Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Azeərbaycan ƏsərləriAnar - Mütləq Görüşərik

« M U H A K K A K G Ö R Ü Ş Ü R Ü Z - M Ü T L Ə Q G Ö R Ü Ş Ə R İ K»

İlk gənclik illərindən qiyabi sevdiyim Türkiyəni ora səfərlərim nəticəsində daha yaxından tanıdım və 93-cü ildə İstanbulda yeddi ay yaşadıqdan sonra bu ölkəni, bu xalqı daha çox sevdim. Bir çox dəyərli insanlarla tanış oldum. Onların Azərbaycandakı faciəvi hadisələrə, Qarabağ müsibətinə necə də ürəkdən yandıqlarını, bizə hər cür yardım göstərmək arzusuyla çırpındıqlarının şahidi oldum.

Türkiyəni ikinci vətənim sayıram.

Birinci Ardı »

Azeərbaycan ƏsərləriAnar - Gürcü Familyası

G Ü R C Ü F A M İ L Y A S I

Bu nə qəribə teleqram idi: «Muradov Oqtaya 29 Bakıdayam Reys 203 Qarşıla» İmzasız! 203-cü reyslə uçan təyyarə Moskvadan gəlir. Amma axı kim ola? Moskvadan heç kəs gələsi deyil. Heç kimi gözləmirəm. Bu teleqramı kim vurub görəsən?.. Ağlıma heç kəs gəlmir.

Hələ yaxşı ki, teleqramı anam alıb. Bacım alsaydı, gör nə mərəkəydi. Düz bir il məni dolayacaqdı.

Səhər erkən aeroflot avtobusunun yumşaq kürsüsünə sərələnib öz-özümə fikir eləyirdim: yaxşı, axı mən kimi qarşılamağa gedirəm?

Avtobus şəhərin yuxulu küçələrindən keçirdi. Mən gələcək müsafirim haqqında düşünərək pəncərədən yatmış şəhəri seyr edirdim. Ardı »

Azeərbaycan ƏsərləriAnar - Qırmızı Limuzin

Q I R M I Z I L İ M U Z İ N

Yeddi təpəli şəhrimdə
İtirdim qönçə gülümü
Nə də düşünmək ölümü
Nə ölümdən qorxmaq ayıb.
Nazim Hikmət

O, qəfilcən dayandı. Ətrafa boylandı. Buralar ona həm tanış gəlirdi, həm də bu dar küçəni sanki ilk dəfə görürdü. Bir ya ikimərtəbəli evlər, səliqəsiz həyətlərin qarışıq qoxuları, sal divara dirənən kor dalan. O, ya sanki çox uzaqlarda qalmış xəyal kimi, ilğım kimi, süzülüb nazilmiş xatirələr kimi, bulanıq yuxu kimi qeyri-müəyyən bir aləmi andırırdı. Uşaqlığının anımlarıydımı bu?

Yox, uşaqlığı bu məhəllədə keçməmişdi. Bəlkə haçansa, çox illər qabaq buralara kimsə qonaq gəlibmiş, bəlkə bu evlərin birində Ardı »

Azeərbaycan ƏsərləriAnar - Yaxşı Padşahın Nağılı

Y A X Ş I P A D Ş A H I N N A Ğ I L I

Sizə kimdən deyim, yaxşı padşahdan. Ravilər belə rəvayət edir ki, əyyami-qədimdə ya Çində, ya Maçində bir yaxşı padşah varmış. Bu padşah çox adil padşah imiş. Hamıdan, hamıdan adil. Yaxşı padşah heç vədə öz rəiyyətlərinə güldən ağır söz deməzmiş. Nə incidərmiş onları, nə boyunların vurdurarmış, nə də asarmış. Padşahın yaşı ötmüşdü, amma ömrü boyu o nəinki adam, heç taxtabiti, birə də öldürməmişdi.

Elə buna görə də padşahın çarpayısı birəylə dolu idi və padşah yazıq gecələr yata bilmirdi. Ardı »

Azeərbaycan ƏsərləriAnar - Mən, Sən, O Və Telefon

M Ə N , S Ə N , O V Ə T E L E F O N

Telefon nömrələri
Oxşamaz bir-birinə
amma hamısında
insan səsi...
...pis günlər
oxşamaz bir-birinə
birində özün susarsan,
birində telefon.

Vaqif Vəkilov

Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki... Telefon nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri unudacaqsan: paoportunun nömrəsini, axırıcı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını unudacaqsan. Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə idi. Ardı »

Azeərbaycan ƏsərləriAnar - Vahime

V A H İ M Ə

İlk qışqırıq
Gələcək günlərin
vahiməsidir bəlkə,
Son sükut -
ömrün yorğunluğuna məlhəm -
Sakit, sərin bir kölgə.

Rəsul Rza.

Həkim Oruc həyatından razı idi. Səhhətindən şikayəti yoxdu. Qırx beş yaşın içindəydi, indiyəcən heç zökəm də olmamışdı. Ailəsi sarıdan da arxayındı. Özündən altı yaş böyük arvadı Pakizə evdar qadın idi. Ev-eşiyi həmişə səliqə-səhmanlı, bişirib-düşürdüyü xörəklər ləzzətli, özü iddiasız, təmannasız, dilsiz-ağızsız. Heç vaxt ərini: hara getdin, hardan gəldin, tez gəldin, gec gəldin - deyə dığ eləməzdi.

Oruc hər səhər yuxudan durub mətbəxdə təzə dəmlənmiş pürrəng çayını, soyutma yumurtasını ya qayqanağını (bir gün soyutma yumurta, bir gün qayqanaq), yağ-çörəyinri, pendir-çörəyini hazır görərdi. Köynəyi, kostyumu, qalstuku Ardı »

Azeərbaycan ƏsərləriNecefbey Vezirov-daldan Atilan Dash Topuga Deyer

Necefbey Vezirov.daldan atilan dash topuga deyer
Ə b d ü r r ə h m a n bəy – əlli iki yaşında, çinovnik, qulluqdan çıxmış.
X ı r d a xanım – onun övrəti
S ə k i n ə xanım – onların qızı, on səkkiz yaşında
Ə b d ü r rəhim – nökər
P ə r i – qarabaş
N u r c a h a n – aralıq övrəti
H е y d ə r ə l i – Dərviş, iranlı
İ s k ə n d ə r b ə y – cavan həkim
D ə l Ardı »

Azeərbaycan ƏsərləriDom Feyzulla-Bomba

Dom Feyzulla Bomba
Yaziçi: Əbdürrəhimbəy Haqverdiyev

Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi.
Onun arvadı hərdənbir deyərdi:
-A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka.
Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış.
Bir baqqal dükanı aç!
Kərbəlayi Zal cavab verərdi:
-Arvad, sən hökümətin ləzzətini anlamırsan.
Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beşildən artıqdır ki, polis qulluğundayam.
Bir-iki ildən sonra pensiyam çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.
Belə danışıqdan sonra arvad həmişə sakit olardı.
-Nə deyirəm, kişi, özün bil!
Bu dəfə Kərbəlayi Zalın ovqatı təlx idi. Dəftərxanada pristav çağırıb demişdi:
-Kərbəlayi Zal, səndən narazıyam. Ardı »