Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmamverdi Əbilov

İmamverdi Əbilov - filologiya elmləri doktoru, professor.
Həyatı

İmamverdi Əbilov Neftçala rayonunun Qoltuq kəndində anadan olmuşdur. ADU-nun filologiya fakültəsini bitirmiş, 1970-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertyasiyasını müdafiə etmişdir. Rayon Komsomol komitəsinin katibi, Rayon Partiya Komitəsinin II katibi vəzifələrində çalışmışdır. Bir neçə kitabın, elmi məqalələrin, monoqrafiyaların müəllifidir. Respublikanın əməkdar müəllimi adına layiq görülmüş, fərdi Prezident təqaüdçüsüdür.

İ.Əbilov ömrünün bütün dövrlərində Azərbaycanın böyük şair və yazıçıları ilə sıx təmasda olmuşdur. Ədiblərdən Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Qabil, Əliağa Kürçaylı, Məmməd Araz, Anar, Zəlimxan Yaqub və başqaları onun Neftçaladakı evində qonaq olmuş, xatirələrdə iz salan maraqlı söhbətlər, ədəbi-bədii diskussiyalar aparmışlar. İ. Əbilovu başqalarından fərqləndirən məziyyətlərdən biri də onun doğma el-obasına, doğulduğu ocağa məhəbbətidir. O, bütün həyatı boyu Neftçalada yaşamış, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşdur.


Tarix: 16.01.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 472 Bölmə: Şairlər və Yazıçılar
loading...