Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

IdmançılarTeymur Rəcəbov

Teymur Rəcəbov (12 mart 1987, Bakı, Azərbaycan SSR) — Azərbaycanın aparıcı şahmatçılarından biri, beynəlxalq dərəcəli qrossmeyster (2001).
[redaktə]
Həyatı

Teymur Rəcəbov 14 yaşında ikən dünyanın ən gənc qrossmeysteri olma rekordunu yeniləmişdir və şahmat vunderkindi hesab olunur.

Yüksək səviyyəli şahmatdakı ilk nailiyyətini 2003-cü ildə Qarri Kasparovu Linaresdə qara fiqurlarlara udaraq əldə etmişdir. Bu qarşılaşma həmin il Linares-də ən yaxşı oyun mükafatına layiq görülmüşdür. Bu nəticəyə görə Rəcəbov şahmat tarixində dünya 1-cisini məğlub edən ən gənc şahmatçı hesab olunur.

Teymur Rəcəbov Veselin Topalova qarşı (Bilbao, 2008)

Həmin il Teymur Vişvanatan Anandı və Ruslan Ponomaryovu qara fiqurlarlara məğlub etmişdir. Bu nəticə ilə birlikdə isə Rəcəbov 1 ildə üç Ardı »

IdmançılarRəşad Sadıqov

Rəşad Sadıqov — azərbaycanlı futbolçu, Azərbaycan Milli Futbol Komandasının kapitanı.

Həyatı

Rəşad Sadıqov 16 iyun 1982-ci ildə anadan olub.

Azərbaycan premyer liqasında çıxış edən Tovuzun "Turan", Bakının "Neftçi", İranın "Fulad"[1], Türkiyə futbol çempionatında çıxış edən Kayserispor komandalarında forma geyinib. Yenidən "Neftçi"də oynadıqdan sonra Türkiyənin Kocaelispor klubuna transfer olunub. Bu klubun heyətində 2008-2009-cu il mövsümündə Türkiyə Super Liqasında 16 oyun keçirib. 2009-2010 mövsümündə UEFA Avropa Liqasında mübarizə aparan Ağdamın "Qarabağ" klubuna kömək etmək məqsədilə yenidən vətənə geri dönüb. UEFA Avropa Liqasında uğurlu çıxış edərək ilk iki mərhələdə meydana çıxdığı 4 oyunda 2 qol vurub. 2010-cu ilin avqust ayında Türkiyənin Eskişehirspor futbol klubu ilə 2-illik kontrakt Ardı »

IdmançılarƏləkbər Məmmədov (məşqçi)

Ələkbər Məmmədov — (9 may 1930, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbolçu və məşqçi, hücümçu, SSRİ-nin əməkdar idman ustası (1960), SSRİ-nin əməkdar məşqçisi (1990).
[redaktə]
Bioqrafiyası

Ələkbər Məmmədov Bakının "Neftyanik" (1948—1953, 1960—1962), Moskvanın "Dinamo" (1954—1959) komandalarında oynamışdır. SSRİ-nin yüksək liqasında 185 oyun keçirmiş, 56 qol vurmuşdur. 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olmuşdur. Beynəlxalq oyunlarda iştirak etmişdir. SSRİ yığma komandasının tərkibində 1958—1959-cu illərdə 4 oyun keçirmişdir. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır. Bakının Neftyanik komandasının, Azərbaycanın yığma komandasının məşqçisi olmuş, Bakının ali təhsil müəssisələrində işləmişdir. Hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyasının idman hazırlığı kafedrasının müdiridir. Ardı »

IdmançılarNizami Paşayev

Nizami Paşayev - ikiqat dünya çempionu, 94 kq çəki dərəcəsində planetin 5-ci ən güclü ağırlıqqaldıranı sayılır.

Reytinqdə Azərbaycan atletlərindən ən yüksək pillədə qərarlaşanı Nizami Paşayevdir. O, Pekin Olimpiadasında 396 kq-lıq (birdən qaldırmada 181 kq, təkanla qaldırmada 215 kq) göstərici ilə bu yerə layiq görülüb.[1]

"Pekin Olimpiadasında çiyin nahiyəmdən zədə almışdım. Avropa çempionatına gedə bilməməyim məhz bununla əlaqədardır. Hazırda müalicə alıram" - deyə 94 kq çəki dərəcəsində ikiqat dünya çempionu vurğulayıb.

Nizami qitə çempionatında qızıl medal qazandıqdan sonra digər əyarlı mükafatlara sahib çıxmağı özü üçün münasib saymayıb: "Mən bir neçə il öncə Avropa çempionu olmuşam. İndi zədə ucbatından analoji yarışda ikinci və ya üçüncü yerə Ardı »

IdmançılarRamil Quliyev (atlet)

Ramil Quliyev — Azərbaycan atleti. 2011-ci ildən etibarən Türkiyə atleti.

Həyatı

29 may 1990-cı ildə Bakıda anadan olmuşdur.


2011-ci ildə Türkiyə vətəndaşlığına keçərək bu ölkənin idmançısı olmuşdur[1]. Quliyevin vətəndaşlıq dəyişdirməsi Azərbaycan Atletika Federasiyası tərəfindən qızğınlıqla[2] qarşılanmışdır. 2012-ci ildə Londonda keçiriləcək Olimpiya üçün Türkiyəni təmsil edə bilməsi Azərbaycan Atletika Federasiyasının icazəsinə bağlı idi və gözlənilən icazə çıxmadı. Bu vəziyyət Türkiyə Respublikası Baş nazirliyinə qədər çatdırılsa da federasiya qərarından dönməyəcəyini qəti olaraq bildirdi.[3]
[redaktə]
Statistika
[redaktə]
Uğurları
Universiadanın qalibi;
200 m məsafədə Avropa çempionatının qalibi və rekordçusu;
100 m məsafədə gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı;
Dünya çempionatının 7-cisi;
2009-cu ildə Avropa Atletika Assosiasiyasının (EAA) ən yaxşı IX kişi atleti.[4]
[redaktə]
Ən yaxşı nəticələriMəsafəTarixYerVaxt (saniyə)
60 metr7 Ardı »

IdmançılarVüqar Həşimov

Vüqar Qasım oğlu Həşimov (24 iyul 1986, Bakı, Azərbaycan SSR) — Azərbaycan şahmatçısı, qrossmeyster (2002), şahmat üzrə üçqat Azərbaycan çempionu (1995, 1996, 1998).

Həyatı

Vüqar Həşimov FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdır. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdir. Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməmişdir.[1] 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanmışdır. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olmuşdur.[ Ardı »

IdmançılarZemfira Meftahətdinova

[color=#f82e00]Zemfira Meftahətdinova (28 may 1963, Bakı, Azərbaycan SSR) — azərbaycanlı idmançı-atıcı (stend atıcılığı).
[redaktə]
Həyatı

Zemfira Meftahətdinova 28 may 1963-cü ildə Bakı şəhərində andan olmuşdur.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir.

2000-ci il Olimpiya oyunlarının qalibi, 2004-cü il Olimpiya oyunlarının bürünc mükafatçısı, 2008-ci il Olimpiya oyunlarının iştirakçısı (15-ci yer), 1986, 1987 və 1988-ci illərdə komanda hesabında Avropa çempionu, şəxsi hesabda 1986 və 1988-ci illərdə gümüş mükafatçı, 1987 və 1990 illərdə bürünc mükafatçı, 1986-cı il komanda hesabında dünya çempionatının gümüş mükafatçısı, 1986-cı il SSRİ çempionatının bürünc mükafatçısı olmuşdur.
[redaktə]
Olimpiya oyunlarında
Sidneydə keçirilən 2000 - ci il Olimpiya oyunlarında Azərbaycanın stend atıcılığı üzrə yığma komandaslna ilk qızıl medalı Ardı »