Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çingiz Ələkbərzadə

Ələkbərzadə Çingiz Əbülhəsən oğlu — nasir, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Çingiz Ələkbərzadə 1936-cı il oktyabrın 17-də Bakı şəhərində anadan olmuşdur. Tovuz şəhərindəki A.S.Puşkin adına şəhər orta məktəbini bitirmişdir (1955). ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1960).

Tələbəlik dövründə "Kökəlməyin sirri" hekayəsi almanaxda dərc olunmuşdur (1958). Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əmək fəaliyyətinə Əli Bayramlı rayonundakı 2 saylı orta məktəbdə müəllim kimi başlamışdır (1960).

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsində son xəbərlər redaksiyasında işləmişdir (1961-1966). İsmayıllı rayonundakı İvanovka kəndində müəllim (1966-1968), Əli Bayramlı rayonunda "İşıq" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri (1968-1971), İsmayıllı rayonunda "Zəhmətkeş" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri (1971-1972), Azərbaycan SSR Televiziya və Radio Verilişləri komitəsində "Günün səsi" xəbərlər baş redaksiyasında müxbir (1972-1973), "Azərbaycanfılm" kinostudiyasında ssenarist (1973-1975), "Kirpi" satirik jurnalında ədəbi işçi (1976-1979), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Günün ekranı" redaksiyasında ştatdankənar müxbir (1979-1984), Şirvan bölgəsi üzrə xüsusi müxbir (1984-1989) olmuşdur. Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir (1980). Durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə həbs edilmişdir (1986-1988). Sonra bəraət almış, bədii yaradıcılıqla məşğul olmuşdur. 1999-cu il yanvarın 7-də vəfat etmişdir.
Yazıçı Əbülhəsənin oğludur.
Müğənni Sevda Ələkbərzadənin atasıdır.
Müğənni Elmira Ələkbərzadənin atasıdır.

Əsərləri
1.Yarpaqlar töküləndə. Bakı: Uşaqgəncnəşr, 1964, 120 səh.
2.Güllələr dənizdə sönür. Bakı: Gənclik, 1973, 138 səh.
3.Qızıl yəhərli at. Bakı: Gənclik, 1976, 135 səh.
4.Çılpaq (roman). Bakı: Gənclik, 1979, 176 səh.
5.Vulkan (povest və hekayələr). Bakı: Yazıçı, 1983, 181 səh.
6.Öndən. Bakı: Yazıçı, 1992, 214 səh.
7.Qumarbaz. Bakı: Azərnəşr, 1993, 295 səh.
8.Türmə mənim ahımdı. Bakı: Gənclik, 1993, 78 səh.


Tarix: 14.01.2013 / 19:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 561 Bölmə: Şairlər və Yazıçılar
loading...