Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəlimxan Yaqub

Zəlimxan Yaqub (d.21 yanvar, 1950. Gürcüstan, Bolnisi, Kəpənəkçi)— Azərbaycanın xalq şairi.

Həyatı

Yaqubov Zəlimxan Yusif oğlu (Zəlimxan Yaqub) — Azərbaycanın xalq şairi, ictimai xadim - 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir (1967-1972).

1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur.

İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib.

Məmməd Araz ədəbi mükafatı (1995) ilə, "Şair harayı", "Vətən yaralar", "Sizi qınamıram" və "Ziyarətin qəbul olsun" kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilmişdir.

1983-cü ildən AYB-nın üzvüdür.

2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb.

2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.

Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, ABŞda, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub.

2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmət" mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru seçilib.

5 oktyabr 2012-ci ildə Xalq şairi Zəlimxan Yaqubun indiyədək qazandığı mükafatlar sırasına biri də əlavə olunub. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası xalq şairini Fəxri diplom və medalla təltif edib[1].

Zəlimxan Yaqubun görkəmli dövlət xadimi Heydər Əliyevə ithaf etdiyi “Əbədiyyət dastanı” poeması haqqında şair-publisist Əli Rza Xələfli “Ölməzlik nəğməsi” (“Vətən” nəşriyyatı, 2013) adlı kitab yazmış və nəfis tərtibatda çap etdirmişdir[2].



Kitabları
Şair harayı
Vətən yaralar
Sizi qınamıram
Ziyarətin qəbul olsun
Od aldığım ocaqlar 1986
Mən sənin qəlbinə necə yol tapım 2003
Böyük ömrün dastanı 2004
Qayıdaq əvvəlki xatirələrə 2004
Gözlərimin nurudu doğulduğum bu torpaq 2005
Mən bir dağ çayıyam 2006
Əbədiyyət dastanı2008
Сказы саза 2008
Peyğəmbər (poema)2009
Özün basdırdığın ağaca söykən (I cild). Bakı. Şərq-Qərb,2010, 284 səh. şəkilli
Özün basdırdığın ağaca söykən (II cild). Bakı. Şərq-Qərb,2010,
Mövlana. B.: “Vətən”, 2012.-194 səh.


Tarix: 14.01.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 443 Bölmə: Şairlər və Yazıçılar
loading...