Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bananlı rulet

Xəmir üçün
6 yumurta
5 xörək qaşığı şəkər
8 xörək qaşığı un
yarım paket vanil
1 xörək qaşığı limon suyu
1 limonun qabığı (sedra)

Krem üçün
1 yumurta
7 xörək qaşığı şəkər
3 xörək qaşığı un
yarım litr süd
yarım limonun qabığı (sedra)
Yarım paket vanil
50 qr. marqarin
İçi və üstü üçün
2 banan
1 stəkan fıstıq

Hazırlanma qaydası:
Krem üçün istifadə edəcəyiniz südün 1 stəkanını qazana töküb isidin. Digər dərin bir qazanda yumurta, şəkər, un və xırdalanmış limon qabığını bir stəkan südlə qarışdırın. İsitdiyiniz südü yavaş-yavaş əlavə edərək, qatılaşana qədər bişirin. Daha sonra kənara qoyub marqarini və vanili əlavə edin. Ara-sıra qarışdıraraq soyudun.
Xəmir üçün, 6 yumurtanın sarısı ilə ağını fərqli qablara ayırın. Yumurta sarısına 5 qaşıq şəkər, vanil və xırdalanmış limon qabıqlarını əlavə edib, şəkər əriyənə qədər qarışdırın. Yumurtanın ağlarını mikserlə çalın. Şəkər tozunu yumurta sarılarına əlavə edib, hər iki qatışığı yaxşıca qarışdırın. Ələnmiş unu və 1 xörək qaşığı limon suyunu da tökərək, düyünsüz bir xəmir əmələ gələnə qədər taxta qaşıqla qarışdırın.
Hazırladığınız xəmiri yağlı kağız sərilmiş bir soba qabının içərisinə nazik təbəqə şəklində yayın. Daha sonra xəmiri əvvəlcədən 150 dərəcədə qızdırlmış sobanın üst hissəsində yerləşdirib, qurutmadan bişirin. Nəmli bir mətbəx dəsmalını stolun üstünə sərin. Xəmiri sobadan çıxardın və soyutmadan mətbəx dəsmalının üzərinə qoyun və asanlıqla xəmiri yağlı kağızdan çıxardın.
Kremi bişmiş layın üzərinə (hər tərəfini örtəcək şəkildə) yayın. Bananları soyub, qaralmasın deyə limon suyu çəkin və dilimləmədən bütöv olaraq bişmiş xəmirin üzərinə uzun tərəfindən yerləşdirib rulet şəkilində bükün və üstünə fıstıq səpin. Və nəhayət, soyuducuda 1-2 saat saxladıqdan sonra dilimləyib, süfrəyə verin. Bananlı rulet artıq hazırdır. Nuş olsun!


Tarix: 08.12.2012 / 15:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 440 Bölmə: Şirniyyatlar
loading...