Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Timuçin Əfəndiyev

Əfəndiyev Timuçin İlyas oğlu- tənqidçi, ədəbiyyatşünas, 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1999), professor(2002), Əməkdar incəsənət xadimi (2000).Mündəricat
1 Həyatı
2 Şəkil
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Əfəndiyev Timuçin İlyas oğlu 1945-ci il iyulun 17-də Bakı şəhərində tanınmış alim və ictimai xadim, xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olmuşdur. 7 saylı orta məktəbi(1952-1963) bitirdikdən sonra o, 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1968-ci ildə universiteti bitirdikdən sonra Timuçin Əfəndiyev Respublika Gənclər Təşkilatında çalışmışdır. O, 1969-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına qəbul olunmuş, 1972-ci ildə aspiranturanı bitirərək "Hüseyn Cavidin yaradıcılığı" mövzusunda dissertasiya müdafiə etmiş və elmlər namizədi adını almışdır. Elə həmin ildən Timuçin Əfəndiyev Azərbaycan Milli Elmlər Akademiyasında elmi katib vəzifəsində çalışmışdır.

Timuçin Əfəndiyev 1977-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənst Universitetində işləyir. O, burada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsi tutmuş, 1987-ci ildən isə professor elmi dərəcəsinə layiq görülmüşdür. 1978-ci ildən 1987-ci ilədək fakültə dekanı olmuşdur. 1987-ci ildən Timuçin Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorudur. O, 1999-cu ildə "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

İlk ədəbi-tənqidi məqalələri 1973-cü ildə "Ulduz" jurnalı səhifərində çap olunan Timuçin Əfəndiyev rektor vəzifəsində çalışdığı dövrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti simpoziumlarda məruzəçi kimi iştirak etmişdir. O, Azərbaycanda və xaricdə nəşr olunmuş bir çox kitabın, monoqrafiya və elmi məqalələrin müəllifidir. Pedaqoji fəaliyyəti ilə yanaşı, ədəbi-elmi yaradıcılığını ardıcıl davam etdirir. Azərbaycan sovet ədəbiyyatının aktual nəzəri və ədəbi-tarixi problemləri ilə məşğul olur. "Tanıtım" jurnalı redaksiya heyətinin və Türkiyə "Vəqfi"nin üzvüdür (1991)

Timuçin Əfəndiyev 2005-ci ildə 60 illik yubuleyi ilə əlaqədar "Şöhrət ordeni" ilə təltif olunmuşdur. İngiltərənin Kembric Universitetinin Beynəlxalq Biblioqrafik mərkəzi professor Timuçin Əfəndiyevi "2005-ci il dünyanın aparıcı pedaqoqu" nominasiyasına layiq görmüşdür. Akademik Yusif Məmmədəliyev adına mükafatın laureatıdır. Evlidir. Bir qızı, bir oğlu var.
Yazıçı İlyas Əfəndiyevin oğludur.
Yazıçı Elçinin qardaşıdır.
Oğlu Yalçın Əfəndiyev (II)dir


Tarix: 19.01.2013 / 15:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 361 Bölmə: Şairlər və Yazıçılar
loading...