Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsrafil Məmmədov

İsrafil Süleyman oğlu Məmmədov – tarix elmləri namizədi, “Sovet Ermənistanı” qəzetinin redaktoru (?-1990), Tarixçi. Kino məsləhətçisi. Filmlərdə iştirak edən. Film çəkilməsinə kömək edən.

Həyatı

İsrafil Məmmədov 1927-ci ildə Mehri rayonunda anadan olub. Orta məktəbi bitirdiyi il elə həmin məktəbə müəllim təyin edilib. Sonra rayon qəzetində işləməyə başlayıb. Paralel olaraq rayon radiosunun aparıcısı olub.

İrəvanda “Partiya məktəbi”ni bitirəndən sonra 1955-90-cı illərdə “Sovet Ermənistanı” qəzetində çalışıb. Təbliğat şöbəsinin, müdiri, partiya-təbliğat şöbəsinin müdiri, məsul katib, redaktor müavini və redaktor olub. Ermənistanda “Azərbaycan mətbuatı tarixi”ndən dissertasiya müdafiə edib, tarix elmləri namizədidir.

1964-cü ildən İrəvan Pedoqoji Universitetində dərs deyib. Onlarla kitab, yüzlərlə monoqrafiya müəllifidir. Milli Münasibətlər İnstitutunda “Soyqırım” şöbəsinin müdiridir.

1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində “Erməni redaksiyası”nın müdiri olub.

“Sovet Ermənistanı” qəzetinin tarixini onun qədər bilən çətin tapıla.

Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı ilə İsrafil Məmmədova 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatı verilmişdir. Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının qərarı ilə ona Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanı təqdim edilmişdir.[1]

Kitabları
Ermənistan azərbaycanlıları və onların acı taleyi. Bakı, 1992. (S.Əsədov ilə ortaqlı)
Erməni kilsəsi və türk-Azərbaycan torpaqlarında dolaşmaqda olan “Böyük Ermənistan” kabusu. Bakı, 2010, s.279
"Rus-türk müharibələrində ermənilərin iştirakı". Səbəb və nəticələr. Баkı, «Elm və təhsil», 2011. – 272 səh. 300 tiraj.

Filmoqrafiya
Deportasiya (film, 2001)
İsrafil müəllim (film, 2003)
İrəvan və irəvanlılar. I film. İrəvan (film, 2007)
Deportasiya. II Film (film)
Deportasiya. III Film (film)
Deportasiya. IV Film (film)
Deportasiya. V Film (film)
Deportasiya. VI Film (film)
Deportasiya. VII Film (film)


Tarix: 16.01.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 474 Bölmə: Şairlər və Yazıçılar
loading...