Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zebra peçenyesi

Ərzaqlar:
Kövrək xəmir üçün:
150 qram kərə yağı
150 qram şəkər tozu,
bir çimdik vanilin
1 x.q. su
3 ədəd yumurtanın sarısı
300 qram un
3 qram xəmir qabardıcı
Şokoladlı xəmir üçün:
150 qram kərə yağı
100 qram şəkər tozu
50 qram kakao tozu
3 x.q. su
1 ədəd yumurta sarısı
300 qram un
3 qram xəmir qabardıcı
1 ədəd yumurtanın ağı


Hazırlanma qaydası:

Kövrək xəmir hazırlayın. Kərə yağını şəkər və vanil tozu ilə yaxşıca çalın. Üzərinə su və yumurtanın sarısını əlavə edib, yenə də çalın.
Unu ələkdən keçirib, üzərinə yumşaldıcı əlavə edib qarışdırın. Sonra həmin hazırladığınız kütlənin üzərinə əlavə edib, qarışdırın. Xəmiri sellofan paketə büküb, 30 dəqiqə ərzində soyuducuya yerləşdirin. Bu qayda ilə şokoladlı xəmiri də hazırlayın. Sadəcə kakao-tozunu şəkərə əlavə edin. Xəmiri sellofan paketə büküb, 30 dəqiqə ərzində soyuducuya yerləşdirin.
Sonra hər xəmiri ayrılıqda yayın. Əvvəl kövrək xəmiri, sonra isə şokoladlı xəmiri yayın. Birinci kövrək xəmiri yayandan sonra, xüsusi ərzaq üçün nəzərdə tutulan nazik şəffaf kağızın üzərinə yerləşdirin. Sonra xəmirin üzərinə yumurtanın ağını çəkib, onun üzərinə ikinci şokoladlı xəmiri yerləşdirin. Sonra möhkəm rulet şəklində bükün. Ruletə düzbucaq forması verin. Sonra ruleti kağıza büküb, 20 dəqiqə ərzində dondurucu kameraya yerləşdirin. Ruleti soyuducudan çıxardıqdan sonra 5 mm qalınlığında və düzbucaqlı formalarında kəsin. 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə ərzində bişirin. Nuş olsun!


Tarix: 09.12.2012 / 14:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 737 Bölmə: Şirniyyatlar
loading...