Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nurəddin Ədiloğlu

Muğanlı Nurəddin Ədil oğlu (Nurəddin Ədiloğlu) — azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001)Mündəricat
1 Həyatı
2 Kitabları
2.1 AzərNUR imzası ilə
2.2 Toplayıb tərtib etdiyi, redaktoru və ön sözünün müəllifi olduğu kitablar
2.3 Redaktoru olduğu kitablar
2.4 Bədii və publisistik yazılarının daxil edildiyi kitablar


Həyatı

Nurəddin Ədiloğlu 1958-ci il fevralın 1-də Masallı rayonunun Xırmandalı kəndində anadan olub. 1975-ci ildən dövrü mətbuatda publisistik və bədii yazıları ilə çıxış edir. 1984-cü ildə АDU-nun jurnalistika fakültəsini bitirib. "Tok Qafar" аdlı ilk hekayəsi vaxtilə Masallıda çıxan "Çağırış" qəzetində dərc olunub. Gənclər təşkilatında, Rayon İcraiyyə Komitəsində, rayon qəzetində, İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışıb.

1999-2004-cü illərdə Masallı şəhər Bələdiyyəsinin üzvü və katibi olub. 90-cı illərdə "Millət", "Avrasiya", "Hüriyyət" qəzetlərinin cənub bölgəsi üzrə müxbiri işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1995-2000-ci illərdə "Masallı" müstəqil qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Qəzet 1998-ci ildə Milli Mətbuat günü "RUH" Jurnalistləri Müdafiə Komitəsinin "Ən mübaruz əyalət qəzeti" mükafatına və diplomuna layiq görülüb.

Onun təşəbbüsü və ssenarisi əsasında 1992-ci ildə şair, alim, həkim, müəllim və bəstəkar Mir Kazım Aslanlı–Sarəngin Masallıda 80 illik yubileyi təntənə ilə qeyd olunub. İştirakı ilə hazırlanan "Sarəng ömrünün hekayətləri" adlı ədəbi-musiqili veriliş Azərbaycan radiosunun qızıl fonduna daxil edilib. "Sarəng -ruhun gözəlliyi" məqləsi ingilis, rus, türk dillərində Türkiyədə nəşr olunan "Azərbaycan dünyası" ("World of Azerbaijan") dərgisində dərc olunub (dekabr 2012, səh 80-85).

Povest və hekayələri "Azərbaycan", "Ulduz", "Şəfəq", "Söz", "Mars", "Yurd" ədəbi-bədii jurnallarında, "Ədəbiyyat qəzeti", "Mədəniyyət", "Sənət qəzeti", "Tac", "Kredo", "Ocaq", "Kaspi", "Ədəbiyyat naminə" və s. qəzetlərdə dərc olunub.

Azərbaycan Mətbuat Şurasının "Qarabağ mövzusunun və Xocalı soyqrımının mediada təbliğınə dəstək" müsabiqəsinin pul mükafat ilə təltif olunub. "Qızıl Qələm" media mükafatı laureatıdır. Doğulduğu bölgənin ağsaqqal və ağbirçəklərinin yaddaşından qələmə aldığı folklor nümunələri Azərbaycan radiosunun "Bulaq" verilişində səsləndirilib.

"Rabitə dünyası" (1998), "Masallı XX əsrdə" (2000), "Seyid Sadıq" (2002) sənədli filimlərinin ssenari müəllifi və rejissorudur. Azərbaycan kino tarixində teleserialın əsasını qoyan istedadlı rejissor Elçin Cahangirlinin "Susmuş vicdan" (2010-2012) serialında 41, 42, 43-cü seriyaların ssenari müəlliflərindən biridir.

Xocalı faciəsinə həsr etdiyi "Şəhidlər anası" pyesinin Xalq Teatrının səhnəsində 1994-2002-ci illərdə dəfələrlə tamaşası göstərilib. 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2004-cü ildən Bakı şəhərində yaşayır. 2004-2008-ci illər "Mars" ədəbi-bədii jurnalında məsul redaktor, 2005-2008-ci illər "Qarabağa aparan yol" qəzetinin baş redaktor müavini, eyni zamanda "Humanitar", "Yeni dirçəliş" qəzetlərinin əməkdaşı işıəyib. Hazırda "Milli pedaqogika məktəbi" elmi-nəzəri-medodik jurnalinda ümumi şöbənin və "YURD" ədəbi-bədii, elmi-publisistik jurnalında nəsr şöbəsinin müdiridir.

Kitabları
Аzərnur (roman–pritça). Bakı: 1994.
Bakı açıq şəhərdi (kino-roman). Bakı: Sabah, 1997.
Ruhani dünyası (Şeyx Əsədullah axund haqqında). Masallı: Azərnəşr, 1999.
Əsrin sönməz şamları (repressiya qurbanları haqqında). Bakı: Çənlibel, 1999.
Seyid Sadıq aləmi. Bakı: 2001.
Yaqub Abbasov. Bakı: "İsmayıl" NPM, 2002.
Bizim ağamız (Sənədli povest və xatirələr. Sosialist Əməyi Qəhrəmanı Seyid Məhəmməd Hüseynov haqqında). Bakı: 2003.
Yarımçıq qalmış şikəstə (Sarəngin həyat və yaradıcılığı haqqında monoqrafiya). Bakı: Adiloğlu, 2005.
Sonuncu monoloq (Əməkdar artist Əli Salahlı haqqında). Bakı: Araz, 2006.
Qara sarmaşıq (roman). Bakı: Nurlan, 2008.
Ömür vağzalı (povest və hekayələr). Bakı: Qanun, 2012.
Kiçik paris (povest və hekayələr). Bakı: "Vektor" nəşrlər evi, 2012.
Sarəng zirvəsi (təkrar nəşr, əlavələrlə). Bakı: Elm və təhsil, 2012.

AzərNUR imzası ilə
Cənub şikəstəsi. Bakı: Qanun, 2012.
Masallı Mamed. Bakı: Qanun, 2012.

Toplayıb tərtib etdiyi, redaktoru və ön sözünün müəllifi olduğu kitablar
“Elə baxma, lalə” (Sarəng, Bakı, 1996-cı il, “Sabah” nəşriyyatı, 500 tiraj)
"İslamda ailə tərbiyəsi" (Bakı, 1996, "Dünya" nəşriyyatı,1000 tiraj)
Hadi Seybətinli, "Qaranlıq dünyama işıq gəzirəm” (Bakı,2009,”Adiloğlu “ nəşriyyatı, 300 tiraj)

Redaktoru olduğu kitablar
Yaqub Abbasov “Eçara”( Бакы-2003, «İsmayıl» НПМ, 300 tiraj)
İslam “Yeddioymaq” (Bakı, 2010, Adiloğlu “ nəşriyyatı, 300 tiraj)
Hüseynbala Mirələmov “Çində möhtəşəm 10 gün” (Bakı-2012, “Nurlan” nəşriyyatı, 500 tiraj)
Fərahim Sadıqov “Masallı folkloru” (Bakı-2012, “Maarif” nəşriyyatı, 500 tiraj. Ön söz: "Giriş əvəzi və ya şifahi yaradıcılığımızın yazılı ərməğanı")

Bədii və publisistik yazılarının daxil edildiyi kitablar
“Masallı” (Bakı-1990, 5000 tiraj), səh.37-38 “Masallı İstisuyu”, səh.51-53 “Mirkazım Aslanlı”, səh.76 “Xırmandalı əfsanəsi”
Ə.Zahidov, “Muğan” (Bakı-1999), “Zəbi Quliyev” məqaləsi
“Ömür yarımçıq qalmır” (Bakı-2001, “Ünsiyyət” nəşriyyatı, 1000 tiraj), səh.154-155 “Muğanın anteyi”
Nahid Hacızadə “Yada düşdü” (Bakı-2008, “Araz” nəşriyyatı, 500 tiraj), cəh. 629-631 “Yetmişi ötən,səksənə yetən”,
“Oxunmayan ömür nəğmələri” (Bakı-2009, “Adiloğlu” nəşriyyatı, 200 tiraj), səh. 4 -12 “Faiqsiz qalmış yurdun ağısı...”
Ələşrəf Niftiyev, “Ömür yolu-nur yolu” (Bakı-2010, “Elm və təhsil” nəşriyyatı, 500 tiraj), səh. 262-267 “Fenomen ziyalı”
“Masallının söz çələngi” ədəbi almanax (Bakı-2011 “Adiloğlu” nəşriyyatı, 500 tiraj), səh. 300-313. “Qara camış”
Farahim Sadıqov “Masallı folkloru” (Bakı-2012, “Maarif” nəşriyyatı, 500 tiraj), səh 129-142. "Masallının söz boğçası" (1. Nənələrimizin ocaqdibi söhbətlərindən. 2. Bayatılar. 3. Aza qail olmayan. 4. Allahın Masallı əla... 5.ŞAHIN ənamını xırdalayıram. 6. Mehtər əhvalatı. 7.Cahanda kəllə sağ olsun. 8. İtələmə, gedirəm də. 9. Alagöz əhvalatı. 10. Qibləyə düz dayan!)


Tarix: 17.01.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 781 Bölmə: Şairlər və Yazıçılar
loading...