Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürək sağlamlığınız üçün yumurtanı düzgün istifadə edin

Əsasında yüksək xolesterinin olmasına görə ürək xəstələrinin yumurta yemələri məsləhət görülmür. Lakin son tədqiqatlar onu göstərir ki, yeməyin tərkibindəki xolesterinin miqdarı qan damar sistemindəki xolesterin miqdarına elə də təsir etmir.
Müəyyən müddət bundan əvvəl xolesterinin əsas səbəbkarı kimi görülən yumurta, yeni araşdırmalar nəticəsində aydın olub ki, az miqdarda istifadənin heç bir ziyanı olmur. Üstəlik yumurtanın tərkibində ürəyi qidalandıran vitaminlər, fol turşular və mikroqidalandırıcılar var.
Bir yumurtanın tərkibində yüksək miqdarda protein (6 mg) və ürək qoruyucu xassələri olan B2, B12 və D vitaminləri ilə yanaşı, fol turşusu və bir çox digər ürəyi qidalandıran maddələr vardır. Bu qidalandırıcı maddələr içərisində yaddaşı gücləndirən kolin və görmə qabiliyyətini yaxşılaşdıran lutein də vardır.
Sağlam insanlar gündə 1 ədəd yumurta yeyə bilərlər, lakin, şəkər xəstəliyi olan insanlara yumurta yemək ümumiyyətlə məsləhət görülmür.
Diabeti olanlar və yaxud da infarkt keçirmiş insanlar yumurtanın ağını yeyə bilərlər lakin onlara yumurtanın sarısını həftədə 3 dəfədən artıq yemək məsləhət görülmür.
Yumrtanın ziyanının çox olmaması, 3 yumurtadan bişirilmiş omletin və ya sucuklu yumurtanın ziyanlı olmaması demək deyildir.
Həmçinin tortlarda, şirniyyatlarda və digər qida məhsullarının tərkibindəki yumurta miqdarına diqqət yetirilməli, və artıq yeyilməməlidir.
Yumurtanın bişirilmə qaydası da çox vacibdir. Yumurtanı, yağda və yaxud da suda bişirilməsindən asılı olmayaraq, bütün qida məhsulları kimi, yumurtanı da, düzgün qaydada, bilinçli və lazımi miqdarda tükətmək lazımdır.


Tarix: 21.01.2015 / 12:30 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Qidalanma və Dieta
loading...