Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaqif Yusifli

Vaqif Yusifov (Yusifli) (d.20 aprel 1948-ci il Ərkivan, Masallı rayonu, Azərbaycan Respublikası) - Filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət işçisi. "Azərbaycan" jurnalının baş redaktor müavini

Həyatı

Vaqif Əziz oğlu Yusifli 1948-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirmiş (1966), ADU-nun filologiya fakültəsində təhsil almışdır (1967-1972).

1968-ci ildən dövri mətbuatda çıxış edir. Universiteti bitirdikdən sonra üç il (1972-1975) Masallı rayonunda, orta məktəblərdə dil-ədəbiyyat müəllimi işləmişdir.

1975-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1979-cu ilin oktyabr ayında «Müasir Azərbaycan nəsrində konflikt və xarakter» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ilin dekabr ayından «Azərbaycan» ъurnalının tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyətə başlamış, 1997-ci ilin noyabrından həmin ъurnalın baş redaktor müavini vəzifəsinə təyin edilmişdir. 2002-ci ildən 0,5 ştat vahidi ilə Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi kimi də çalışmaqdadır. 2011-ci ildə «Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Vaqif Yusifli müasir ədəbi prosesdə fəal iştirak edən görkəmli tənqidçilərdən biridir. Onun ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş 1000-ə qədər irili-xırdalı məqaləsi vardır. Bu məqalələr keçən əsrin ikinci yarısından başlayaraq Azərbaycan nəsrinin, poeziyasının, dramaturgiyasının və ədəbi tənqidinin inkişaf prosesini, mənzərəsini əks etdirir. O, tənqidin müxtəlif ъanrlarında (problem məqalə, esse, resenziya, ədəbi məktub, icmal və s.) qələmini sınamışdır.

Məqalələri Azərbaycanın hüdüdlarından kənarda-Türkiyədə və Almaniyada da çap olunmuşdur. Respublikanın Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür (2003). Beynəlxalq Rəsul Rza mükafatı və Məmməd Araz ədəbi mükafatı laureatıdır.

Kitabları
"Nəsr, konfliktlər, xarakterlər.", Bakı, «Yazıçı» nəşriyyatı, 1986.
"Məmməd Araz dünyası" Bakı, «Şur» nəşriyyatı, 1994.
"Ürəyimi sərdim günəşə" (monoqrafiya, F.Qocanın yaradıcılığı). Bakı, «Təbriz» nəşriyyatı, 1997.
"Tənqid yarpaqları" (məqalələr). Bakı, «Gənclik», 1998, 112 səh.
"Karvanbaşı, yolun hayanadır" (məqalələr). Bakı, «Gənclik», 1998, 128 səh.
"Yollar hayana aparır" (məqalələr). Bakı, «Gənclik», 1999, 138 səh.
"Bu nə sehirdir belə" (Elçin haqqında əlli altı söz). Bakı «Elm», 1999.
"Tənqid və bədii söz" (məqalələr). Bakı, «Mütərcim», 2002. 208 səh.
"Tənqid də yaradıcılıqdır" (məqalələr). Bakı, «Mütərcim», 2003. 210 səh.
"Yolayrıcı" (məqalələr). Bakı, VEKTOR Nəşrlər evi. 2004. 182 səh.
"Fikrət Qoca-70 il" (monoqrafiya). Bakı, «Nurlan» nəşriyyatı, 2005.
"Yaxşı ki sən varsan" (Musa Yaqubun yaradıcılığı), Bakı, «Çaşıoğlu» nəşriyyatı, 2007.188 səh.
"Sındır qəfəsi…" (məqalələr). Bakı, «Mütərcim», 2008. 118 səh.
"Poeziyanın yolları və illəri-1960-2000-ci illər" (monoqrafiya). Bakı, «Mütərcim», 2009.
"Rəsul Rza və müasir Azərbaycan poeziyası" (monoqrafiya). Bakı, «Letterpress» nəşriyyatı, 2010. 160 səh.
"Şeirimizin Nərimanı" (monoqrafiya-N.Həsənzadənin yaradıcılığı), Bakı, MBM, 2011, 264 səh.
"Poeziya və zaman" (monoqrafiya). Bakı, «Mütərcim», 2012. 380 səh.


Tarix: 19.01.2013 / 16:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 680 Bölmə: Şairlər və Yazıçılar
loading...