Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əncir

Tut fəslindəndir . Vətəni Suriya və Kiçik Asiya ölkələridir. Azərbaycanda bu bitki çoxdan becərilir.

Əncirin tərkibində olan şəkərlər (qlükoza, fruktoza, saxaroza, arabinoza), pektin , üzvi turşular, B1 B6 PP, S vitaminləri, karotin, pantoten və folium turşuları, kalium, kalsium, maqnezium, dəmir, alüminium, sink, silisium duzları və az miqdarda D vitamini vardır. Təzə dərilmiş əncir meyvəsi ürək xəstəliklərinin müalicəsi üçün çox faydalıdır. Bundan əlavə , əncir soyuqdəymədən baş verən tənəffüs yolları iltihabını, eləcə də öskürəyi aradan qaldırmağa kömək edir, həm də zərif işlədici və sidikqovucu təsir göstərir . Əncir doşabı qanazlığı zamanı və ümumi zəiflikdə olduqca yaxşı effekt verir. Əncirin yarpaqları da ürək xəstəlikləri üçün səmərəli dərmandır. Onların dəmləməsini qəbul etdikdə ürək ağrıları kəsilir, qan təzyiqi aşağı düşür və ürəyin fəaliyyəti tənzim olunur.

İstifadəsi: Əncirin qurudulmuş meyvələri müntəzəm yeyilir. Onun doşabını gündə 3-4 dəfə 1 xörək qaşığı qəbul edirlər. 20 qram qurudulmuş əncir yarpağını 200 milliqram suda dəmləyib suyu süzdükdən sonra gündə 3 dəfə, hər dəfə 1-2 xörək qaşığı içirlər.


Tarix: 07.01.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 472 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...