Məntiq və IQ → Şahın zarafatı
Bir şah şeiri çox sevirmiş. Bu şahın şeirimi, yaxud zarafatımı çox sevdiyi həmişə əyanları, təbəələri tərəfindən müzakirə olunurmuş. Bir gün şah bir yarış keçirdir:
— Daha əvvəl heç eşidilməmiş şeir gətirib, mənə hüzurumda oxuyan şairə mükafat verəcəyəm — deyir.
Gün gəlib yetir. Şahın hüzuruna şairlər gəlib şeirlər oxuyurlar.
Şahın vəziri şahın bir tərəfində, qızı isə o biri tərəfində oturub, oxunan şeirləri diqqətlə dinləyirlər. Şeiri bitirib qurtaran kimi şah həmin şeiri, bildiyi bir şeir olduğunu söyləyir və qızına üzünü tutub «söylə» deyir. Qızı şairin yeni dediyi şeiri başdan sona əzbər söyləyincə, şah:
— Vəzir, bir də sən söylə — deyir. Vəzir də Ardı »