Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbiətin möcüzəsi | Yarpaq

Əlinizə bircə yarpaq alın və ona diqqətlə baxın. Bu yarpaq kimyəvi proseslər nəticəsində "fotosintez" həyata keçirir. Başqa sözlə, insanların dövrümüzdə laboratoriyalarda həyata keçirə bilmədikləri bir prosesi saniyələr ərzində bacarır. Kiçik bir yarpağın sakitlik içində həyata keçirdiyi bu kimyəvi proses insanın yer üzündə həyatını davam etdirməsinin başlıca səbəblərindən biridir. Bu yarpağın təkcə 1mm2-də 500 dənə xlorofil yerləşir. Başqa sözlə, fotosintez üçün lazımlı və insanların heç cür laboratoriyalarda əldə edə bilmədikləri bu molekul bu yarpağın içində milyonlarladır. Əgər xlorofil molekulunu təhlil etmə imkanı olsaydı, daha artıq detal qarşımıza çıxardı. Xlorofilin içindəki prosesin sürəti saniyənin 10 milyonda 1-i qədərdir. Yəni yarpaqdakı suya çatan işığın subatom zərrəcikləri hərəkətə gətirməsi və onların orbitlərini dəyişdirməsi kimi mürəkkəb proses hər saniyə 10 milyon dəfə təkrar olunur. Həm də bu proses hər xlorofil molekulunda ayrı-ayrı baş verir.
Yarpaq
Bir gün Allahın diləyilə xlorofil molekulları sözügedən prosesləri həyata keçirməyi dayandırsalar və ya bitkiyə çatan işığın dalğa uzunluğu fotosintez üçün uyğun olmasa, yer üzünə oksigen verən başqa mənbə tapmaq imkanı yoxdur. Bitkilər fotosintez etməsə, insan və heyvanların tənəffüsü nəticəsində çıxan həddindən artıq karbondioksidi təkrar oksigenə çevirəcək başqa yol yoxdur. Yer üzündəki həyatı davam etdirmək üçün bir xlorofil molekulunun təsadüflərin əsəri kimi meydana gəlib havanı təmizləməsini və qida əmələ gətirməsini gözləmək, şübhəsiz, məntiqsiz olar. Çünki bu qədər mürəkkəb sistemin təsadüflərlə əmələ gəlməsi qeyri-mümkündür.Bir bitkinin karbondioksidi udaraq oksigeni havaya buraxması böyük möcüzədir. Bu qeyri-adi sistem aləmlərin Rəbbi olan Allahın böyük neməti, heyranedici əsəridir.Təmiz bir məmləkətin bitkiləri Rəbbinin iznilə çıxar. Pis bir məmləkətin bitkiləri isə yalnız çox çətinlikdə yetişər. Biz ayələrimizi şükür edən bir tayfa üçün belə müfəssəl izah edirik. (Əraf Surəsi, 58)


Tarix: 10.12.2014 / 16:56 Müəllif: Aziza Baxılıb: 80 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...