Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Peyğəmbərlərin HəyatıƏshabələrin fəziləti

Allaha həmdü səna olsun! Mən şahidlik edirəm ki, vahid Allahdan başqa ibadət olunmaq haqqı olan heç bir tanrı yoxdur. O, bütün əzəmət, gözəllik və kamillik sifətlərinin tam sahibidir. Həmçinin şahidlik edirəm ki, Məhəmməd (s.a.v.) Onun qulu və haqq yolunu göstərən sevimli peyğəmbəridir. Ona və Onun haqq yolunun ulduzları, zülmətlər çıraqları, din uğrunda döyüşlərin cəngavərləri olan ailə üzvlərinə və əshabələrinə, onların yolunu tutanlara və açdıqları cığırla gedənlərə, onların göstərdikləri hidayət yolunun yolçularına, insanları Allahın dirildəcəyi günə qədər onların əxlaqı və davranışlarını rəhbər tutanlara salavat və salam olsun!
Ən doğru söz sahibi Allah buyurur: «Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik və, sözsüz ki, Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏRƏ SALAVAT, ONUN YERİ VƏ FORMALARI

Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm – birinci və başqa təşəhhüdlərdə özünə salavat deyərdi (Əbu Uvanə «Səhih» (2/324) və ən-Nəsai).
Bunu ümmətinə də qanun bilib salamdan sonra öyrətdiyi aşağıdakı salavatları deməyi əmr etmişdir:

«Allahummə salli alə Muhammədin va alə əhli-beytihi və alə əzvacihi va zurriyyətihi, kəmə salleytə alə ali İbrahimə, innəkə həmidun məcid. Va bərik alə Muhammədin va alə ali –beytihi va alə əzvacihi va zurriyyətihi, kəmə bəraktə alə ali İbrahimə, innəkə həmidun məcid” ( Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Məhəmmədə, onun ailəsinə, xanımlarına, övladlarına xeyir-dua ver. Şübhəsiz ki, Sən çox həmd-səna edilən, şan və şərəf Sahibisən. İbrahimin Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: PEYĞƏMBƏR (SAV)-İN HƏDİYYƏ VERMƏSİ VƏ MÜSAFİRƏ OLAN İKRAMI

Hədiyə verər və alardı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - hədiyyə qəbul edər və ona qarşılıq verərdi (Buxari). Müsafirə ikram edərdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Kim Allaha və Axirət gününə iman edirsə qonağına ehtiram etsin...» (Buxari «Ədəbul Mufrad» 102). Müsafir də öz növbəsində ev sahibinə çox qalmaqla əziyyət verməməlidir: Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Kim Allaha və Axirət gününə iman edirsə qonağının bəxşişini versin». Səhabələr: «Ey Allahın Rəsulu! Qonağın bəxşişi nədir?» deyə soruşdular. Peyğəmbər: «Bir gecə və bir gündüz (evində qonaq saxlamaq) Qonaq saxlamağın müddəti üç gündür. Bundan artıq isə ev sahibi üçün Ardı »

Peyğəmbərlərin HəyatıİBLİS DƏ SƏMADA İDİ

Uca Allahın İblisə: "Oradan aşağı en!" (əl-Əraf: 13), "Oradan çıx!" (əl-Əraf: 18) – deməsi İblisin səmada olmasına dəlalət edir. Buna görə Uca Allah ona oradan aşağı enməsini, ibadəti və itaəti ilə mələklərə oxşayaraq əldə etdiyi məqamdan çıxmasını əmr etdi. Üstəlik təkəbbürlük, həsəd və Rəbbinə qarşı üsyan etməklə rüsvay edilmiş və alçaldılmış halda yerə endirildi.

(Bu bir daha İbn Kəsirin, İblisin cinlərdən olmasını deməsini təsdiq edir. ) Ardı »

Peyğəmbərlərin HəyatıPeyğəmbərimizin Həyatından Gözəl Örnəklər (Səxavətli Olmağın Fəziləti)

Müsəlmana yaraşan ən gözəl davranış, var-dövlətə sahib olmadıqda səbr etməsi, sərvət sahibi olduğu zaman isə bunu Allah (c.c.) yolunda ən gözəl şəkildə xərcləməsidir. Şeytanın hiylələrinə aldanıb, istiqbal narahatçılığı ilə xəsislik edənləri Allah belə xəbərdar edir:
" Allahın, bol ehsanından özlərinə verdiyi şeylərdə xəsislik edənlər bunu özləri üçün xeyirli olduğunu sanmasınlar. Xeyr; bu, onlar üçün şərdir; qiyamət günü, xəsislik etdiklərinə görə cəzalandırılacaqlar. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır." (Əl-İmran Surəsi, 180)

Səxavət və israfda fərqi Rəsulullah Əfəndimiz (s.a.v.) çox gözəl açıqlamışdır. Rəsulullah Əfəndimiz xüsusilə Ramazan ayında özündən bir şey istəyənlərə etiraz etməz, mütləq istəklərini gerçəkləşdirməyə çalışardı. Bir hədisdə Rəsulullahın ehtiyac sahibinə, öz Ardı »

Peyğəmbərlərin HəyatıHƏVVA VƏ AĞAC

Həvva Adəmdən öncə ağacdan yemiş və Adəmi də bu işə təşviq etmişdi. Daha doğrusunu Allah bilir.
Əbu Hureyrə t Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Əgər İsrail oğulları olmasaydı ət iylənməz(İsrail oğullarına qida olaraq Allah tərəfindən halva və bildirçin göndərilir, səmadan enirdi. Amma bu qidaların saxlanılması onlara qadağan edilmişdi. Onlar isə buna məhəl qoymayıb qidanı saxladıqda o iylənirdi. Məlumat üçün Musa peyğəmbərin hekayəsinə baxın. (tərc.) , Həvva olmasaydı heç bir qadın ərinə xəyanət etməzdi" . Bu hədis eyni mənanı açıqlayır.

(Buxari: ? 3330; ? 3399; Muslim: ? 1470. Həvvanın Adəmə xəyanəti, onu ağacdan yeməyə təşviq etməsidir. Bunun başqa mənası yoxdur. Bu barədə Hafiz Ardı »

Peyğəmbərlərin HəyatıPeyğəmbər (s.a.v.) necə təsbih edərdi

Abdulla ibn Amr (Allah onların ikisindən də razı olsun!) rəvayət edərək demişdir:
«Mən Peyğəmbərin (s.a.v.) (təsbih, təhmid və təkbir ifadələrini) zikr edərkən sağ əlinin barmaqlarının buğumları (bəndləri) ilə saydığını görmüşəm».

(Əbu Davud, 2/81, buradakı mətn onundur və ət-Tirmizi, 5/521. Həmç. bax: «Səhih əl-cami», 4/271, ?4865.) Ardı »

Peyğəmbərlərin HəyatıPeyğəmbərin (s.a.v.) Əhli Beytinin Həyatı: Möminlərin əmiri Həsən ibn Əlinin (A.r.o.) Xilafəti (Hic

Əlinin (Allah ondan razı olsun) qətlindən sonra Kufə camaatı Həsən ibn Əliyə beyət etdilər. Kufədə beyət edildikdən sonra Şam vilayətinə tərəf getdi. Çünki onlar bu vaxta qədər möminlərin əmiri Əli ibn Əbu Talibə itaət etməmişdilər. Qan tökülməsini xoşlamayan Həsən ibn Əli sülh niyyəti ilə Şama gedir. Hətta Həsən ibn Əli, atası Əli ibn Əbu Talibin Şamlılara qarşı döyüşə getməsinə razı deyildi[1]. Onun sülh istəməsinin əlaməti, Qeys ibn Səd ibn Ubadəni qoşun sərkərdəliyindən azad edərək əvəzinə Abdullah ibn Abbası təyin etməsidir[2]. Allah onların hər ikisindən razı olsun.

Həsən əl-Bəsri deyir: Həsən ibn Əli Müaviyənin qoşunu yerləşən bölgəyə gəldikdə Amr ibn əl-As Müaviyəyə dedi: Ardı »