Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixdə bu günŞəfiqə Axundova: "İnsan yaşa dolanda, çox şeylər gözləyir"

[color=#fe5e5e]Azərbaycan adını dünya musiqi salnaməsi tarixinə qızıl hərflərlə yazdıran bir çox bəstəkarlar yetişdirib. İlk peşəkar bəstəkar kimi adını tarixə Üzeyir bəy yazdırıbsa, xalq artisti Şəfiqə Axundova şərqin ilk qadın opera bəstəkarı kimi tarixə düşüb.

Bu gün Şərqdə ilk opera yazan bəstəkar qadın, Azərbaycanın xalq artisti Şəfiqə Axundovanın 89 yaşı tamam oldu. 90 yaşın bir addımlığında olmasına baxmayaraq, hələ də gənclik eşqi ilə yazıb yaradan bəstəkara sanki bu illər hec bir təsirini göstərməyib. 89 yaşını qeyd edən bəstəkarımız ömrünün son akkordlarının çalındığını deyir. Sənətkar onun adını tutub qapısını açan hər bir insanın gəlişinə sevinir.

Xalq artisti Şəfiqə Axundova arzularının çox olduğunu Ardı »

Tarixdə bu gün14 Fevral 2015

Dünyada olan hadisələr[redaktə]
1598 — Rusiya çarı Boris Qodunov taxta çıxmışdır.
1956 - Moskvada Sov.İKP-nin XX qurultayı işə başlamışdır. Qurultayda Nikita Xruşşov İosif Stalinin "şəxsiyyətə pərəstiş siyasəti" haqda cıxış etmişdir.
1989 — İranın ali dini rəhbəri Ayətullah Xomeyni bədii əsərlərində İslam dinini təhqir etmiş hindistanlı yazıçı Salman Rüşdinin ölümünə fərman vermişdir.
1992 — MDB dövlət başçılarının Moskva görüşündə Birliyin əsas prinsipləri barədə Bəyannamə və MDB ölkələrinin strateji qüvvələri haqqında saziş imzalanmışdır.
1994 — Borland Delphinin ilk versiyasını təqdim etmişdir.
2005 — YouTube servisi yaradılmışdır.

Azərbaycanda olan hadisələr[redaktə]
1956 — Azərbaycan SSR-də ilk dəfə televiziya (Bakı televiziya studiyası) fəaliyyətə başlamışdır. Bu Şərqdə ilk televiziya idi. İndiki AzTV kanalıdır.
2011 — saat Ardı »

Tarixdə bu günNovruz Bayramı

Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Novruzun süfrəsi də fərqlidir. Belə ki, istər süfrədə, çərşənbələrdə, istərsə də Novruz axşamında milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara başçəkmək, onlara Ardı »

Tarixdə bu gün21 May 2015

21 May 2015

Dünyada olan hadisələr
1864 — Çərkəslər Rus işğalçıları tərəfindən ana vətənləri olan Şimali Qafqazdan sürgün edildi.

Azərbaycanda olan hadisələr
1996 — Azərbaycan Respublikası Şri-Lanka ilə diplomatik əlaqələr qurmuşdur.
2004 — Azərbaycan Respublikası Malavi ilə diplomatik əlaqələr qurmuşdur.

Doğumlar
1471 - Albrext Dürer, alman rəssamı.
1921 - Andrey Saxarov, rus fiziki.

Bayramlar və xüsusi günlər[
İşsizlərin müdafiəsi günü.
Beynəlxalq Mədəni İnkişaf Günü. Ardı »

Tarixdə bu gün29 Mart 2015

Dünyada olan hadisələr
1430 - Osmanlı ordusu Saloniki və İoniyanı fəth edib.
1827 - Bethoven Vyanada 10 min nəfərin iştirakı ilə son mənzilə yola salınıb.
1903 - Markoninin radio sistemi vasitəsilə London və Nyu-York arasında müntəzəm xəbər ötürülməsi başlandı.
1938 - Hərb Okulu Məhkəməsi Nazim Hikmətə 28 il həbs cəzası kəsdi.
1950 - Nazim Hikmət Bursa həbsxanasında aclığa başlayıb.
1957 - Kiprdə gərginlik artdığına görə adada küçəyə çıxmaq qadağan edilib.
1966 - Leonid Brejnev Sovet İttifaqı Kommunist Partiyasının I katibi seçilib.
1973 - Amerika Birləşmiş Ştatlarının sonuncu hərbi birləşmələri Cənubi Vyetnamı tərk edib.
1979 - Uqandada İdi Amin rejimi hərbi çevriliş yoluyla devrilib. İdi Amin qaçmaqla özünü xilas edib.
1982 - Ardı »

Tarixdə bu gün26 May 2015

Dünyada olan hadisələr
946 - Edred İngiltərənin şahı elan olunur
1799 - Rus şair Aleksandr Puşkin anadan olub. 20-ci əsrdə şairin bir çox əsəri Azərbaycan dilinə tərcümə edilib
1883 - Əlcəzairin milli qəhrəmanı, sərkərdə Əbdül Qadir anadan olub
1896 - Rusiyanın son çarı II Nikolay taxta çıxıb.
1904 - Türk şair Nəcib Fazil Qısakürək anadan olub
1908 - İranın Məscid Süleyman (مسجد سليمان) şəhərində Orta Şərqdə ilk neft yatağı aşkar edilib.
1918 - Gürcüstan Demokratik Respublikası qurulub.
1918 - Zaqafqaziya Seyminin son iclası keçirilib. Uzun sürən qarşılıqlı ittihamlardan sonra seym Zaqafqaziya respublikasının parçalanmasını təsdiq edən qətnamə qəbul edib
1920 - Azərbaycan SSR vahid Əmək məktəbi haqqında əsasnamə qəbul edilib
1922 - Ardı »

Tarixdə bu gün11 Fevral 2015

1943 - Stalin sovet atom bombasının hazırlanması barədə göstəriş verib.
1945 Stalin, Ruzvelt və Çörçillin iştirak etdiyi Yalta konfransı başa çatıb.
1873 - İspaniyada Birinci Respublika bərqərar olub.
1953 - SSRİ İsrail ilə diplomatik əlaqələri kəsib.
1959 - Kiprin yunan və türk toplumları arasında Sürix sazişi imzalanıb.
1979 - İranın sonuncu baş naziri Şapur Bəxtiyar Fransaya qaçıb. İranda İslam İnqilabı tam qələbə çalıb.
1990 - Afrika Milli Konqresinin lideri Nelson Mandela 27 il sonra həbsdən azad edilib.
2005 - Astronomlar tarixdə ilk dəfə doğma Qalaktikadan ayrılaraq, qalaktikalararası fəzaya uçan ulduz aşkar ediblər.
1920 - Bakı Fəhlə klubunun binasında qeyri-leqal şəkildə Azərbaycan kommunistlərinin birinci qurultayı başlayıb.
1920 - Fətəli xan Xoyski Ardı »

Tarixdə bu gün21 yanvar 2014 Xalq şairi Zəlimxan Yaqubun 64 yaşı tamam olur

21 yanvar 2014,
Xalq şairi Zəlimxan Yaqubun 64 yaşı
tamam olur
Bakı, 21 yanvar.

Xalq şairi Zəlimxan Yaqubun bu gün 64
yaşı tamam olur.

Yaqubov Zəlimxan Yusif oğlu 1950-ci
ildə Borçalının Bolnisi rayonunun
Kəpənəkçi kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin (indiki
BDU) kitabxanaçılıq fakültəsini bitirib.
"Azərkitab" sistemində, həmçinin kitab satışı
və çapı sistemində müxtəlif vəzifələrdə
işləyib. "Yazıçı" nəşriyyatında şöbə redaktoru
və şöbə müdiri olub.
İlk şeiri 1966-cı il oktyabrın 4-də
Gürcüstanın Bolnisi rayon qəzeti "Qələbə
bayrağı"nda dərc edilib.
Məmməd Araz ədəbi mükafatı (1995) ilə,
"Şair harayı", "Vətən yaralar", "Sizi
qınamıram" və "Ziyarətin qəbul olsun"
kitabına görə H.Z.Tağıyev adına mükafatla
(1995), "Şöhrət" ordeni və Gürcüstan
Respublikasının "Şərəf" ordeni ilə təltif edilib.
2008-ci ildə Azərbaycan Aşıqlar Birliyinin
sədridir.
Azərbaycan Milli Məclisinin deputatı seçilib. Ardı »