Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi nəğməsi – İradə İbrahimova

Sən mənə tanrıdan, ən əziz payımsan
Səadət qoymaz ki, uzağa düşək biz.
Taleyin qisməti, mənimsən hər zaman,
Vüsal yollarında hər gün görüşək biz.

İtib xəyallarda təki batmasın,
Sevginin özünə bir həyat verək biz
Səni yad baxışlar, qoy aldatmasın
Hicransız, həsrətsiz günləri görək biz.

Şirin sözlərinlə, açılanda səhər
İçərik birlikdə eşq piyaləsin biz
Ötər dəqiqələr, necə də bəxtəvər
Gəl yenə oxuyaq sevgi nəğməsin biz.

İtib xəyallarda təki batmasın,
Sevginin özünə bir həyat verək biz
Səni yad baxışlar, qoy aldatmasın
Hicransız, həsrətsiz günləri görək biz.


Tarix: 22.01.2015 / 18:25 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: İradə İbrahimova
loading...