Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiq Muxtar

Ramiq Muxtar - şair-dramaturq, Prezident təqaüdçüsü.

Həyatı

Ramiq Muxtar 1942-ci il, sentyabrın 5-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 11 yaşından bədii yaradıclıqla məşğul olub, şeirləri dövri mətbuatda tez-tez çap olunub.

"Üfüqlər qızaranda", "Əlvida, köhnə dünya", "Doğma səmanın ulduzları" və digər pyesləri Bakı, İrəvan, Naxçıvan, Qazax Dövlət Dram teatrlarında uğurla tamaşaya qoyulub.

Nəğməkar şairin sözlərinə 120-dən artıq mahnı bəstələnib. Son 15 il ərzində respublikada keçirilən hərbi vətənpərvərlik mövzusundakı müsabiqələrdə onun sözlərinə bəstələnən mahnılar 8 dəfə birinci mükafata layiq görülüb.

Ramiq Muxtarın yaradıcılıq gecəsi keçirilib. Tədbirdə ilk olaraq Ramiq Muxtarın həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib. Daha sonra "Seçilmiş əsərləri" kitabının təqdimatı olub. Bununla yanaşı mərasimdə şairin şeirləri və sözlərinə yazılan mahnılar səsləndirilib.


Tarix: 17.01.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 271 Bölmə: Şairlər və Yazıçılar
loading...