Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlko Dimitrov

İlko Dimitrov (23 dekabr 1955, Sofiya) — bolqar şair, hüquqşünas. 2003-2005-ci illərdə Bolqarıstan müdafiə nazirinin müavini. 40-cı çağırış Bolqarıstan Respublikası Xalq Yığıncağının deputatı. Bolqar Yazıçıları Birliyinin üzvü.

Poeziya
1989 — "Опит за определение" (Müəyyənləşdirmək cəhdi), şeirlər;
1995 — "Обратен водопад" (Əksinə axan şəlalə), şeirlər;
1998 — "Вселена по здрач" (Kainat alaqaranlıqda), şeirlər;
1999 — "Паркът" (Şəhər bağçası), poema; 1999-cu ildə poema Bolqar Yazıçıları Birliyinin Böyük mükafatına layiq görülüb;
2000 — "Трите кошници" (Üç səbət), şeirlər;
2007 — "Разчленяване" (Tikə-tikə doğrama), poema;
2008 — "Бяло" (Ağ), seçilmiş əsərlər;
2009 — "Продавачът на конци" (Sap satıcısı), poema - 2009-cu ilin ən yaxşı poetik kitabı kimi İvan Nikolov adına Milli mükafata layiq görülüb.

Şairin seçilmiş nəzm əsərləri ingilis, srb və digər dillərə tərcümə olunaraq çap edilib.

Digər əsərləri
1992 — "Приказки за Попо" (Poppo üçün nağıllar), uşaqlar üçün kitab;
1994 — "Някакво заглавие" (Hansısa başlıq), proza;
2007 — "Двамата съдружници" (İki yoldaş), fəlsəfi esse;
2009 — "Бог в Ню Йорк" (Tanrı Nyu-Yorkda), proza.


Tarix: 20.01.2013 / 15:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 433 Bölmə: Şairlər və Yazıçılar
loading...