Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fərrux Yasarın - Ailəsi

Fərrux Yasarın dörd oğlu var idi: Həmzə, Məhəmməd Qazi bəy, Bəhram bəy və II Şeyx İbrahim (Şeyxşah). Onlar atalarının ölümündən sonra növbə ilə Şirvana hakimlik etmişlər. Ən böyük oğlu Həmzə hələ babası Şirvanşah İbrahimlə dövründə Sultan Əhmədə qoşulmuş və Təbrizə yürümüşdür. Sonrakı taleyi naməlumdur.

Qızı Gövhər sultan isə Sultan Yaqubla evlənmiş və Baysunqur Mirzə ilə Sultan Muradın anası olmuşdur. Bir iddiaya görə Sultan Yaqubu məhz Gövhər sultan qətlə yetirmişdir.


Tarix: 11.02.2015 / 18:24 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: Şirvanşahlar dövləti
loading...