olunmuş suyun müqabilində də bəhrə vergisi ödəyirdilər. Hərbiçilərin, mülki və ruhani vəzifələr tutan şəxslərin xeyrinə toplanan vergilərin məcmusu ixracat adlanırdı. Qeyri-qanuni surətdə, özbaşına toplanan vergilər şiltaqat arlanırdı. Kəndlilər feodal ziyafətlərinin təşkilinin ağırlığını çəkirdilər (şilənbəha, süfəbəha və b. mükəlləfiyyətlər). Yerli inzibati-polis məmurunun (dərucəki), vergiyığan məmurların (mümayizane), ruhani başçıların (rəsm əl-vüzarə) xeyrinə toplanan vergilər mövcud idi. Ardı »

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiSəlcuqlular dövrü - vergi

IX-XI əsrlərdə Azərbaycanda feodal münasibətləri inkişaf etmişdi. Torpaq mülkiyyəti forması olan mülk (və ya əmlak torpaqları) xüsusi mülkiyyət olub, onu almaq, satmaq, irs vermək, bağışlamaq, girov qoymaq olurdu. Mülk sahibi (malik) və ya mülkədar dövlətə xərac, yəni yeni torpaq vergisi verirdi. Dövlətə məxsus, yəni gəliri birbaşa xəzinəyə gələn torpaqlara divani deyilirdi. Bu dövrdə şərti torpaq mülkləri – iqta sistemi inkişaf etməkdə idi. Zaman keçdikcə iqta torpaqları iqtidarların xüsusi mülkiyyətinə çevrildi. Bu dövrdə icma torpaqları da mövcud idi. İcma torpaqları dövlətin mülkiyyətində idi. Buna görə də həmin torpaqlardan elliklə istifadə edən camaat bunun müqabilində dövlətə torpaq vergisi – xərac verirdi. Torpaqdan istifadə Ardı »

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiSasanılər dövrü - vergi

III-IV əsrin I yarısında bütün Sasani dövlətində olduğu kimi Adurbadaqanda da (Azərbaycan nəzərdə tutulur) əhali sinfi strukturuna görə dörd zümrəyə bölünürdü: 1) kahinlər, 2) döyuşçülər, 3) katiblər, 4) vergi verənlər. Vergi verənlər zümrəsi özündə bütün zəhmətkeş əhalini – əkinçiləri, sənətkarları, eləcə də ticarətlə məşğul olanları birləşdirirdi. Bütün vergi verən zümrənin başında vastarioşan-salar dururdu. Vergi və mükəlləfiyyətlər içərisində ən mühümü qazidağ, maraq və xarq idi. I Xosrovun vergi islahatından sonra qazidağ termini can vergisi mənasında işlənib. Əvvəllər ümumiyyətlə, vergi mənasında olan xaraq termini də elə həmin dövrdə (III-IV əsrlər) torpaq vergisinə aid edilib. Vergilərin başçısı olan xarqbed – Sasani dövlətinin idarə aparatında Ardı »

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiRus üsul-idarəsi dövrü - vergi

XIX əsrin ortalarında dövlət riyyətləri xəzinəyə çoxlu vergi ödəyir və mükəlləfiyyətlər daşıyırdılar. Bu vergilər içərisində ən geniş yayılanı natura ilə ödənilən vergi idi. Vergi sistemi bir qədər qaydaya salınmışdı: saysız-hesabsız xırda vergilər bir və ya bir-iki vergidə birləşdirilmişdi. Əyalətlərin əksəriyyətində dövlət vergiləri kəndlər və ya kəndli həyətləri üzrə deyil, sahələr (nahiyyələr) üzrə müəyyənləşdirirdi. Vergi sistemində ən mühüm dəyişiklik 1819-cu ildə Şəki əyalətində həyata keçirilmişdi. Natural vergilərin yerinə pul vergiləri qoyulmuşdu. Ərzaqla toplanan vergi çoxluq təşkil edirdi. Vergilərin bölünməsi sistemi və yığılması üsulu bir-birindən fərqlənirdi. Məsələn, Şirvan əyalətində vergilər hər kənd, Qarabağ əyalətində hər kəndli həyəti, Lənkəran əyalətində isə mahallar üzrə təyin Ardı »