Sevgi varmı? → Tenha Xanima Gece Oxusu."Erli Qadin" 24 Noyabr
Səhər yuxudan duranda başı ağrıyırdı həmişə. Hər səhər gözünü açanda onu daha bir mənasız, yeknəsəq günün gözlədiyini düşünüb qüssələnirdi. Hər gün də çalışırdı özünü inandırsın ki, bu gün hər şey fərqli olacaq, nə isə bir yenilik, ya da nəsə yaxşı bir şey baş verəcək. Bu gün isə başağrı ilə deyil, yüksək əhvali-ruhiyyə ilə oyandı. Adəti üzrə öncə balıqlarını salamladı, akvariumun şüşəsini astaca döyəcləyib: “Sabahınız xeyir, dostiklər, necəsiniz?” – deyə şən əhvali-ruhiyyə ilə soruşdu. Balıqlar yekdilliklə balıq kimi susurdular. Amma bu, onun əhvalını heç pozmadı, çünki onların susmasına alışmışdı artıq. Onların əvəzinə özü cavab verdi: “Həə, görürəm, yaxşısınız. Siz də mənim kimi Ardı »