Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əvəlik aşı

Lazım olanlar:
əriştə
əvəlik
soğan
lobya
yağ
istiot
qatıq (qurut)
sarımsaq
Hazırlanma qaydası:
Bir gün əvvəlcdən quru lobya bol suda isladılmaq üçün buraxılır.
Soğan doğranır, yağda yüngül qızardılır.
Bir gün əvvəlcədən islağa qoyulmuş lobyalar süzülüb yuyulur. Yağla soğana əlavə edilir və biraz su qoyularaq qaynadılır. Bu arada əvəlik doğranır və üzərinə qaynar su tökülür.
Lobya bişdikdən sonra əvəlik əlavə edilir. Biraz qaynadıqdan sonra əriştə də əlavə edilir. Az qaynadılır. Yeməyin bişməsinə az qalmış duz əlavə edilir.
Süfrəyə verilən zaman üzərinə istəyə bağlı olaraq istiot, sarımsaqlı və ya sarımsaqsız qatıq əlavə edilə bilər.


Tarix: 29.11.2014 / 12:19 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Şorbalar ve Helimler
loading...