Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaqif Hüseynov

Hüseynov Vaqif Əliövsət oğlu - Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1989, avqust -1991, sentyabr)

Həyatı

Vaqif Hüseynov 27 noyabr 1942-ci ildə Quba şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1961-1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir.

1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda - "Sport", "Molodyoj Azerbaydjana" "Olimpiyskaya Panorama" qəzetlərində, o cümlədən televiziyada fəaliyyət göstərmiş, Kommunist Partiyasının fəallarından olmuş, müxtəlif dövlət hakimiyyəti vəzifələrində çalışmışdır. Azərbaycan SSR KP-nın Bakı ŞK-nin Birinci katibi, Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

16 avqust 1989-cu ildən 13 sentyabr 1991-ci ilə qədər Azərbaycan SSR DTK-nın sədri vəzifəsində işləmişdir. Azərbaycan milli azadlıq hərəkatına qarşı çıxmış, 20 yanvar hadisələri zamanı Moskvanın apardığı siyasət və tədbirlərdə yaxından iştirak etmişdir.


Tarix: 19.01.2013 / 15:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 276 Bölmə: Şairlər və Yazıçılar
loading...