Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TexnobazAvtomobil markalarının mənası

Audi
Markanın emblemindəki dörd üzük avtomobil istehsal etmək üçün birləşən 4 firmanı ifadə edir. Audi adı isə firmanın ilk sahibkarlarından olan August Horchun adını daşıyır. Digər sahibkarlar kimi markasının adında öz soyadını istifadə etmək istəməyən August Horch firmanın adı kimi öz soyadının latıca tərcüməsindən istifadə edib.

Cadillac
Avtomobilə ad seçilərkən 18-ci əsrin əvvəllərində sənaye şəhəri olan Detroiti yaradan fransız ixtiraçı Antoine Laumet de La Mothenin (digər adı isə Sieur de Cadillacdır) soyadından istifadə edilib.

Chevrolet
General Motorsdan ayrılan Durant, isveçrəli mütəxəssis Louis Chevrolet ilə ortaqlıq yaradır və şirkətə onun adını verir. Şirkətin emblemi isə İsveçrənin bayrağındakı xaça işarədir.

Chrysler
Walter Chryslerin avtomobil firması olan Maxwell Motor Company 1924-cu Ardı »

TexnobazTelefonların enerji problemi həll olunur

“StoreDot” firmasının İsrail mərkəzi tərəfindən təqdim edilən yeni batareya növü texnologiya sahəsində son illərin əsas icadlarından hesab edilir. Nano texnologiyası əsasında hazırlanan bu yeni batareya növünün əsas özəlliyi onun 30 saniyə ərzində tam enerji toplamasıdır. Bu yeni texnologiyanın ilkin təqdimatı “Microsoft”un Tel-Əviv şəhərində təşkil etdiyi “Think Next” konfransında baş tutub.

Hələlik istifadə üçün tam hazır olmayan bu texnologiya və ondan istifadə qaydaları haqqında artıq videotəqdimat hazırlanıb. Video çarxa əsasən bu yeni məhsul adi telfonun arxa hissəsinə xüsusi bir batareya və ona taxılan xüsüsi adapterdan ibarətdir.

Firmanın müdürü Doron Myersdorf mövzu ilə əlaqədar mətbuatda çıxış edərkən hazırda üzərində işlər aparılan bu yeni Ardı »

Texnobaz“Samsung”un yeni məhsulu

Son illər tablet istehsalının sürətli formada artması stolüstü kompyuter və noutbuk satışlarının azalmasına səbəb olub. Lakin statistikaya əsasən, qarşıdakı bir neçə il ərzində tabletlərə maraq azalmağa başlayacaq. Buna səbəb isə artıq insanların tabletlərə marağının azalması və texnologiya dünyasının bu texnoloji alətlərə olan təlabatının tam ödənilməsi olacaq.
Bütün bunlara baxmayaraq hər gün böyük firmalar yeni tablet modellərini bazara təqdim etməyə davam edirlər. Elə bu yaxınlarda “Apple”dan sonra ən böyük tablet istehsalçısı hesab edilən “Samsung” dördüncü nəsil “Galaxy Tab 10.1”i bazara çıxarmağı planlaşdırır.
Adı çəkilən tabletin təchizat xüsusiyyətləri belədir:
LCD ekranına sahib olan bu tablet 1280×800 piksel gücündədir. 1,5 GB ram ölçüsünə sahib olan bu tabletin Ardı »

TexnobazSiləcəksiz avtomobillər gəlir

Bildiyimiz kimi avtomobilin siləcəkləri onun ən önəmli hissələri hesab edilir. Xüsusən də payız və qış fəslində avtomobili siləcəksiz idarə etmək təhlükəli hesab edilir. Heç silgiləri olmayan avtomobil təsəvvür edirsiniz?
Dünyanın ən mükəmməl idman avtomobil istehsalçısı McLaren isə keçən ilin axırlarından başlayaraq belə bir avtomobil istehsalı üzərində düşünməyə başlayıb. “McLaren”in üzərində çalışdığı yeni modeldə siləcəklərin funksiyasını ultrasəs gücünə malik qalxanlar əvəz edir. Yeni texnologiyanın təməlində ultrasəs tirtəşmə dalğaları dayanır. İnsan gözü ilə hiss edilməyən bu ultrasəs şüalanmalar saniyənin çox kiçik hissəsində avtomobilin şüşəsindəki hər cür kənar maddəni oradan uzaqlaşdırmaq qüvvəsinə malikdir. Bu titrəşimin sayəsində həmçinin avtomobil buzlanma və qar tutma kimi bir çox Ardı »

Texnobazİlk avtomobillər haqqında maraqlı məlumat

Bu dəfə avtomobil həvəskarları üçün maraqlı olacağını düşündüyümüz bir məqaləni sizinlə paylaşmaq istəyirik. İlk maşınlar necə və harada istehsal olunub? Onların quruluşu, işləmə prinsipi müasirlərindən nə ilə fərqlənirdi? Bu sualların cavabı sizə də maraqlıdırsa, məqaləmizin davamını mütləq oxuyun.

1. İlk avtomobillərdə sükan yox idi, sürücülər onu bir qolla idarə edirdilər.
2. 1898-ci ildə New York Polis Şöbəsi sürət həddini aşan avtomobilləri velosiped ilə izləyirdi.
3. İlk dəfə 1902-ci ildə sürət həddini aşmağa görə cərimə yazıldı.
4. 1916-cı ildə dünyadakı avtomobillərin 55%-ini T Ford təşkil edirdi.
5. İlk dəfə 1922-cı ildə avtomobillərdə sürət göstəricilərindən istifadə edilməyə başlanılıb.
6. İlk avtomobil radiosu 1929-cu ildə icad edilib.
7. İlk avtomobillərdə elektriklə Ardı »

Texnobaz“Google”un ağıllı televiziyası

“Google” hazırda üzərində çalışdığı “Android TV” layihəsi ilə “Apple”, “Amazon “ və “Roku” kimi tanınmış şirkətlərlə rəqabətə girməyə hazırlaşır. Belə ki, şirkət hazırda Apple TV-yə bənzər Androidli bir cihaz üzərində çalışır. Şirkətdən verilən məlumata görə, bu cihazın əsas üstünlüyü onun müxtəlif çeşidli oyun proqramları ilə təmin olunması olacaq. Buna görə də mütəxəssislər bu cihazın kopyüter platformasındansa, əyləncə interfeysi ilə daha geniş əhatə olunacağını hesab edirlər. Özündə həm film, həm oyun, həm də çoxçeşidli musiqi tərtibatını birləşdirən bu cihazın hər zövqə uyğunlaşa bilmə bacarığı ilə seçiləcəyi bildirilir.
Android əməliyyat sistemi ilə çalışacaq bu yeni sistem “Fire TV” kimi səsli əmrləri dəstəkləyəcək və sürətli Ardı »

Texnobaz“Galaxy” ailəsinin yeni üzvü

Texnologiya həvəskarları olan bəylərimiz, xəbəriniz olsun ki, bu ilin fevral ayında Galaxy S5 məhsulunu satış bazarına çıxaran Samsung yaxın zamanlarda Galaxy S5 mini ilə yenidən gündəmə gəlməyə hazırlaşır. Bu modelin hələ nə vaxt satışa çıxarılacağı tam məlum olmasa da, artıq onun bəzi xüsusiyyətləri texnologiya aləminə məlumdur. “SamMobile”ın məlumatına görə, Android 4.4 KitKat sistemi ilə çalışacaq bu modelin daxili yaddaşı 16 GB olacaq. Eyni zamanda onun 4.5 inç ekran ölçüsünə və 720 piksel görüntü dəqiqliyinə sahib olacağı gözlənilir. Telefon ön hissəsində 2, arxa hissədə isə 13 megapiksellik kamera təmin olunacaq.
Galaxy S5 dən daha məhdud özəlliklərə sahib olacaq bu modelin barmaq izi qoruma Ardı »

TexnobazAğıllı saat modelləri

Son zamanlar geniş yayılan texnoloji vasitələrdən biri də ağıllı saatlardır. Bu məqalədə biz də sizə bu texnoloji alətlər və onların funksiyaları haqqında məlumat verməyə çalışacağıq.

APPScomm L6
Koreya markası hesab edilən “APPScomm”un ən münasib qiymətli modeli L6-nın əsas xüsusiyyətlərindən biri də onun Bluetooth funksiyası sayəsində zənglərə cavab verməsidir. Belə ki, kimsə sizə zəng etdiyi zaman bunu titrəşmə ilə hiss edirsiniz və zəng edən şəxsin adını və ya nöməsini saatta görə bilirsiniz.

APPScomm L8
Bu model L6-ya aid olan bütün xüsusiyyətləri özündə birləşdirməklə yanaşı, həm də musiqi dinləmək kimi əlavə bir funksiyaya sahibdir. Bunun üçün də saatda həm də əlavə qulaqcıq girişi var. Bu ağıllı saatı Ardı »