Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eyvaz Borçalı

Həyatı

Ayvazov Ayvaz Məhəmməd oğlu – şair, tərcüməçi, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əmakdar incəsənət xadimi (1981) – 1938-ci il mayın 5-də Gürcüstanın Borçalı (Marneuli) rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Burada Qaçağan onbirillik məktəbini bitirdikdən sonra M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşdur.

Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə həmin institutun UI kursundan Moskvaya, M.Qorki adına Ədəbiyyat İnstitutuna, bədii tərcümə bölməsinə keçirilmişdir. Buranı bitirdikdən sonra Azərnəşrdə redaktor kimi əmək fəaliyyətinə başlamışdır (1964). "Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1970), "Mozalan" satirik kino-jurnalının baş redaktoru (1971-1984), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru (1984-1986) vəzifəsində işləmişdir. Ədəbi yaradıcılığa 1960-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Əbədi məşəl" şeirilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı şeirlərini və bədii tərcümələrini çap etdirir. Bakı şəhər Oktyabr rayonu xalq deputatları Sovetinə üç çağırış deputat seçilmişdir. Hazırda "Kirpi" jurnalının baş redaktorudur (1986-cı ildən). Respublika mədəniyyət işçiləri həmkarlar komitəsinin üzvüdür. Şərəf nişanı ordeni (1980), Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı (1978-1988) və bir medalla təltif edilmişdir.

Əsərləri
1.Üfüq yananda. Bakı: Azərnəşr, 1964, 36 səh.
2.Sevgi radiusu. Bakı: Gənclik, 1967, 89 səh.
3.Şah və qoca. Bakı: Gənclik, 1968, 12 səh.
4.Qızıl anlar. Bakı: Azərnəşr, 1970, 99 səh.
5.İnsan, zaman, izlər. Bakı: İşıq, 1974, 109 səh.
6.İllər... pillələr. Bakı: Gənclik, 1975, 175 səh.
7.Dünya, məni tərkinə al. Bakı: Gənclik, 1983, 168 səh.
8.Dünyanın tərkində. Bakı: Yazıçı, 1986, 160 səh.
9.Durnalı göylər. Bakı: Yazıçı, 1991, 360 səh.

Tərcümələri

(ruscadan)
1.N.Barataşvili. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1968, 62 səh.
2.A.Blok. Şeirlər və poema. Bakı: Gənclik, 1972, 71 səh.
3.M.Kərim. Dağlar da insan kimidir. Bakı: Gənclik, 1975, 171 səh.
4.A.Blok. Əsərləri. Bakı: Yazıçı, 1980, 126 səh.
5.M.Kərim. Məhəbbətin dörd fəsli. Bakı: Gənclik, 1982, 78 səh.

Yaradıcılığı

TƏRS DÜŞÜB KÖNLÜMDƏ QƏMİN DÜYÜNÜ

Yağışsız buludam, buludsuz yağış,
Nə yerə gərəyəm, nə göyə bəlkə.
Taleyin üstümə tökdüyü qarğış
Könlümdə alqıştək göyərə bəlkə!

Bir közsüz ocağam, ocaqsız közəm,
Təklikdə heç biri alışmır, neynim.
Bir sözsüz nəğməyəm, nəğməsiz sözəm,
Təklikdə heç biri danışmır, neynim.

Tərs düşüb könlümdə qəmin düyünü,
Kölgəsi gözümdən silinməz olub.
Fəsillər dəyişib sabitliyini,
Növbə hansınındır, bilinməz olub.

Son baharda mənəm, ilk mayısda sən,
Ulduzlu səma da eşqimdən izdi.
Hicranın payızdı, bu payızda sən
Ay kimi soyuqsan, Gün kimi isti.

Baxıram qol boyun bəxtəvərlərə,
Ayağım yerimir, sanki çolağam.
Səsləmir könlümü heç nə heç yerə,
Bu səsli dünyada batmış qulağam.

Büllur qədəminin səsindən özgə
Heç nə eşitmirəm, heç nə dünyada.
Həsrət cığırında ləngimə tez gəl,
Bir də səhv eləsəm, keçmə dünyada!


İKI MƏN

Özümün özümdən yoxmuş xəbərim -
İki "Mən" yaşayır mənim içimdə.
İki "Mən" yaşayır... lakin hər biri
Bir özgə xislətdə, özgə biçimdə.

Bir tük də yayınmır qırğı gözümdən.
Bir nöqsan görəndə coşub daşıram.
Axırda nəyinsə xatirinə mən,
Güzəştə gedirəm, razılaşıram.

İki "Mən" yaşayır mənim içimdə -
Biri barışmazlıq, biri mütilik.
İki "Mən" yaşayır mənim içimdə -
Biri inamsızlıq, biri qətilik.

Bir alçaq kürsüyə sinə gərəndə
Axına qoşulub mən əl çalıram.
Vicdanım önündə hesab verəndə
O alçaq ucalır, mən alçalıram.

İki "Mən" vuruşur mənim içimdə,
Biri haqqın qulu, biri zinətin.
İkiyə bölünür qüvvəm, gücüm də
Sanki saxlamaqçün müvaziməti.

Bir heçə dönürəm ikiliyimlə,
İki "Mən"dən biri yıxılmalıdır!
Vuruşur "Mən", mənim mütiliyimlə,
Mütilik hər yanda yox olmalıdır!!!

Filmoqrafiya
1001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film)
777 №-li sexdə (film, 1979)(qısametrajlı bədii süjet-Mozalan № 47)
Akt və fakt (film, 1978)
Alıcının sərgüzəşti (film, 1976)
Altı duru, üstü quru (film, 1983)
Arzu (film, 1972)
Atamın sənəti (film, 1980)
ATU və ya pa ATU nnan (film, 1971)
Axırıncı maqın sonu (film, 1974)
Axtaran tapar (film, 1980)
Ay alan! (film, 1981)
Azərbaycan tütünü (film, 1976)
Baldızoğlu (film, 1977)
...balıq sevdası (film, 1979)
Baş tutmayan ziyafət (film, 1981)
Başdan ayağa (film, 1973)
Bəhrə (film, 1984)
Bəhri-təhvil (film, 1979)
Bəlkə... (film, 1985)
Bəxtəvər (film, 1984)
Bir məktubun izi ilə (film, 1982)
Bir nömrəli... (film, 1980)
Bir səfərin izilə (film, 1980)
Bişmiş toyuğun gülməyi... (film, 1983)
Böyüyəndə bilərsən... (film, 1981)
Bumeranq (film, 1982)
Buxarlanan vədlər (film, 1980)
Buyruq və quyruq (film, 1972)
Cavabsız sual (film, 1977)
Cərimə yolları (film, 1978)
Çardaş (film, 1973)
Çarə (film, 1981)
Çətin sual (film, 1979)
Çıxılmaz vəziyyət (film, 1983)
Çıxış yolu (film, 1984)
Daha bir fənd (film, 1978)
Damğa (film, 1984)
Daş dözür (film, 1973)
Daş münasibət (film, 1983)
Defisit qliserin (film, 1975)
Dərs (film, 1981)
DHD (film, 1982)
Diplomlu mütəxəssis (film, 1974)
Dua (film, 1982)
Eksperiment (film, 1984)
Evlər yıxanım mənim!!. (film, 1974)
Əhməd haradadır? (film, 1983)
Əhvalipürsanlıq, yaxud qəbiristanlıq (film, 1972)
Əqrəb (film, 1972)
Əla kəsici (film, 1975)
Əlamət (film, 1982)
Əldən qalan... (film, 1981)
Fəallıq (film, 1975)
Fənd (film, 1978)
Fikirləşmək lazımdır (film, 1980)
Fırıldaqçı (film, 1983)
Foto həvəskarı (film, 1985)
Fövqəladə hadisə (film, 1982)
Gecəniz xeyrə qalsın (film, 1977)
Gedərgəlməz (film, 1984)
Gənc memar (film, 1978)
Gethagetdə (film, 1983)
Gözbağlıcılar (film, 1973)
Gözəllik ondur... (film, 1984)
Gözəyarı (film, 1984)
Günlərin bir günü... (film, 1981)
Hamam hamam içində (film, 1983)
Hami (film, 1981)
Hamıya! Hamıya!! Hamıya!!! (film, 1977)
Hansı peşə yaxşıdır (film, 1982)
Harayacan qaçacaqlar (film, 1983)
Hədiyyə (film, 1974)
Heyif siqnalından (film, 1978)
Xəbərdarlıq (film, 1984)
Xırdavat (film, 1982)
Xoruzun quyruğu (film, 1980)
Xoş gəlmisiniz! (film, 1973)
Xüsusi buraxılış (film, 1983)
İbrət dərsi (film, 1984)
İcazə (film, 1972)
İki dəfə iki (film, 1973)
İlişdim (film, 1983)
"İmportnı" yaxud zırrama (film, 1972)
İmtahan (film, 1982)
İncik incilər (film, 1982)
İntizam (film, 1983)
İşgüzar adamlar (film, 1977)
İsrafçılıq (film, 1980)
İsrafçılıq (film, 1983)
Kallıq (film, 1981)
Keyfiyyət nişanı (film, 1974)
Kəpəz (film, 1972)
Kimdir Məmməd Məmmədov? (film, 1973)
Kontor (film, 1978)
...Könüldən iraq (film, 1982)
Qanlı zəmi (film, 1985)
Qaş düzəldən yerdə... (film, 1980)
Qədəmlərin mübarək (film, 1976)
Qəhrəmanlara eşq olsun! (film, 1981)
Qəribə adamlar (film, 1978)
Qıfılbəndin açması (film, 1982)
Qıfıllı istirahət ocağı (film, 1975)
Qiymətli tüstü (film, 1978)
Qorunmağa möhtac qoruq (film, 1983)
Qoy dolanaq... (film, 1972)
Qozbeli qəbir düzəldərmi? (film, 1972)
Qunduzdan söhbət açaq (film, 1976)
Leylək gözləyir (film, 1977)
Maqarıç (film, 1973)
Metamarfoza (film, 1983)
"Mədəniyyət" № 1 (film, 1975)
Məğlubedilməzlər (film, 1983)
Məhəbbətdən də artıq (film, 1975)
Məhəbbətin familiyası (film, 1977)
"...Mən salim olum, cümlə cahan batsa da batsın..." (film, 1980)
Məntiqi sual (film, 1979)
Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)
Məsələ № 777 (1980)
Molla İbrahimxəlil kimyagərin nəvələri (film, 1974)
"Mozalan"ın izi ilə (film, 1982)
Möhürlü yalan (film, 1983)
Musiqili sınaq (film, 1982)
Mübadilə (film, 1983)
Mükafat, yoxsa... (film, 1980)
Müqavilə (film, 1978)
Müqəddəs and (film, 1983)
"Müstəntiq və məntiq" (film, 1971)
Nankorluq (film, 1982)
Narazılıq (film, 1981)
Nə haqla? (film, 1983)
Nə vaxta qədər? (film, 1974)
Nəticə (film, 1984) (I)
Nəticə (film, 1984) (II)
Nəzarətin reydi "Mozalan"ın qeydi (film, 1977)
Onun bəlalı sevgisi (film, 1980)
Orijinal üsul (film, 1983)
Oxuyur Müslüm Maqomayev (film, 1971)
Ögeylik (film, 1985)
Örtülü bazar (film, 1984)
Ötür-ötür (film, 1980)
Özünü ifşa (film, 1986)
"Pərvanələr" (film, 1985)
Poliqlotlar (film, 1974)
Putyovka (film, 1975)
Reaksiya (film, 1981)
Rəngli yuxu (film, 1982)
Sayı çox... (film, 1981)
Səbəblərdən biri (film, 1978)
Sehrli sandıq (film, 1973)
Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)
Söyüdlünün su dərdi (film, 1982)
Sözsüz mahnı (film, 1972)
Sözün çəkisi (film, 1980)
Su niyə yoxdur? (film, 1983)
Sübut (film, 1982)
Super ağcaqanad (film, 1981)
Sürpriz (film, 1977)
Sürücünün aqibəti (film, 1973)
Şərt (film, 1984)
Taxtası və saxtası (film, 1982)
Təcili yardım lazımdır (film, 1974)
Təki dam olsun... (film, 1972)
Telefon sərgüzəştləri (film, 1973)
Tənha narın nağılı (film, 1984)
Təşəkkür (film, 1978)
Tikən də biz, sökən də (film, 1981)
Tikilir, amma... (film, 1973)
Torpağa düşməsin havayı bir dən (film, 1983)
Toxunma, partlayar! (film, 1982)
Toya dəvətnamə (film, 1973)
Tülkü həccə gedir (film, 1971)
Ucar lətifəsi (film, 1981)
Uğurlu təyinat (film, 1984)
Usta Aslan (film, 1972)
Ütü də gözəllikdir (film, 1980)
Ver verim (film, 1974)
Yaddan çıxmış metal (film, 1973)
Yağışlı havalarda (film, 1982)
Yalançını evinəcən qovarlar (film, 1981)
Yanğın (film, 1975)
Yanlış da bir naxışdır (film, 1984)
Yaşıl işıq (film, 1972)
Yeddi qoyun nağılı (film, 1983)
Yeganə çıxış yolu (film, 1980)
Yeganə əlac (film, 1981)
Yenə də inşaatçılar... (film, 1980)
Yeni üsul (film, 1974)
Yerli kadr təsdiqə gedir (film, 1973)
Yollar (film, 1972)
Yolum düşdü (film, 1974)
Yoxlanılmış, inanılmış... (film, 1971)
Yüz qramın qiyməti (film, 1975)
Zərbə (film, 1983)


Tarix: 14.01.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1317 Bölmə: Şairlər və Yazıçılar
loading...