Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MüxtəlifAdolf Hitler...

Adolf Şiklqruber (Hitler) 1889-cu il aprelin 20 –də Avstriyanın Braunau şəhərində doğulub. Gömrük işçisi olan atası tipik ailə tiranı idi. Adolfun atası əvvəl anasının Şiklqruber soyadını daşıyırdı, çünki nigahdan kənar uşaq sayılırdı. 50 yaşı arxada qoymuş kişinin 28 yaşlı qadınla izdivacı artıq ikinci evliliyi idi. Hitlerin anası həlim, intelligent və çox dindar adam imiş. Onların cəmi 7 uşağından dördü körpə vaxtı ölüblər. Sağ qalanlardan biri ağıldankəm, o birisi isə tam səfeh idi, bu uşağı adam arasına çıxarmazdılar. Hitlerin valideynlərinin izdivacı qan qohumluğuna o qədər yaxın idi ki, evlənməkçün icazəni Roma papasından almalı olmuşdular. Benedikt monastrında oxuyarkən Adolf ruhani olmağı Ardı »

MüxtəlifJan Pol Bokassa-adamyeyən prezident..

Jan Bedel Bokassaya ilk şöhrəti gətirən hadisə 1966-cı ildə dövlət çevrilişi etməsidir. İkincisi isə prezident olandan sonra da adam yemək şakərini tərgidə bilməməsidir. Bokassa 20-ci əsrdə yeganə prezidentdir ki, bütün müxalifət liderlərini sözün həqiqi mənasında yeyib. Prezidentin, sonra isə imperatorun sifarişi ilə baş aşpaz onları ya öz suyunda bişirər, ya da böyük duxovkada qızardıb süfrəyə çəkərdi. Yeməyə xüsusi ətir vermək üçün ona limon da əlavə edilərdi.

Prezidentliyə doğru
Bokassa 1921-ci ildə anadan olub. O vaxt Mərkəzi Afrika Respublikası Fransa protektoratı idi. Bokassa 19 yaşında Fransanın müstəmləkə ordusuna qoşulub. Vyetnam Fransa müstəmləkəsi olanda orada vyetnamlılara qarşı vuruşub. Zabit rütbəsi və fəxri legion xaçı alıb. Ardı »

MüxtəlifÜzeyir Hacıbəyov...

Üzeyir Hacıbəyov...

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov (18 sentyabr 1885, Şuşa (Ağcabədi k.) – 23 noyabr 1948, Bakı) — dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi, EA akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948).

Həyatı
Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulmuş, valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olmuşdur.

O, 1899-1904-cü illərdə Qori Ardı »

MüxtəlifPol Allen...

İnformasiya texnologiyaları sahəsi üzrə dünyanın tanınmış şəxsiyyətləri silsiləsindən növbəti yazımın qəhrəmanı "Microsoft" şirkətinin yaradıcılarından biri, tanınmış ictimai xadim və dünyanın ən varlı şəxslərindən olan xeyriyyəçi Pol Allendir. Çoxları onu Bill Qeytsin yaxın dostu kimi də tanıyır. Onun çoxsaylı uğurları və gördüyü işlər hamıya məlumdur. Amma çoxları hələ də onun həyatla ölüm arasında mübarizə apardığından xəbərsizdir.

Doğum tarixi: 21 yanvar, 1953-cü il. Sietl, Vaşinqton

Yaşayış yeri: Merser adaları, Vaşinqton

Məşğuliyyət: informasiya-kommunikasiya texnologiyaları

Vəzifə: Vulcan Inc., Charter Communications şirkətlərinin rəhbəri, Microsoftun icraedici strategiya müşaviri

Xüsusi kapital: 10.5 milyard dollar

Pol Qardner Allen 1953-cü il yanvarın 21-də anadan olub. Çoxları onu Bill Qeytsin yaxın dostu və Microsoft şirkətinin banisi kimi Ardı »