Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elşad Ərşadoğlu

Elşad Ərşadoğlu
Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar ELŞAD ƏRŞADOĞLU
Elşad Ərşad oğlu Əliyev

Doğum tarixi:29 iyul 1986-cı il (26 yaş)
Doğum yeri:Füzuli, Yağlıvənd


Əliyev Elşad Ərşad oğlu (Elşad Ərşadoğlu) — şair.

Həyatı

Elşad Ərşadoğlu 1986-cı il iyul ayının 29-da Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. 1993-cü ildən ailəsi ilə birlikdə məcburi köçkün kimi İsmayıllı rayonunun Quşencə kəndində məskunlaşıb. 2004-cü ildə orada orta məktəbi bitirərək, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 2008-ci ildə universitetin bakalavr pilləsini bitirdikdən sonra “"Muasir Azərbaycan Ədəbiyyatı" kafedrasının "Ədəbi tənqidin tarixi və nəzəriyyəsi" ixtisası üzrə magistraturasına daxil olub, akademik məzuniyyət götürərək bir il müddətində hərbi xidmətdə olmuşdur. Hazırda magistraturanın II kursunda təhsilini davam etdirir.

Elşad Ərşadoğlu şeir yaradıcılığına 90-cı illərin sonlarından başlayıb. İlk şeiri 2002-ci ildə "İnam Yolu" qəzetində çap olunmuşdur. Bundan sonra isə müxtəlif illərdə AYB-nin mətbu orqanları olan "Azərbaycan", "Ulduz", jurnallarında, "Ədəbiyyat" qəzetində, eləcə də ədəbiyyatla bağlı digər bir sıra qəzet, jurnal və almanaxlarda şeirləri dəfələrlə çap olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Subaydır

Əsərləri
"Yarsan mənim ürəyimi..." Bakı, 2007
"Kələfin ucu" Bakı, 2010


Tarix: 14.01.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 327 Bölmə: Şairlər və Yazıçılar
loading...