Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiQədim Tarixi

Abşeron yarımadası ərazisində tapılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s. yerlərdə e.ə. III-I minilliklərə aid arxeoloji abidələr tapılmışdır.

Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış V-VII əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğundan xəbər verir. V-VI əsr mənbələrində Bakı "Bağavan" və "Atəş-i Baquan", ərəb mənbələrində (X əsr) "Bakuyə", "Bakuh", "Baku", rus mənbələrində (XV əsr) "Baka", Səfəvilər dövrü fars dilli mənbələrdə "Badi kubə" adlandırılır.

Tarixən Bakı Şərqin iri şəhərlərindən olub. Şəhər iqtisadiyyatında neft və duz istehsalı Ardı »

ÜmumiI Artavazd

Həyatı[redaktə]
Həyatı haqqında mənbələrdə məlumat az olsa da siyasi fəaliyyəti ilə bağlı məlumatlar vardır. Onun siyasi fəaliyyəti çox çətin bir dövrə təsadüf etmişdir. Belə ki, I Artavazdın hakimiyyətdə olduğu dovrdə romalılar Atropatenaya yürüş etmişlər. Həmçinin, onun hakimiyyəti Roma-Parfiya müharibəsi dövrünə təsadüf etmişdir.

E.ə.36-cı ildə Antoninin Misir hökmdarı Kleopatra ilə nigah bağlaması onu böyük bir ölkənnn hakimi-mütləqinə çevirir və Antoniyə Makedoniyalı İskəndər kimi möhtəşəm bir Asiya fövqəldövləti yaratmaq planlarının gerçəkləşəcəyinə inam verir. Bu ümidlərlə Kleopatradan doğulmuş oğlunun adını İskəndər qoyan Antoni Parfiya üzərinə yeni yürüşə başlayır. Parfiyalılar onu Fərat çayı sahilində gözləyirdilər. Antoni isə erməni və Pont çarlarının qoşunlarını da özünə birləşdirərək, Ermənistan ərazisindən Ardı »

ÜmumiƏliyevçilik

Əliyevçilik — Azərbaycan ictimai-siyasi fikir tarixinin üzvi tərkib hissəsi. Əliyevçilik Azərbaycanın ictimai-siyasi xadimi Heydər Əliyevin irəli sürdüyü, uğrunda mübarizə apardığı, eyni zamanda həyata keçirdiyi ideyalar toplusudur. Bəzi tədqiqatçılar Əliyevçiliyi Müasir azərbaycançılıq hesab edirlər. Ardı »

ÜmumiAzərbaycandakı dağ yəhudilərinin soyqırımı

Azərbaycandakı dağ yəhudilərinin soyqırımı — 1918-ci ildə erməni daşnakları və digər erməni quldur dəstələri tərəfindən Azərbaycanın müxtəlif regionlarında, əsasən də Qubada yaşayan yəhudilərə qarşı törədilmişdir. Soyqırım nəticəsində 3 minə yaxın yəhudi öldürülmüşdür.

İnsan Hüquqları İnstitutunun direktroru professor Rövşən Mustafayev bildirmişdir ki, 1918-1919-cu illərdə erməni caniləri Stepan Şaumyanın, Amazaspın və Lalayanın başçılıq etdiyi daşnak quldur birləşmələrinin Azərbaycan ərazisində törətdiyi soyqırım nəticəsində azərbaycanlılarla bərabər, ermənilərlə əməkdaşlıqdan imtina etmiş 3 minədək dinc yəhudi qətlə yetirilib. Bədnam "Böyük Ermənistan" xülyasını həyata keçirmək üçün vandal erməni millətçiləri etnik azərbaycanlılarla yanaşı Cənubi Qafqaz regionunda tarixən yaşayan digər xalqlara da divan tutub, onlara qarşı kütləvi terror törədiblər. Bütün bu Ardı »

ÜmumiAzərbaycan Respublikasının antropoloji və etnik tərkibi (kitab)

"Azərbaycan Respublikasının antropoloji və etnik tərkibi" və ya "Azərbaycan Respublikası əhalisinin antropoloji və etnik tərkibi" — 1919-1920-ci illərdə Versal Sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin Parisdə nəşr etdirdiyi üç kitabdan biri.

Məzmunu[redaktə]
Bu kitabda Qafqaz ərazisində Azərbaycan əhalisinin məskunlaşması tarixi, Azərbaycan əhalisinin yaşadığı ərazilərin sahəsi, qonşu xalqlarla münasibətləri öz əksini tapmışdır. Kitabçada verilmiş rəqəmlər və faktlar "Qafqaz təqvimi"ndən, "Qafqaz xalqlarının yerləşdiyi ərazi və yerlər" külliyyatından, 1897-ci ildə nəşr olunmuş "Rusiyada əhalinin siyahıyaalınması" kitabından götürülmüşdür. Ardı »

ÜmumiSarayevo qətli

Sarayevo qətli — 1914-cü il iyunun 28-də Sarayevoda serb milliyyətçisi Qavrilo Prinsip tərəfindən Avstriya-Macarıstan taxt-tacının vəliəhdi, ershersoq Frans Ferdinandın və onun xanımı Sofiya Hohenberqin qətlə yetirilməsi. Bu hadisə Birinci dünya müharibəsinin başlanması üçün bəhanə olmuşdur.

Qətlin arxasında Serbiya ordusunun zabitlərini birləşdirən milliyyətçi "Çrna Ruka" (azərb. "Qara əl") təşkilatı dayanırdı. Təşkilat Avstriya-Macarıstanın hakimiyyəti altında olan serbləri azad etməyə, Bosniya və Herseqovina və Serbiyada gəncləri milli azadlıq hərəkatına cəlb etməyə çalışırdı. Təşkilatın rəhbəri serb əks-kəşfiyyat xidmətinin rəisi, "Apis" ləqəbli polkovnik Draqutin Dmitriyeviç idi.
Qətlin planlaşdırılması[redaktə]
1908-ci ildə Frans Ferdinandın təşəbbüsü ilə Bosniya və Herseqovinanın Avstriya-Macarıstan tərəfindən ilhaq edilməsi bosniyalıların və serblərin bu dövlətə qarşı nifrətini gücləndirmişdi. Ardı »

ÜmumiMannada Dulusçuluq

Həm qəbirlərdən, həm də məskənlərdən tapılmış keramika sayca çox, forma və keyfiyyətcə rəngarəngdir – kobud düzəldilmiş mətbəx ləvazimatındən tutmuş müxtəlif təyinatlı incə, zərif məmulatadək cürbəcür əşyalar vardır. Həsənluda qazıntı zamanı aşkar edilmiş "sənətkar evi" adlandırılan tikilidə metal məmulat hazırlamaq üçün lazım olan alətlərdən başqa, həyətdən keramika bişirmək üçün soba da tapılmışdır. Hazır məmulat həmin evin damında qurudulurmuşdur. Uçulmuş damın üstündən çoxlu keramika qırıntısı tapılmışdır.

Yaxşı bişirilmiş, parıldayan və ya parıldamayan bozumtul-qara və qəhvəyi rəngli monoxrom keramika əvvəlki kimi yenə də dəbdə idi. Bu dövrdə qapalı sobalarda, azaldılmış atmosfer təzyiqi altında keramika bişirmək ənənəsi davam etdirilirdi.
Həsənlu keramikasının tədqiqatçısı belə hesab edir ki, saxsı Ardı »

ÜmumiCərəcur nekropolu

Cərəcur nekropolu — Culfa rayonunun Gal kəndindən şərqdə оrta əsrlərə aid arxeоlоji abidə.

Tоrpaqda qazılan müsəlman qəbirləri q-ş. istiqamətində yönəlmişdir. Bəzi qəbirlərin üzərinə sənduqə tipli sinə daşları, bəzilərinə isə daş qоç fiqurları qоyulmuşdur. Qоçlardan ikisinin üzərində ərəb əlifbası ilə yazı оlmuşdur. Nekrоpоl XIV-XVIII əsrlərə aid edilir. Ardı »