Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Maraqlı MəlumatlarAybaşının pozulması

1 xörək qaşığı acıyovşanın ovulub toz halına salınmış yuxarı budaqları üzərinə ½ litr qaynar su tökərək bir nеçə saat saxladıqdan sonra süzürlər. Onu gündə 3 dəfə ½ stəkan aybaşının pozulmasında içirlər. Ağrılı aybaşıda bu bitkinin yarpaqları və köklərinin həlimindən istifadə еdirlər. Ardı »

Maraqlı Məlumatlarİki əkiz eyni anda

Doğuş haqqında bir sıra məlumatlarda bildirilir ki, ilk növbədə hamilə qadınlar öz bədənini və ürəyini həyatlarının bu vacib anına hazırlamalıdırlar.
Bu sağlam doğuş üçün çox önəmli hesab olunur. Geniş və ətraflı məlumatlara sahib olmaq bu işdə olduqca faydalı hesab olunur.
Hamilə qadınlar doğuş haqqında nə qədər çox məlumat bilərlərsə, bir o qədər az qorxar və sağlam hamiləlik dövrü keçirərək problemsiz doğuşa nail ola bilərlər.
Bu baxımdan internetdə yayımlanan bir məlumat çoxlarını təcübləndirəcək.
Belə ki, məlumatda qeyd olunur ki, ABŞ-ın Texas viləyalətində hamilə bir qadın qaldırıldığı xəstəxanada iki dəfə tək yumurta əkiz dünyaya gətirib.
Ananın bir dəqiqə ərzində ara verməklə əkiz uşaqlarını Ardı »

Maraqlı MəlumatlarGül qoxusu müsbət düşünməyə kömək edir

Bu qoxu sizi neqativ düşüncələrə qarşı qoruyacaq!
Xarici görünüşü ilə ev və bağça dekorasiyalarının baş tacı olan gülün insan psixologiyasına da müsbət təsir edir. Gül görkəmi və qoxusuyla insana rahatlıq gətirir.
Gözəl qoxunun mənfi düşüncələrin qarşısını aldığınlı deyən mütəxəssislər, işə başlamazdan əvvəl beyindəki negativ düşüncələri silmək üçün günü bir gül qoxlamağı məsləhət gürürlər. Gözəl qoxu beyin və organizmdə mənfi emosiyalara qarşı sədd yaradır.
İnsan təbiətən gözəl görmə və düşünmə hissləri ilə proqramlandığı üçün bir çiçəyi iyləyərək günə başlamaq bu duyğuları hərəkətə gətirir.
Gözəl qoxu gözəl düşündürür, bunun təsiri də gün ərzində davam edir. Ardı »

Maraqlı MəlumatlarDərisinin 80 faizi yanmış qız sağ qaldı

The İndependent" bildirir ki, İzabella "Peppi" Krüger Cənubi Afrika Respublikasında yaşayır. Onun valideynləri Yohannesburq sakinləridirlər.
Ailə həftəsonu bir yerdə olarkən ata barbekyu hazırlamaq, ət qızartmaq fikrinə düşür.

Manqal isə aşır və alovlu kömürlər balaca İzabellanın üstünə tökülür. Eyni zamanda, barbekyu hazırlamaq üçün istifadə olunan maye yanacaq da alışaraq qızın üstünə tökülüb.

Kiçik İzabellanı xilas etmək üçün ABŞ-dan implantat dərilər gətirildi və qızın bədəninə tikildi.
Dərisinin 80 faizi yanmış "Peppi"nin sağ qalacağına ümid olmasa da, cərrahlar uşağın belinə, üzünə, sinəsinə, qollarına və ayaqlarına dəri transplantasiya ediblər.

Dünən 3 yaşlı İzabellanın ilk fotoları yayılıb.

Cərrah Ridvan Mianın dediyinə görə, transplantasiya əməliyyatları nəticəsində Peppinin bədəninə köçürülmüş dəri parçaları onun orqanizminə Ardı »

Maraqlı MəlumatlarSevgi və ehtiras sağlamlıq üçün faydalıdır

Sevgi hissi və cinsi yaxınlıq insanın sağlamlığı üçün çox xeyirlidir, ələxüsus da kişilər üçün.

İTAR-TASS-ın verdiyi məlumata görə, bu araşdırmanı amerikan Tədqiqat institutunun elmi kollektivi aparıb.

16 illik araşdırmalardan sonra mütəxəssislər aydınlaşdırıb ki, əsl ehtiras və sevgi insanın ürək-damar sisteminin normal işləməsinə kömək edir.

Bu araşdırmanın anoloji nəticəsini isə Amerikanın Uilkis Universitetinin elmi-qrupu aydınlaşdırıb. Sevgililərin qış aylarında qripə tutulma ehtimalları az olduğundan, məlum olub ki, sevgi həmçinin insanın immun sisteminin yüksək olmasının da əsas komponentidir. Ardı »

Maraqlı MəlumatlarTwitter arıqlamağa kömək edir

Aparılan sorğular göstərib ki, Twitter insanları artıq çəkidən azad etməyə kömək edir
Əgər atıq çəkinizi bir neçə kiloqram azaltmaq arzusundasınızsa, tədqiqatlar göstərib ki, bu zaman il ərzində sizin qarşınızda olan əsas məqsədlərdən biri Twitter-ə müraciət etməkdir.

Cənubi Karolina Universitetinin bir sıra tədqiqatçıları öz tədqiqatlarında belə qənaətə gəliblər ki, kimlər artıq çəkidən azad olmaq istəyirlərsə digər vacib istiqamətlər və yollar kimi məhşur məsajlaşma şəbəkəsi olan Twitter-in imkanlarından yararlanaraq bu yolu təcrübədən keçirə bilərlər. Ardı »

Maraqlı MəlumatlarSelülitin müalicəsi üçün cins şalvar yaradılıb

Amerika Birləşmiş Ştatlarının məşhur cins istehsalçılarından hesab olunan "Wrangler" firması selülitin müalicəsi üçün nəmləndirici təsiri və effekti ilə fərqlənən "cins şalvarlar" hazırlayıb. Hazırlanan məhsulun təqdimatını keçirməyə hazır olduqlarını da bəyan ediblər.
Bu cins şalvarlar xüsusi bir parçadan tikilib. Həmin parça ayaqları və dərini müalicə etməyə kömək edir, onları nəmləndirərək, qidalandırır.
Bu parçanın əsas komponentləri - ərikdən, quşburnu meyvəsindən, zeytun və aloe vera yağlarınadan ibarət olduğu bildirilir.
Bu kosmetik cinslərin "Aloe Vera, Olive Extract və Smooth Legs" kolleksiyası yaz-yay aylarında keçirilməsi planlaşdırılan təqdimatda podiumda nümayiş etdiriləcək. Ardı »

Maraqlı MəlumatlarBu qız 15 yaşda 215 kilodur

Dünyanın ən kök uşağı olan Georgia Davis ABŞ-da yaşayır. Məlumatına görə, 15 yaşı olan bu qızı çəkisi 215 kq-dır.
Georgia demək olar ki, ayağa durub gəzə bilmir.
Çarpayıya da uzana bilmədiyi üçün çox zaman oturduğu yerdə yatır.
15 yaşlı uşağın gündəlik kalori norması 2 min olsa da, Georgia 14 min kalori qəbul edir. Ardı »