Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Peyğəmbərlərin HəyatıOSMAN BİN ƏFFAN

HİCRİ 24-CÜ İLİN ƏVVƏLİ. ƏMİRƏLMÖMİNİN
OSMAN BİN ƏFFANIN XƏLİFƏLİYƏ BAŞLAMASI

Ömər bin Xəttab özündən sonra xilafəti idarə etmək üçün cənnət müjdəsi verilmiş altı nəfərdən - Osman bin Əffan, Əli bin Əbu Talib, Təlhə bin Übeydulla, Zübeyr bin Əvvam, Sə’d bin Əbu Vəqqas və Əbdürrəhman bin Övfdən ibarət şura yaratdı ki, onlardan biri xəlifə tə’yin edilsin. Ömər dedi: “Nə diri, nə də ölü ikən onların gördüyü işin məs’uliyyətini daşımıram. Allah sizə xeyir vermək istəsə, hamınızı onların xeyrinə şərik edər. Necə ki, Allah Peyğəmbərinizdən sonra hamınızı xeyirlə birləşdirdi”. Ömərin allahpərəstliyindən idi ki, cənnət müjdəçilərindən olmasına baxmayaraq, Səid bin Zeyd bin Nəfili şuraya daxil etmədi, Ardı »

Peyğəmbərlərin HəyatıPeyğəmbərin (s.a.v.) Səhabələrinin Tarixi: ÖMƏR IBN XƏTTAB

O, Ömər ibn Xəttab ibn Əbdül Üzzə ibn Rəbah ibn Üdəy ibn Kəbdir. Qureyş ailələrindən birinə mənsub olan Peyğəmbərlə (s) yeddinci babada (Kəb ibn Lüeydə) birləşir.
O, Qureyşin ən mötəbər adamlarından, qəbilə ağaların¬dan biri idi. O, Qureyşdə elçi-səfir vəzifəsini yerinə yetirirdi. Əgər Qureyşin öz içində və ya başqa bir tayfa ilə müharibə baş versəydi, tərəflər arasında danışıq aparan elçi olmaq üçün Ömərə müraciət edilərdi.
Künyəsi əbu Həfs, ləqəbi əl-Faruq idi. Bu ləqəbi ona Peyğəmbər (s) vermişdi. Ömər Fil ilindən on üç il sonra dün¬yaya gəlmişdir.
Nübuvvət bəsi vaxtı onun 30 yaşı var idi. Müsəlmanlara qarşı çox kəskin bir mövqe tutmuşdu. Peyğəmbər onu İslama çağırdı Ardı »

Peyğəmbərlərin HəyatıƏBU BƏKR ƏS-SİDDİQ

Əbu Bəkr əs-Siddiqin əsl adı Abdullah Ətiqdir (Allah ondan razı olsun– r). O, Peyğəmbərlərdən sonra Allahın ən yaxşı quludur. (Abdullah Azərbaycan dilində Allahın qulu deməkdir).
Adının ikinci hissəsində Ətiq gəlir. Onun da mənası yaxşılıq etmək deməkdir. O, peyğəmbərə iman gətirən və İslamı qəbul edən ən gözəl və ən yaxşı insandır. Peyğəmbər (Ona və onun ailəsinə Allahın salavatı və salamı olsun! – s.ə.v.) ona Oddan uzaqlıq mücdəsini vermişdi. Bu mənada Əbu Bəkr (r) ən çox qul azad edən adam olmuşdur. Bilal da onun azad etdiyi qullardan bir idi. İslamda o, əs-Siddiq kimi tanınır. Çünki o, Peyğəmbəri (s.ə.v.) bütün məsələlərdə, xüsusilə İsra və Ardı »

Peyğəmbərlərin HəyatıADƏM VƏ HƏVVANIN CƏNNƏTDƏN ÇIXARILMASI

24. (Allah) buyurdu: “Bir-birinizə düşmən olaraq (Cənnətdən yer üzünə) enin! Yerdə sizin üçün bir müddət (əcəliniz çatana qədər) sığınacaq və dolanacaq (yaşayış vasitələri) vardır” (əl-Əraf: 24).

Bu Adəmə, Həvvaya və İblisə ünvanlanan xitabdır. Deyilənə görə ilan da onlarla birlikdə idi. Onlara bir-birinə düşmən olduqları halda yer üzünə enmək əmr olundu.
Aşağıdakı səhih hədisə əsasən ilanın onlarla olmasını demək olar. Peyğəmbər r ilanların öldürülməsini əmr edərək demişdir: "Biz onlarla müharibə aparan gündən onlardan arxayın ola bilmirik"
(Səhihdir. Əbu Davud: ? 5248; Əhməd: (2/247, 432, 521); İbn Hibban: ? 5644. Bütün rəvayətlər Əbu Hureyrədəndir.)

Taha surəsində isə deyilir: «(Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir–birinizə (siz Ardı »

Peyğəmbərlərin HəyatıƏbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun!) kim idi? Onun xilafəti dövründə baş verənlər.

Onun adı: Abdullah İbn Osman İbn Amir İbn Amr İbn Kəəb İbn Səəd İbn Teym İbn Murra İbn Kəəb İbn Luey İbn Ğalib İbn Fihr[1]. Fihr isə Qureyşdir.
Əli İbn Əbu Talib demişdir: "Allah Əbu Bəkrin adını səmadan Siddiq (doğru danışan, təsdiqləyən) olaraq nazil etmişdir!"[2].

İslamı qəbul etməsi: Əbu Dərda (Allah ondan razı olsun!) deyir: Mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanında oturmuşdum. Birdən Əbu Bəkrin paltarının bir tərəfini çırmalayıb tələsik gəldiyini gördüm. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu ki, sizin dostunuza nəsə olub! Əbu Bəkr salam verdi və dedi: Ey Allahın elçisi! Mənimlə Ömər Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏRİN (S.Ə.V.) XANIMINA QARŞI MÜNASİBƏTİ

Kiçik ailə ocağında xanım atın bağlandığı yer, ağacın gövdəsi, rahatlıq, sakitlik və yaxınlıq deməkdir.

Rəsulullah (s.ə.v.) belə buyurur: "Bütün dünya bir xəzinədir. Bu xəzinənin ən xeyirlisi isə mömin bir xanımdır" ("Sahihul Camius-Sağir").

Peyğəmbərin (s.ə.v.) gözəl əxlaqının və xoş güzəranının bir əlaməti olaraq onun möminlərin anası Aişəni -radiyallahu anhə- adının son hərfini tələffüz etməyərək çağırıb sevincdən qəlblərin pərvazlanacağı bir halı bildirdiyini görürük.

Aişə -radiyallahu anhə- dedi ki: "Rəsulullah (s.ə.v.) bir gün mənə belə dedi: "Ey Aiş! Bax, burada Cəbrayıl sənə salam verir"" (Buxari və Müslim).

Budur bu ümmətin Peyğəmbəri -səllallahu aleyhi və səlləm! Əxlaq baxımından ümmətin ən idealı, mövqe etibarilə ən böyüyü olub gözəl güzəran, mülayimlik, Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: BAŞQALARININ ŞƏRƏF VƏ LƏYAQƏTİNİ QORUMAQ

Ən dəyərli məclislər elm və zikr məclisləridir. Bəs Adəm övladlarının ən seçilmişi, bu ümmətin müəllimi hədisləri, öyrətməsi və isti­qamətləndirməsi ilə məclisin başında olarsa, bu hadisəni necə qiymətləndirmək olar? O, iştirak etdiyi məclisin saflığının, Peyğəm­bərin (s.ə.v.) qəlbinin təmizliyinin bir nəticəsi olaraq səhv edənin səhvini düzəldir, bilməyənə öyrədir, qəflətdə olana xəbərdarlıq edir, həmin məclisdə xeyirdən başqa heç bir şeyi qəbul etmirdi... Əgər danışan bir insanı dinləyirsə, bu vaxt qeybət edilməsini qə­bul etməz, söz gəzdirməyə və ya hər hansı bir iftiraya razı olmazdı. Buradan da Peyğəmbərin (s.ə.v.) başqalarının şərəf və ləyaqə­tini qoruduğunu görürük.

İtban ibn Malikin -radiyallahu anh- belə dediyi rəvayət edilmişdir: "Peyğəmbər (s.ə.v.) namaza Ardı »

Peyğəmbərlərin HəyatıƏHD ALMAQ VƏ TÖVHİD KƏLMƏSİNİ DEDİZDİRMƏK

Yuxarıda verilmiş hədislər Adəm nəslinin onun kürəyindən zərrə şəklində çıxarılıb iki dəstəyə bölünməsini bildirir. Onlar sağ və sol əməl sahibləridir. Uca Allah bu iki dəstəyə xitab edərək demişdir: "Heç nəyə (etdiyiniz bəzi günahlara) baxmayaraq siz Cənnətliksiniz. Sol tərəfdəkilərə isə dedi: Heç nəyə (etdiyiniz bəzi yaxşı işlərə) baxmayaraq siz Cəhənnəmliksiniz".
(Səhihdir. Əhməd: 4/186; İbn Səəd: 1/10; İbn Hibban: 338; Hakim: 1/31. Əbdürrəhman ibn Qatadədən səhih sənədlə rəvayət olunmuşdur.)

Amma Uca Allahın bu insanlara şahid gətirməsi, onlardan Allahın təkliyini təsdiqləmələrini tələb etməsi səhih hədislərdə təsdiq edilməmişdir. Əraf surəsindəki ayəni də bu mənaya yozmaq müəmmalıdır. Təfsir kitabımızda bu ayə ətrafında danışmışıq. Orada bu məsələyə aid hədis Ardı »