Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yusif Yusifov

Yusifov Yusif Ağalar oğlu – ədəbiyyatşünas, publisist, 1961-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya elmləri namizədi (1966).

Həyatı

Yusif Yusifov 1927-ci il mayın 9-da Ağdam rayonunun Sarıcalı kəndində anadan olmuşdur. Erkən yaşlarında valideynlərini itirmişdir. Kənd orta məktəbində təhsili yarımçıq qoyub, Ağdam şəhərində elektrik qaynaqçısı şagirdi işləmişdir.

Bakıda 1 saylı sənət məktəbində neftçıxarma operatoru ixtisasına yiyələnmiş, Qaraçuxur neft mədənində çalışmışdır (1941-1943).

İkinci Dünya müharibəsinin qızğın çağında könüllü döyüşən ordu sıralarında olmuş, ağır yaralanmış, hospitalda müalicədən sonra, 1977-ci ildə tərxis edilmişdir. Qaraçuxur neft mədənində operator, usta olmuşdur.

Burada qəsəbə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1950-1955). Tələbəlik illərində çoxtirajlı universitet qəzetinin redaktoru işləmiş, eyni zamanda elmi xarakterli məqalələrlə çıxış etmişdir. Ali məktəb tələbələrinin ümumittifaq müsabiqəsində ikinci dərəcəli diplom və pul mükafatına layiq görülmüşdür. "Kommunist" qəzetinin xüsusi müxbiri olmuşdur. X əsrin 50-ci illər dövri mətbuatatında oçerk və felyetonlarla çıxış etmişdir.

Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda müəllim, sonra tarix-filologiya fakültəsinin dekanı işləmişdir. "Azərbaycanda felyeton janrının inkişafı (1930-1941)" mövzusunda namizədlik dissertasiyası müdafıə edib alimlik dərəcəsi almışdır. "Azərbaycan felyeton janrı və Cəlil Məmmədquluzadənin felyetonları" mövzusunda elmi-tədqiqat üzərində çalışırdı.

Ömrünün 45 ilini pedaqoji və elmi fəaliyyətə həsr etmişdir (1959-cu ildən). Gəncə şəhəri Veteranlar Şurasına və Ağsaqqallar Məclisinə rəhbərlik etmişdir (1991-ci ildən). 2-ci dərəcəli müharibə əlili idi. I dərəcəli Vətən müharibəsi ordeni və 12 döyüş medalları ilə təltif olunmuşdu.

Yusif Yusifov 2004-cü il iyulun 2-də Gəncə şəhərində vəfat etmişdir.


Tarix: 20.01.2013 / 15:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 364 Bölmə: Şairlər və Yazıçılar
loading...