Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Akif Abbasov

Akif Nurağa oğlu Abbasov (d. 28 may 1950-ci il, Əli Bayramlı (indiki Şirvan), Azərbaycan SSR, SSRİ) — yazıçı, tərcüməçi, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), pedaqoji elmlər doktoru (1995), professor (2004), əməkdar müəllim (2012).

Həyatı

Akif Abbasov 1950-ci il mayın 28-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur.

Burada N. Nərimanov adına 2 saylı orta məktəbi bitirdikdən sonra "İşıq" şəhər qəzetində müxbir işləmişdir (1967-1968). M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis və Azərbaycan dilləri fakültəsində təhsil almışdır (1968-1973). Təyinatla Sabirabad rayonunun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dilini tədris etmişdir (1973-1975). Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun tərbiyənin ümumi problemləri şöbəsinə müsabiqə yolu ilə kiçik elmi işçi qəbul olunmuşdur (1975). Sonra orada elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifəsində işləmişdir (1975-2001).

Namizədlik (1987) və doktorluq dissertasiyaları (1995) müdafiə etmişdir. Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (indiki Bakı Qızlar Universiteti) elmi işlər üzrə prorektor olmuşdur (1992-1998). Hazırda Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun elmi katibidir (2000-ci ildən). Bakı Dövlət Universiteti nəzdində psixologiya elmləri üzrə dissertasiya şurasının elmi katibi təyin olunmuşdur (2003-cü ildən). Azərbaycan, rus və ingilis dillərində nəşr edilən "Təhsil, mədəniyyət, incəsənət" elmi-nəzəri və metodik jurnalın redaktorudur (2000-ci ildən).

Ədəbi-pedaqoji fəaliyyətə 1966-cı ildən başlamışdır. İlk mətbu yazısı Əli Bayramlı şəhər qəzeti – "İşıq"da çıxmışdır (1966). Bundan sonra dövri mətbuatda bədii və elmi-kütləvi əsərlərlə vaxtaşırı çıxış etmişdir. Rus və ingilis dillərindən tərcümələri "Dünya", "Bağban" almanaxlarında, jurnallarda dərc olunmuşdur. Orta və ali məktəblər üçün bir sıra dərslik, elmi-metodiki əsər və proqram yazıb çap etdirmişdir.

Akif Abbasov aşağıdakı birpərdəli pyesləri rus dilindən azərbaycancaya tərcümə etmiş və onlar respublika radiosunun "Firuzə" tələbə teatrında səslənmişdir:
M. Bayciyev. Duel. 1 sentyabr 1980 (saat 22.30).
Z. Çernışeva. Buzda ehtiyatlı ol. 1 dekabr 1980 (saat 22.30).
Q. Kuntsev. İstəkli adamlar üçün hədiyyə. 2 fevral 1981 (saat 22.30).
Y. Obuxov. Nənə gələndə. 7 fevral 1983.
V. Kojevnikov. Səhra. 3 yanvar 1983.
Y. Ziskind. Uğurlu skamya. 4 fevral 1985.

Akif Abbasovun 1986-cı ildə tərcümə etdiyi "Andro və Sandro" pyesi (müəllif: Georgi Xuqayev) 1987-ci ildə Respublika radiosunun "Ədəbi-dram verilişləri" redaksiyasında səsləndirilmişdir. Radiotamaşanın rejissoru görkəmli sənətkar Həsən Əbluc olmuşdur. Bu tamaşanı tanınmış Azərbaycan aktyorları səsləndirmişdilər.

A.N. Abbasov Azərbaycan Maarif Nazirliyinin "Qabaqcıl maarif işçisi" döş nişanına və fəxri fərmanına layiq görülmüşdür.

Akif Abbasova 2004-cü ildə professor elmi adı verilmişdir. 26 dekabr 2006-cı il tarixində "Tərəqqi" medalı ilə təltif edilmiş[1], 2007-ci ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.

A.N. Abbasov 24 aprel 2009-cu ildən etibarən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür.

1 oktyabr 2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən, "Azərbaycan Respublikasının Əməkdar Müəllimi" fəxri adına layiq görülmüşdür [2].

Əsərləri
Orta ümumtəhsil məktəblərində şagirdlərin kommunist tərbiyəsinin bəzi məsələləri. Bakı: Maarif, 1978, 96 səh. (şərikli)
Şagirdlərin hüquq tərbiyəsi. Bakı: Maarif, 1983, 92 səh.
Ümumtəhsil məktəbləri şagirdlərinin kommunist tərbiyəsi. Bakı: Maarif, 1983, 156 səh. (şərikli)
Ailə. Bakı: Maarif, 1986 (təkrar nəşr 1989), 276 səh. (şərikli)
Ailə həyatının etika və psixologiyası. Bakı: Maarif, 1988, 192 səh.
Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat. Bakı: Maarif, 1989, 232 səh. (şərikli)
Qız gəlin köçür. Bakı: Gənclik, 1992, 44 səh. (şərikli)
Az söylə, söz söylə (Şərqin şifahi və yazılı sənət abidələrində tərbiyəvi fikirlər). Bakı: Maarif, 1993, 400 səh. (şərikli)
Oxu-3: zəif eşidən uşaqlar üçün dərslik. Bakı: Maarif, 1997, 160 səh.
Lələşin ayaqqabısı (hekayələr). Bakı: Mütərcim, 1998, 40 səh.
İngiliscə-Azərbaycanca pedaqoji-psixoloji lüğət. Bakı: Mütərcim, 1999, 100 səh. (şərikli)
Xəyanət (povest və hekayələr). Bakı: Mütərcim, 1999, 104 səh.
Qaş düzəltdiyi yerdə (hekayələr və lətifələr). Bakı: Mütərcim, 1999, 84 səh.
Pedaqogika: ali məktəblər üçün dərs vəsaiti. Bakı: Renessans, 2000, 202 səh. (şərikli)
Əli Bayramlı mətbuatı. Bakı: Araz, 2000, 160 səh. (şərikli).
Dədəmə oxşayırsan (hekayələr və lətifələr). Bakı: Mütərcim, 2004, 56 səh.
Aldanma sözlərə (roman). Bakı: Mütərcim, 2004, 150 səh.
Gəl Məliyin dovğasına (lətifələr). Bakı: Mütərcim, 2006, 72 səh.
Azərbaycanca-ingiliscə pedaqoji-psixoloji terminlər lüğəti. Bakı: Mütərcim, 2006, 196 səh.
Gəlin (hekayələr və lətifələr). Bakı: Mütərcim, 2007, 60 səh.
Atatürk haqqında hekayələr (birinci kitab). Bakı: AzAtaM, 2007, 96 səh.
Atatürk haqqında hekayələr (ikinci kitab). Bakı: AzAtaM, Mütərcim, 2007, 88 səh.
Atatürk (pyes). Bakı: Mütərcim, 2007, 72 səh.
Böyük türk (hekayələr). Bakı: Mütərcim, 2007, 28 səh.
Pedaqogika: müxtəsər konspekt və sxemlər. Bakı: Mütərcim, 2007, 80 səh.
İngilis dilindən imla və ifadə mətnləri məcmuəsi: Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün. Bakı: Mütərcim, 2008, 104 səh.
Milli əxlaq və ailə etikası: orta ixtisas məktəbləri üçün dərslik. Bakı: Mütərcim, 2008, 296 səh.
Oxu-3: zəif eşidən uşaqlar üçün dərslik. Bakı: Təhsil, 2008, 160 səh.
Oxu-4: zəif eşidən uşaqlar üçün dərslik. Bakı: Təhsil, 2008, 160 səh.
Oxu-5: zəif eşidən uşaqlar üçün dərslik. Bakı: Təhsil, 2008, 168 səh.
Xallı kəpənək (hekayə və lətifələr). Bakı: Mütərcim, 2009, 56 səh.
Pedaqogika: orta ixtisas məktəbləri üçün dərslik. Bakı: Mütərcim, 2009, 348 səh.
Müdirin ayağı (hekayələr). Bakı: Mütərcim, 2010, 60 səh.
Bir qıçlı öz atasıdır (hekayələr). Bakı: Mütərcim, 2010, 60 səh.
Dar günün dostu (povest və hekayələr). Bakı: Mütərcim, 2010, 60 səh.
Geydirmə araq (hekayələr). Bakı: Mütərcim, 2010, 60 səh.
Pedaqogika: orta ixtisas məktəbləri üçün dərs vəsaiti. Bakı: Mütərcim, 2010, 344 səh.
Portret cizgiləri. Bakı: Mütərcim, 2010, 124 səh.
Milli əxlaq və ailə etikası: orta ixtisas məktəbləri üçün dərslik. Bakı: Mütərcim, 2010, 320 səh.
Seçilmiş əsərləri. 12 cilddə. I cild. Bakı: Mütərcim, 2010, 344 səh.
Samsundan başlanan yol (roman və pyes). Bakı: Mütərcim, 2011, 336 səh.
Əsərləri. 10 cilddə. I cild. Bakı: Mütərcim, 2011, 336 səh.
Təhsil sisteminin idarə olunmasının pedaqoji-psixoloji problemləri. Bakı: Mütərcim, 2011, 338 səh.
Sənə quzu kəsim (hekayələr və lətifələr). Bakı: Mütərcim, 2011, 60 səh.
Oxu-2: zəif eşidən uşaqlar üçün dərslik. Bakı: Şərq-Qərb, 2011, 128 səh.
Yumruq (hekayələr və lətifələr). Bakı: Mütərcim, 2012, 72 səh.
Yumurta (hekayələr və lətifələr). Bakı: Mütərcim, 2012, 74 səh.
Müəllim hazırlığına yeni yanaşmalar. Bakı: Mütərcim, 2012, 324 səh.

Tərcümələri
Kristi Tökerin ölümü (hekayələr). Bakı: Təbib, 2000, 44 səh. (ingilis və rus dillərindən tərcümələr)
Uilyam Somerset Moem. Yolagəlməz qadın (povest). Bakı: Nurlan, 2004, 40 səh. (ingilis dilindən tərcümə)
Uilyam Somerset Moem. Yağış (povest). Bakı: Nurlan, 2004, 48 səh. (ingilis dilindən tərcümə)
Yağış altında pişik (hekayələr). Bakı: Mütərcim, 2004, 48 səh. (ingilis dilindən tərcümələr)
Georgi Xuqayev. Andro və Sandro (pyes). Bakı: Mütərcim, 2004, 60 səh. (rus dilindən tərcümə)
Touşan Esenova. Ali təhsilli arvad (pyes). Bakı: Mütərcim, 2004, 56 səh. (rus dilindən tərcümə)
Mar Bayciyev. Duel (pyes). Bakı: Mütərcim, 2004, 44 səh. (rus dilindən tərcümə)
Tiflissayağı boşanma (hekayələr). Bakı: Mütərcim, 2005, 52 səh. (ingilis və rus dillərindən tərcümələr)
Qrehem Qrin. Canlılar yaşayan otaq (pyes). Bakı: Mütərcim, 2005, 68 səh. (ingilis dilindən tərcümə)
Küçə tinində hadisə (hekayələr). Bakı: Mütərcim, 2006, 40 səh. (ingilis dilindən tərcümələr)
Uilyam Somerset Moem. Edvard Barnardın ruh düşkünlüyü (povest). Bakı: Mütərcim, 2006, 40 səh. (ingilis dilindən tərcümə)

Haqqında
"Akif Abbasov". Sahib Sailov. Muğanın övladları. Bakı: Gənclik, 1998
"Akif Abbasov". Əjdər Ol. Şirvana binə gəlləm. Bakı: Şirvannəşr, 1999
"Akif Abbasov". Teymur Əhmədov. XX əsr Azərbaycan yazıçıları: ensiklopedik məlumat kitabı. Bakı: Nurlar, 2004
Alim və yazıçı ömrü. Bakı: Mütərcim, 2010, 298 səh. (tərtib edənlər: L. Abbasova, B. Akifoğlu)
"Akif Abbasov". Teymur Əhmədov. “Azərbaycan yazıçıları XX-XXI yüzilliklərdə: Ensiklopedik məlumat kitabı”. Bakı: Nurlar, 2011


Tarix: 13.01.2013 / 13:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1164 Bölmə: Şairlər və Yazıçılar
loading...