Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xamalı ispanaq şorbası
Xamalı ispanaq şorbası

MATERİAL SİYAHISI:

1 dəstə ispanaq
1 qırmızı istiot
2 xörək qaşığı kərə yağı
2,5 xörək qaşığı un
1 paket xama
Zeytun yağı
Duz
Su

İÇİ:

İspanaqları incə doğrayırıq. Qırmızı istiotu də balaca balaca doğrayırıq. Tavaya zeytun yağı tökürük və qırmızı istiotu qovururuq İspanağı əlavə edib qovurmağa davam edirik. Duzunu və qara bibəri qoyuruq. Tərəvəzlər yumşalan altını bağlayırıq.

Şorba qazanına kərə yağı və unu qoyub qovurmaya başlayırıq. Unun iyi çıxana qədər qovururuq. Soyuq su tökürük və çırpma teliylə qarışdıraraq yumaq əmələ gəlməsinə mane oluruq. İsti suyla konsistensiyanı tənzimləyirik. Qaynamağa başlayanda xamasını tökürük. Şorba ocaqdan almadan öncə tərəvəz qovurmasını əlavə edirik. Konsistensiyanı lazım gələrsə isti su əlavə edərək açarıq. Duzunu atırıq və qaynayanda altını bağlayırıq. Xidmət edirik.


Tarix: 08.04.2015 / 17:47 Müəllif: Nurana Baxılıb: 107 Bölmə: Şorbalar ve Helimler
loading...