Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ralf Uold Emerson

Ralf Uold Emerson (1803-1882) – Amerika yazıçısı və filosofu, Transsendentalizm fəlsəfi hərəkatının banisi.

Baxışları ziddiyyətli kimi qəbul edilir. Ona Platon və ya yeni platonçular – Göte, Karleyl, ingilis romantik şairləri U.Vordsvort və S.Kolric, həmçinin Şərq mistikləri təsir göstərmişdir düşünürlər.

E-un T-inə görə "fəlsəfənin əbədi problemi" Ruh və Materiyanın münasibətlərindən ibarətdir. O bu problemi idealist kimi həll edir: "Təbiət ruhun rəmzidir". Varlığın ən yüksək sintetik prinsipi fövqəlruhdur, Allahdır.

Qnoseologiyada isə Emerson İntuitivizmə yaxın olmuşdur; seyr, sonra isə intuisiya və vəcdəgəlmə şeylərin mahiyyətinə nüfuz etməyin ən yaxşı üsullarıdır. Dünyada hər yerdə gözəllik mövcuddur; harmoniya, kamillik və mənəvilik gözəlliyin əsas cəhətləridir. "Gözəlliyi yaratmaq sənətdir, incəsənətdir".

Emersona görə tarixdə həlledici rol böyük adamlara xasdır (və ümmumiyyətlə "bütün dərin biliyə nüfuz etmək, fərdiyyətçiliyin nəsibidir"); onlar cəmiyyətin, şəxsiyyətin əxlaqi təkmilləşməsindən ibarət tərəqqisinə kömək edirlər.

Emerson qeyd edirdi ki, "Yer üzərində varlılar və yoxsullar arasında mənafelərin əbədi mübarizəsi və antoqonizmi hökm sürür" Onun rəğbəti kasıbların tərəfində idi. Emersonun sosial-etik idealı şəxsiyyətin bütövlüyü haqqında əməyə və xüsusi mülkiyyətin ədalətli bölüşdürülməsinə əsaslanan ümumi rifah və bərabərlik haqqında utopik arzudan ibarətdir.

Emerson burjua quruluşunu tənqid etmiş və ABŞ-da quldarlığa, irqçiliyə, istilaçı müharibələrə qarşı çıxış etmişdir. Emerson yazırdı: "İndiki demokratiyanın demokratik əsasla heç bir əlaqəsi yoxdur. Başdan ayağa sələmçilik ruhu ilə aşılanmış bu demokratiya məhvə məhkumdur".

Əsas əsərləri
Təbiət (1836),
Təcrübələr (1841-44),
Bəşəriyyətin nümayəndələri (1850),
Cəmiyyət və tənhalıq (1870).


Tarix: 20.01.2013 / 15:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 494 Bölmə: Şairlər və Yazıçılar
loading...