Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süleyman Rəhimov

Rəhimov Süleyman Hüseyn oğlu — nasir, 1938-ci ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975).Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Filmoqrafiya
4 İstinadlar
5 Həmçinin bax


Həyatı

Süleyman Rəhimov 1900-cü ilin oktyabrında Zəngəzur mahalının Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. İbtidai təhsilini ikisinifli rus məktəbində almışdır. İlk təhsilini kənddə almış, sonralar texnikum və ali məktəb bitirmişdir. 1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlamışdır. Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik etmişdir.

1928-ci ilin payızında dostu Əli Vəliyevlə Bakıya gələrək ADU-nun tarix fakültəsində təhsil almış, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs demişdir.

Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. Bununla belə o 50 il bu əsərinin üzərində işləmiş və ona əlavələr etmişdir.

Süleyman Rəhimov 1939-1940, 1944-1946 və 1954-1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olmuşdur. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışmışdır (1934-1937). Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940-1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində işləmişdir.

Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına (1972) layiq görülmüşdür. Üç dəfə Lenin ordeni (1946, 1970, 1975), "Qırmızı Əmək Bayrağı" (1959), "Şərəf nişanı" (1942) ordenləri və medallarla təltif edilmişdir, 1960-cı ildə xalq yazıçısı, 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı adları almışdır.

1983-cü il oktyabrın 11-də vəfat etmişdir.
Yazıçı Şamo Arifin atasıdır.

Əsərləri
Şamo (I,II c. 1931, 1940),
Saçlı (1944)
Ata və oğul (1949)
Mehman (1953)
Ana və abidəsi (1967)
Mahtəvan (1968)
Seçilmiş əsərləri (üç cilddə, 1968-1981)
Ağbulaq dağlarında
Medalyon
Ötən günlər dəftərindən
Qafqaz qartalı
Qoşqar qızı
Aynalı
Qardaş qəbri
Su pərisi
Uğundu
Tülkü və şir
Ləpirlər
Qara torpaq və sarı qızıl

Filmoqrafiya
Qanun naminə (film, 1968)


Tarix: 19.01.2013 / 15:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 524 Bölmə: Şairlər və Yazıçılar
loading...