Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Maraqli Melumatlar ve gozellik sirleri+Hansı Meyvələr Üz Dərisini Gözəlləşdirir?

Qadınlar üçün dəri gözəlliyi çox şey deməkdir. Baxımlı olmaq və sağlam dəriyə sahib olmaq nizamlı və doğru bəslənməkdən keçər.
Sağlam və gözəl bir dəriyə sahib olmaq üçün meyvələrin payı da böyükdür. Yaxşı hansı meyvələr dəriyə yaxşı təsir edir?
Dərini gözəlləşdirmənin bir yolu da da bol bol meyvə istehlak etməkdir. Meyvələrin içində olan antioksidanlar dərinizin gənc görünməsini təmin edərək yaşlanmasını önləyə bilir. İşdə güclü antioksidanlar ehtiva edən dəriyə faydalı meyvələr…

Ananas
Dərisi marka-marka tökülən kəslər bol bol ananas yeyə bilərlər. Dəri problemlərindən biri olan markalanmağa ananas yaxşı gəlir. Dərinin toxumasını təmir edərək, sərtləşmə və qurumaları önləyir. Gündə bir neçə dilim yediyiniz ananas Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriGözlərə qulluq.

Gözlərin daim sağlam olması üçün onları yorğunluqdan qorumaq lazımdır. Bunun üçün uzanmaq, cökə çiçəyi suyu ilə isladılmış dəsmal qoymaq, burun və ağız yerlərini açmaq lazımdır. Bu zaman nəinki gözlər istirahət edir, həmçinin sifətin dərisi də qidalanır.
Əgər gözlər iltihablaşmış ,göz qapaqları şişmişsə kompres eləmək olar:gözün dairəsi boyda tikilmiş balaca torbalara çay, ya da cobanyastığı çiçəyi, cəfərini tökün və 5-10 dəqiqə qaynar suya salın. Sonra ilıq ikən hər iki gözün üstünə qoyun. Bu kompres gözünüzün ətrafında qırışların əmələ gəlməsinin də qarşısını ala bilər.

Təzə kartofu sürtgəcdən keçirib tənziflə gözünüzün üstünə Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriLimonun verdiyi gozellik

Təbiətin qadınlara təqdim etdiyi gözəllik imkanları.

Meyvələr, tərəvəzlər, yumurta və süd qiymətli bir qida olmalarının xaricində, qadın gözəlliyinin qiymətli köməkçiləridir. Qadınların əksərən heç xoşlanmadıqları yağış belə bir gözəllik vasitəsi ola bilər. Bunun üçün aşağıdakı tövsiyələrə riayət etməniz kifayətdir.

Aşağıdakı maska ​​dərinizə eyni zamanda həm turşu, həm də vitamin qazandıracaq:

Bir limonun suyunun içinə, limonun qabığının xarici təbəqəsini rəndələyin. (Limon qabığının antiseptik yağlar etibarilə zəngin olan qismi burasıdır.)

Sızanaqlı və yağlı dərilər ümumi olaraq çox nəzakətli deyillər. Bununla birlikdə limon maskasını çox qüvvətli tapsanız, limon sununun yerinə bərabər miqdarda portağal və qreypfrut suyu istifadə edə bilərsiniz.

Limon suyu, dərini təmizləyən və qüvvətləndirən bir çox maskalarda Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriQadın-Orqazm Haqqında Hər Şey.

Qadın və Orqazm
Kişi və qadını bir-birinə ehtiras cəzb edir və əvvəl-axır bu ehtiras güclü şəhvət həyəcan şəklində özünü ifadə edir. Bu güclü şəhvət həyəcanı "orqazm" adını daşıyır "orqazm" yunan sözü olub, cinsi əlaqə zamanı şəhvət duyğusunun

Zirvəsini bildirir. Bu cür duyğunu ifadə edən çoxsaylı terminlər mövcuddur bunlardan ən geniş yayılanları
"ekstaz" və "affekt"di. Fransız dilindən tərcümədə ekstaz - cuşa gəlmə; həzzin, ləzzətin affekt balına çatan ifrat dərəcəsidir. Affekt isə latıncadan tərcümədə - "hisslərinin çılğıncasına ifadəsi" deməkdir. Əgər biz orqazm barensindəki əsas baxışları ümumiləşdirsək, bu barədə belə demək olar: qarşılıqlı yaxınlıq, nəvaziş, sonra isə cinsi əlaqə zamanı cinsiyyət orqanlarının bir-birinə sürtünməsi nəticəsində kişi və Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriMakiyaj

[color=#ff9331]İnsanlar bunu planlı şəkildə etməsələr də, çox davranış və hərəkət kimi, görünüşdəki fərqlilik, stil, qadınlarda isə makiyaj etmə üsulu onlar haqqında müəyyən təəssürat yaradır.

Bəs, makiyaj qadın xarakteri barədə nələri deyir? Əgər bu barədə daha geniş öyrənmək istəyirsinizsə, onda gəlin birlikdə makiyajın müxtəlif növlərini araşdıraq və hər belə növün nədən xəbər verdiyinə nəzər salaq.

Əgər, ümumiyyətlə, makiyaj etmirsinizsə…

Qadınlar müxtəlif səbəblərə görə kosmetik vasitələrdən imtina edirlər. Əgər kosmetikadan imtina ciddi səbəblərə dəlalət etmirsə, o zaman həmin qadının özünə az dəyər verməsini demək olar. Belə xanımlar qadınlığın tərəfdarı olmur və özlərinə fikir vermirlər. Səbərləri odur ki, belə xanımların ya az vaxtları olur, ya da tənbəldirlər. Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriQoroskopla ye, gözəl ol

Gözəl görünmək və sağlam olaq üçün əlimizdən gələni edirik. Münnəcimlər deyir ki, əgər onların məsləhəti ilə qidalansaq daha çox qazanrıq. Beləliklə:

Qoç harada nə gəldi yeyir. Ona saatlıq dieta tövsiyə edilir. Balığa üstünlük versin. Amma konserv balıqlara yox. Pendir, kəsmik ona xeyirlidir.Qoç fıstıq və badamı sevir.

Buğa tərəvəzə üstünlük versin.Turp, kök, kartof, gül kələmi, meyvələrdən heyva, şəftalı, gavalı yesin.Çaya çobanyastığı ləçəyi əlavə etsə pis olmaz.

Əkizlər noxud və lobyalı bitkilərə üstünlük verməlidir. Badımcan və turp yarpağı da xüsusilə xeyrlidir. Meyvələrdən armud və zeytun yesə yaxşı olar. Nəhayət hər yeməkdən sonra mineral su içməsi məsləhətdir.

Çox həssas və intuitiv olan xərçəng əsl qurmandır.Yaxşı olar Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriÜzüm suyu yaşlanmanı gecikdirir.

Üzüm suyu yaşlanmağı geciktirir.Hər dərdə dərman üzüm suyu.

Üzüm və üzüm suyunun qan quruluşçu və antioksidan xüsusiyyətlərinin yanında bilinməyən bir çox xüsusiyyəti var. Mütəxəssislər vitamin və mineral baxımından olduqca zəngin olan üzüm sununun xərçəng və ürək xəstəliklərinə qarşı qoruyucu təsiri olduğunu ifadə edir.
A, B və C vitaminləri, kalium və dəmir baxımından olduqca zəngin olan üzüm suyu, bədənin xəstəliklərə qarşı müqavimətini artırır. Bilinən xüsusiyyətlərinin yanında məzmunundakı antioksidan birləşmişlər sayəsində xərçəng hüceyrələrinin meydana gəlməsinə mane olduğunu ifadə edən Erciyes Universiteti Sağlamlıq Elmləri Fakültəsi Bəslənmə və Diyetetik Hissə Başçısı Prof. Dr. Neriman İnanc, üzüm sununun qan sulandırıcı xüsusiyyəti ilə də infarkt riskini azaltdığını söylədi.
Üzüm Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriDəri tipinə uyğun qulluq qaydaları

İnsanın dərisi 3 qatdan ibarətdir: epidermis, derma (dərinin özü), dərialtı piy toxuması. Ətraf mühitin təsirinə bilavasitə məruz qalan xarici qat epidermis adlanır. Bu qatın qalınlığı təxminən 0,3-1 mm-dir. Ən nazik epidermis qatı göz qapaqlarında, ən qalın epidermis qatı isə əllərin iç və ayaqların alt səthində olur. Bununla yanaşı, su-yağ balansının vəziyyətindən asılı olaraq insanların üz dərisinin aşağıdakı tipləri ayırd edilir: normal dəri; quru dəri; yağlı dəri; qarışıq dəri. İnsan öz dəri tipini necə müəyyən edə bilər?

Bunun üçün aşağıdakıları etmək lazımdır:

Kosmetik süddən istifadə etməklə üzünüzü yuyun.

Bir saat gözləyin.

Diqqət yetirin ki, dərinizdə dartılma hissiyyatı varmı

Bir neçə ədəd nazik kağız (məsələn, siqaret kağızı) parçası Ardı »