Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SənətkarlarSəlhab Məmmədov

Səlhab Məmmədov - Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Respublikası Rəssamlar İttifaqı sədrinin birinci müavinidir. Professor, Azərbaycanın xalq rəssamıdır.

1943-cü ildə anadan olub. Oğlu Elxan Məmmədov AFFA-nın baş katibidir. Ardı »

SənətkarlarRok, İsa və Con Lenon

“Hazırda “Beatles” İsadan daha məhşurdu”

1964 — cü ilə qədər Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Star adi insan idilər. Bir-birini tələbəlik illərindən tanıyan bu “dördlük” musiqi ilə çılğınlıq etmək istəyirdilər. Rok musiqisi dəyişkənliyi və dinamikanı sevdiyindən “Beatles” qrupunu yaratmaqla qısa vaxtda milyonlarla fanat ordusu qazana bildilər. Mahnılarında ictimai duruma qarşı protesto, insanların mənəvi azadlığı uğrunda ehtiraslı çağırışları ilə diqqəti çəkən “Beatles” 60-ci illərdə 1 milyondan çox diski satılan qrup kimi məşhurlaşır. Lakin çox keçmir ki, 1970-ci ildə qrup üzvləri dünyanı heyrət içində buraxacaq qərar qəbul edirlər. Mətbuat “Beatles” üzvlərinin ayrılması xəbərini yayır. Sonradan Con Lenon qrupun dağılmasının səbəbi Ardı »

SənətkarlarBayram Hacızadə

1968-ci ildə Bakı şəhərində anadan olub.
1987-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib.
1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
1986-cı ildən "Kirpi" satirik jurnalında və dövri mətbuatda karikaturaçı-rəssam kimi çıxış edir.
2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü və karikatura bölməsinin sədridir.
2005-ci ildən "Biz və Karikatura" jurnalının baş redaktorudur.
2006-cı ildə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə sədr seçilib.
2006-cı ildən Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasında (FECO)Azərbaycan qrupunun prezidentidir.Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq karikatura müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olub. Əsərləri respublikada və xaricdə keçirilən beynəlxalq karikatura müsabiqələrində qızıl və bürünc medallar, xüsusi mükafatlar və fəxri diplomlara layiq görülüb.Müxtəlif ölkələrdə nəşr Ardı »