beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MedeniyyetMusiqi mədəniyyəti

Azərbaycan mədəniyyətinin bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmış müxtəlif janrlı musiqi. Azərbaycan musiqisi çox əsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan – Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) – başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar səslənir. Azərbaycanın musiqi yaradıcılığı nəsildən-nəslə ötürülərək inkişaf etmiş, təkmilləşmiş, həyat dairəsi genişlənmiş, yeni-yeni janrları mənimsəmiş və zənginləşmişdir. Keçmişin klassik musiqi sərvəti olan muğamlar milli musiqi mədəniyyətimizin əhəmiyyətli bir hissəsini təşkil edir. Xanəndələr və sazəndələrin yaradıcılığında zəngin klassik irsimiz olan muğamlar inkişaf Ardı »

MedeniyyetAzərbaycan mədəniyyəti haqqında ümumi məlumat

[color=#fe5e5e]Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Ən qədim dövrlərdən zəmanəmizədək davam edən bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir.

Təbiidir ki, xalqımızın Ardı »

MedeniyyetMedeniyyetimiz

[color=#039b80]Azərbaycan Respublikası XX əsrdə ikinci dəfə - 1991-ci ildə öz müstəqilliyini elan etmiş, özünü 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmişdir. Həmin tarixdən başlayaraq Azərbaycan öz milli, dini irsini, mənəvi-əxlaqi dəyərlərini yenidən öyrənməyə, yaxın və uzaq keçmişdə itirdiklərini və unutdurulanlarını bərpa etməyə başlamışdır.

Bu sahədə ulu öndərimiz HEYDƏR ƏLİYEVİN müstəsna xidmətləri vardır. Çıxışlarının birində o, Azərbaycanın yeni nəslinin təlim və tərbiyəsinin əsas məqsəd və vəzifələrindən danışaraq belə deyir: "Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas mənəvi, milli ənənələr əsasında tərbiyə edilsinlər."

Bu tərbiyənin nədən ibarət olduğu da ümummilli liderimiz tərəfindən açıq və aydın şəkildə müəyyən edilmişdir "İslam dini əsrlər boyu Ardı »

MedeniyyetBakının simvolu Qız qalasının sirri

Xəzərin sahilində bir qala var. O qədər sakit, dinməzcənə dayanıb ki, ona sükut qalası da deyə bilərdik. Minilliklərdir ki, onu sökürlər, amma tam dağıda bilmirlər, sonra guya bərpa edir, yeni görkəmə salırlar, adına min əfsanələr qoşurlar, o isə dözür və dinmir. Məğrurcasına sahildən bir az aralı dayanıb yenə də əvvəlki kimi öz sirrini kimsəyə danışmır.

Amma bizimçün, Xəzər sahilində yaşayıb onun sehrində qidalanan insanlar üçün Qız qalası barədə danışmamaq günahdır. Bizim Qız qalası haqqında biliklərimiz özünü qaladan tullamış qız barədə əfsanədən uzağa getmir. Bu əfsanənin ucbatından həya edib Qız qalası barədə bütün dünyaya car çəkə də bilmirik. İlk milli biletimiz – Əfrasiyab Ardı »

MedeniyyetVulqarlaşırmı müasirləşirmi?!

Şəhriyyə Qəzənfərqızı
Özüm gənc olsam da hərdən yaşlı nəslin cavanların davranışlarını, danışıqlarını bəyənməməyinə haqq qazandırıram. Gündən-günə özüm üçün sübut edirəm ki, gənc nəslin nümayəndələri dilimizi korlayır. Doğrusu, hərdən mən də fikrimi bildirmək istəyəndə öz doğma dilimizdə həmin fikri ifadə edəcək bir söz tapmıram. Məcburən türk və ya rus dillərinə müraciət edəm. Bu acı bir həqiqətdir.

Dilimizdə yeni sözlərin yaranmasına hər birimiz ehtiyac duyuruq. Fəqət dilimizin düşməni elə biz gənclərik. Öz milli sözlərimizi belə pis tərəfə yozaraq bir az da kasadlaşdırırıq. Sonra o sözü əvəz edəcək bir söz axtarırıq. Şikayətimiz də budur ki, dilimizdə yetərincə söz yoxdu. Onsuz da dilimizin yarıdan çoxu alınma Ardı »

MedeniyyetƏdəbiyyat

Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi e.ə. VI əsrdə Midiya dövləti (e.ə. VII-VI əsrlər) ərazisində meydana çıxmış və müəllifliyi Zərdüşt peyğəmbərə aid edilən "Avesta"dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır.

Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları b.e. XI əsrdə "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Bədii abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti Qədim Yunanıstanda yaranmış analoji süjetlərin yaranmasına (Siklop) təkan vermişdir.

XII əsr Azərbaycan poeziya məktəbinin nümayəndələrinə yüksək Ardı »