Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiElxanlılar sülaləsi

Elxanlar[redaktə]
Hülaku xan (1256-1265)
Abaqa xan (1265-1282)
Əhməd Təkudar xan (1282-1284)
Arqun xan (1284-1291)
Keyxatu xan (1291-1295)
Baydu xan (1295)
Sultan Mahmud Qazan xan (1295-1304)
Sultan Məhəmməd Xudabəndə Olcaytu xan (1304-1318)
Sultan Əbu Səid Bahadur xan (1318-1335)
Sultan Arpa xan (1335-1336)
Sultan Musa xan (1336-1337)
Satıbəy xatun (1337-1338)
Sultan Süleyman xan (1339-1344)
Sultan Ənuşirəvan xan (1343-1356)
II Qazan xan (1356-1357)
Cahan Teymur xan (1339-1340)
Fars (Xorasan) hakimləri

Toğay Teymur xan (1338-1353)
Loğman xan (1353-1388) Ardı »

ÜmumiGəncə üsyanı (1826)

Gəncə üsyanı - 27 iyul, 1826-cı ildə Gəncədə Rusiya müstəmləkəçiliyi əleyhinə güclü üsyan. 1826-cı il Gəncə üsyanı Gəncə xanlığının 1804-cü ildə Rusiya tərəfindən işğalından sonra çar üsul-idarəsinə qarşı ilk kütləvi çıxış idi.

Üsyan rus qoşunları tərəfindən amansızlıqla yatırılıb. Ardı »

ÜmumiUllusununun hakimiyyəti

Azanın ölümündən sonra hakimiyyətə onun qardaşı Ullusunu keçirildi. Aşşurlular, əlbəttə müttəfiq dövlətni itirilməsi ilə razılaşa bilməzdilər və II Sarqon öz hakimiyyətinin VI, VII və VIII illərində Mannanın özünü və ondan ayrılmış əraziləri tabe etmək üçün yürüş edir. II Sarqon sonra Mannanın özünün paytaxtı İzirtunun üzərinə hucuma keçdi, mannalılarla qanlı döyüş təşkil etdi, İzirtu yaxınlığında yerləşən Zibia və Armait qalalarını ələ keçirdi. Görünür həmin qalalar İzirtuya girəcəyi qoruyurmuşlar. Bu haqqda II Sarqonun Dur – Şarukkin sarayındakı kitabəsində deyilir:

"[Mannalı Ullusunu....] ilahi Aşşurdan [....] ölkəsinin pərən-pərən olmasına [....] Urartulu Ursaya arxalandı və Karallalı Aşşurleni və Allabriyalı İttini mənim əleyhimə qaldırdı, Urartuya qulluq etməyə çağırdı. Ardı »

ÜmumiƏli xan Dəvəli-Qacar

Həyatı[redaktə]
Əli xan Məhəmmədnasir xan oğlu 1864-cü ildə dоğulmuşdu. Müкəmməl mədrəsə təhsili almışdı. Zəhirəddövlə ləqəbi daşıyırdı. Əli xan Nasirəddin şahın saray naziri, еşiкağasıbaşısı оlmuşdu. Sоnra təşrifat vəziri vəzifəsini həyata кеçirmişdi. Şahın оndan xоşu gəlirdi. 1880-ci ildə оnu qızı ilə еvləndirdi. Nеmətullahi təriqətinin mürşidi Mirzə Həsən Səfiəlişah 1898-ci ildə vəfat еdəndən sоnra Əli xan Zəhirəddövlə оnun canişini оldu. 1906-cı ildə Həmədan və Кirmanşahın valisi təyin оlunmuşdu.



Ailəsi[redaktə]
Əli xan Furuğuddövlə xanım Nasirəddin şah qızı Qоvanlı-Qacarla ailə qurmuşdu. Məhəmmədnasir xan adlı оğlu vardı. Ardı »

ÜmumiArazbar

Arazbar Səfəvilər dövründə qəza, Osmanlıların müvəqqəti istilası zamanı sancaq idi. Arazbar dəqiq sərhədləri olan tarixi bölgədir. Araz çayının hər iki yaxası boyunca uzanan bu bölgə quzeydə Xudafərin dən başlayıb Beyləqanda bitir. Güneydə isə tarixi Qərbi Dizmar mahalından başlayıb tarixi Oltan qalası ərazisində tamamlanırdı. Quzey Arazbara Qarabağ Arazbarı, güney Arazbara Qaradağ Arazbarı deyilirdi. Mənası: Arazbar toponimi "Araz" və "bar" sözlərinin birləşməsindən yaranmışdır. Araz adının kifayət qədər yozumu olduğundan bu məqalədə geniş bəhsə lüzum görmürük. Arazbar yer adının ikinci komponenti "bar" sözünü açıqlamaq üçün lüğət və araşdırıcılara müraciət edək. Ünlü bilgin Ələkbər Dehxuda "Lüğətmə" əsərində yazır ki, "bar" sözü "sahil", "kənar" anlamında olub, Ardı »

ÜmumiDaşaltı Əməliyyatına hazırlıq

1992-ci ildə yanvarın ortasına doğru Qarabağda ağır vəziyyət yaranmışdı. Erməni qoşunları öz hərbi üstünlüyündən istifadə edərək Dağlıq Qarabağda azərbaycanlılar məskunlaşan məntəqələri mühasirəyə alır və bir-birindən onları təcrid edir, sonra isə müntəzəm surətdə bu məntəqələri tutmağa başlamışdılar. Bu məntəqələrin işğalı zamanı dinc əhali bu kəndlərdən qovulur, kəndlər özləri isə yandırılırdılar. 1991-ci ilin dekabrında Cəmilli, Kərkicahan və Meşəli kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər. Şuşanın ətrafında gərgin vəziyyət yaranmışdı. Şəhərin ətrafında olan erməni kəndləri erməni silahlı qruplaşmalarının dayaq məntəqələrinə çevirilmişdi, bu məntəqələrdən həm Şuşa şəhəri, həm yaxınlıqdakı azərbaycanlı kəndləri, həm də Şuşa-Laçın yolu daim atəşə tutulurdu. Daşaltı Ardı »

ÜmumiCuğa türbəsi

Qədim Cuğa şəhəri ərazisində yerləşən Cuğa türbəsi elmi ədəbiyyatda daha çox Gülüstan türbəsi adıyla tanınmışdır. XIII əsrin yadigarı olan türbə Azərbaycanın qülləvari türbələri qrupuna daxil olmaqla Mömünə Xatun türbəsinin təsiriylə inşa edilmişdir.

Türbənin on iki üzlü gövdəsi qırmızı qumdaşıdan, orijinal quruluşlu kürsülüyü (küncləri kəsilmiş kub formalı) isə yonulmuş daşdan tikilmişdir. Azərbaycan memarlığında bəlli olan digər türbələrdən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə - kürsülüyündə yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə bəzədilmiş, dekorativ tağlarla çərçivələnmişdir.

Gövdənin oturacaqla birləşən hissəsi, eləcə də günbəzə keçid yeri stalaktit şəkilli oyma qurşaqla əhatə edilmişdir. Ornamentlərlə digər bəzək elementlərinin üzvi surətdə birləşdirilməsi və əlaqələndirilməsi abidəyə qabarıq və Ardı »

ÜmumiSəfəvi-Rusiya müharibəsi (1651-1653)

Səfəvi-Rusiya müharibəsi - Rusiyanın məntəqədə öz mövqeyini möhkəmləndirmək və Səfəviləri sıxışdırmaq məqsədi ilə bağlı Şimali Qafqazda silahlı qarşıdurma. Səfəvi qoşunları və onların müttəfiqləri Rusiyanın ələ keçirməyə planlaşdırdığı ərazilərə bir neçə yürüş təşkil etdilər. Yenicə Səfəvilərin qələbəsi ilə Səfəvi-Moğol müharibəsi (1638-1653) bitmişdi. Rusiya isə əksinə yenicə Polşa ilə Ukrayna uğrunda rəqabətə girmişdi. 1653-cü ildə Rusiya Ukrayna uğrunda Polşa ilə artan rəqabət şəraitində, qüvvələrini yayındırmamaq məqsədi ilə mübahisəni yoluna qoymaq üçün Səfəvilərin yanına səfirlik göndərir. II Abbas Rusiya ilə razılaşır. Ardı »