Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbrahimxəlil Tamıyev

İbrahimxəlil Məhəmmədəli oğlu Tamıyev - Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997)

Həyatı

İbrahimxəlil (İbrahimxəlil Məhəmmədəli oğlu Tamıyev) “80-cilər” ədəbi nəslinin istedadlı nümayəndələrindəndir. Müxtəlif illərdə “Adiloğlu”, “Qanun” və “Universal” (Tbilisi) nəşriyyatlarında işıq üzü görən “Cəllad günü”, “Yar”, “Ucqar havası”, “Durna diasporu” poeziya kitablarının müəllifidir.

1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan prezidentinin təqaüdçüsüdür.

Yazıları "Gənclik", "Ulduz", "Azərbaycan", "Xəzər", "Şans" jurnallarında, "Gürcüstan", "Yeni Azərbaycan", "525-ci qəzet", "Kaspi", "Ədalət", "Ekspress" qəzetlərində, "mediaforum.az" saytında və s. dərc olunmuşdur.

İbrahimxəlilin vaqiflərə ünvanlanan zərif poetik duyğuları, özünəməxsus mövzuları, dağ havası qədər, dəniz havası qədər yaxın olan şair havası-ucqar havası həmişə ruhları və diqqətləri çəkməkdədir.

Ali təhsilini Bakıda almış, ixtisasca filoloq olan İbrahimxəlil uzun illər müəllimlik etmişdir. Hazırda Marneulidə nəşr olunan “Regionpress” qəzetinin əməkdaşıdır. Dörd övladı var.

Bolnisi rayonunun Kazreti qəsəbəsində yaşayır.


Tarix: 16.01.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 250 Bölmə: Şairlər və Yazıçılar
loading...