Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlam qidalanma genetik quruluşa təsir edir

Sağlam qidalanma insanın həyat müddətinə və genetik quruluşuna təsir edir. İmmunitet, bədənin təbii müdafiə sistemi olduğu üçün qidalanma tərzi həyat formasına, yaşanılan ətraf mühitə, sağlamlıq proseduralarına və həyat müddətinə bağlı olmalıdır. Bunu Marmara Universitetində pəhriz sahəsində fəaliyyət göstərən Prof. Dr. Funda Elmacıoğlu bildirib. Onun sözlərinə görə "immunitet sistemi", bədənin quruluşuna yad olan maddələri tanımaq və onları zərərsizləşdirmək gücünə malikdir.
Belə olduqda sağlamlıq problemləri önlənir, həyat insanlar üçün sağlam, mənalı və zövqlü olur.
Lakin, ekoloji cəhətdən təmiz olmayan mühitdə yaşamaq, pis qidalanmaq, hərəkətsiz həyat, keyfiyyətsiz yuxu, xroniki stress və s. faktorlar immuniteti zəiflədir və sağlamlıq problemləri yaradır. Bunun üçün lazımi prosedurlardan əlavə qida hazırlayarkən diqqətçil olmaq lazımdır. Həmçinin qida rasionu da xəstəliklərlə mübarizədə təsirli olmalıdır. Mətbəxdə sağlam yeməklər hazırlamaq, yeni reseptləri sınamaq və evə müxtəliflik gətirmək təcrübəsi çox yaxşıdır. Yeməkləri dəyərli və sağlam edən onun daxilindəki vitamin və minerallardır.
Sağlam qida baxımından tərəvəzlər də yaxşıdır. Çünki, tərəvəzlər hər şeylə birləşə bilər – ət, balıq, yumurta, süd, makaron.
Onları qızdırmadan təzə şəkildə, salat kimi yemək lazımdır. Bu yolla onların tərkibində olan qida elementləri qorunur.
Bunlardan əlavə idman məşqləri, yetərli yuxu, stressdən uzaq olmaq və s. sağlamlıq proseduraları həyat keyfiyyətini yaxşılaşdırır.


Tarix: 21.01.2015 / 17:26 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Qidalanma və Dieta
loading...