Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

P hərfiPaxıllıq etmək

Yuxuda başqalarına paxıllıq etmək o deməkdir ki, siz xoş rəftarınız və xeyirxah işlərinizlə yeni dostların rəğbətini qazana biləcəksiniz. Əgər yuxuda kimsə sizə paxıllıq edirsə, real həyatda problemlərinizi ürəyinə yaxın qəbul edən dostlarınızla sizin aranızda anlaşılmazlıq gözlənilir.



Paxıllıq etmək – səylə məqsədinə nail olmaq; paxıllığa məruz qalmaq – rifah, müvəffəqiyyətə işarədir. Ardı »

P hərfiPlanet görmək

Yuxuda planet görmüsünüzsə, həyatda sizi sevindirməyən iş və yorucu səyahət gözlənilir. Ardı »

P hərfiParik görmək

Yuxuda parik taxmısınızsa, bu, yaxın günlərdə edəcəyiniz dəyişikliklərin sizə uğur gətirməyəcəyinə işarədir. Parik itirmək o deməkdir ki, düşmənlərinizin kinayə və nifrətinə tuş gələcəksiniz. Başqa adamları parikdə görmək – sizi əhatə edən xəyanətə işarədir. Ardı »

P hərfiPapaq görmək

Yuxuda bahalı papaq görmək o deməkdir ki, siz məşhur və xoşbəxt olacaqsınız. Əgər köhnə və geyinilmiş papaq görsəniz, siz öz mülkiyyətinizi başqalarına verməli olacaqsınız. Ardı »

P hərfiPalto görmək

Yuxuda palto görmək o deməkdir ki, öz tərsliyiniz ucbatından əziyyət çəkəcəksiniz. Kimdənsə palto istəmək o deməkdir ki, başqalarının səhvləri uğursuzluqlarınıza səbəb olacaq. Yuxuda gözəl palto geyinmisiniz və yaxud baxırsınızsa, sizi istəklərinizin həyata keçməsində uğur gözləyir. Yuxuda özgə paltosunu geyindiyinizi anlamısınızsa, bu çətin vəziyyətə düşəcəyinizə və dostların köməyinə ehtiyacınız olacağına işarədir. Əyninizdəki palto cırıqdırsa,sizi böyük kədər gözləyir. Yuxuda paltonuzu itirmisinizsə, bu pis əlamətdir: Siz taleyinizi yenidən qurmalı olacaqsınız və maliyyə işlərində ehtiyatsızlığınız və sadəlövhlüyünüzə görə özünüzü lənətləyərək peşman olacaqsınız. Ardı »

P hərfiPortağal görmək

Yetişmiş meyvələrlə dolu ağac görmək sağlam və əlverişli ətrafa işarədir. Portağal yemək pis hadisələrin olacağına işarədir: Bu o deməkdir ki, dostunuzun və ya qohumlarınızın xəstəliyi sizi kədərləndirəcək. Əgər bu portağallar təzə və ətirlidirsə, çox güman ki, tale sizin üzünüzə güləcək. Yuxuda portağal yeyən gənc qadın, ola bilsin ki, sevgilisini itirsin. Əgər o, ağacın ən yüksək yerində bitən gözəl portağal görübsə, onda ər seçimində ehtiyatlı olacaq. Əgər ayağınızın altında portağal qabığı qalıb sürüşmüsünüzsə – bu, qohumunuzun ölümünə xəbərdarlıqdır. Yuxuda arvadınızın təkidi ilə portağal almısınızsa və onun portağal yediyini görmüsünüzsə, bu o deməkdir ki, işlərinizdə xoşagəlməz hallar öz-özünə həllini tapacaq və qazanc əldə Ardı »

P hərfiPayız görmək

Yuxuda qadın payız fəslindədirsə, bu yuxu başqaları ilə aparılan bir çox mübarizədən sonra mal-mülkü alacağına işarədir. Qadın yuxuda ərə getməyə hazırlaşırsa, bu, xoşbəxt evlilik və şən ev, uğurlu sevgi əlamətidir. Ardı »

P hərfiPadişah

Röyada padişah görmək ən xeyirli yuxulardan sayılır. Subaysınızsa – xoşbəxt ailə quracaqsiniz, evlisinizsə – yaşayışınız, güzaranınız son dərəcə gözəl və ürəkaçan olacaqdır. Ardı »