Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaragilə

İnsanın ağlını artırmaqda ikinci yeri qaragilə tutur. Qaragilədə görməni yaxşılaşdıran maddə vardır.
Qaragilə beyinin fəaliyyətini yaxşılaşdırır, sidik yollarının infeksiyasını sağaldır və hipertoniyanın qabağını alır, qan damarlarının divarlarını bərkidir, ömrü uzadır.
Qerpesdə qaragilənin meyvəsindən və ya yarpaqlarından 1-2 çay qaşığı götürüb üstünə 1 stəkan qaynar su töküb 10 dəq qaynatmaq, 1 saat dəmləmək, süzmək. Yeməkdən 30 dəq qabaq gündə 3 dəfə 1-3 x.qaşığı qəbul etmək.
İshal zamanı 4 ç.qaşığı qaragilənin quru meyvələrinin üstünə 1 stəkan soyuq su töküb 8 saat dəmləmək. Gün ərzində qurtum-qurtum içmək.
Qaragilənin quru yarpaqlarından 1 x.qaşığı 1 stəkan qaynar su ilə 40 dəq bükərək dəmləmək, süzmək. Gündə 3 dəfə, hər dəfə 1 stəkan soyudulmuşunu qurtum-qurtum içmək. Şəkərin başlanğıc dövründə istifadə etmək sərfəlidir.
Göz zəifliyində qaragilə meyvələrinin təzəsini yemək, qış üçün qurutmaq, kompot bişirmək, şəkərlə yemək. Bu gözlər üçün çox faydalıdır.
Qızdırma zamanı 2 x.qaşığı qaragilə meyvəsi və yarpağından 2 stəkan qaynar suda axşamdan termosda dəmləmək, süzmək. Yeməkdən 30 dəq qabaq gündə 4 dəfə 100 ml qəbul etmək lazımdır.

Podaqra (duz yığılması) xəstəliyində:

1. 1-2 çay qaşığı qaragilə meyvəsinin üzərinə 1 stəkan qaynar su töküb 3-4 saat dəmləmək, süzmək. Gündə 4-5 dəfə, hər dəfə ¼ stəkan içmək məsləhətdir.

2. Qaragilənin meyvələrini mövsüm ərzində təzə-təzə çox miqdarda yemək yaxşı nəticə verir.

Mədə-bağırsaq sisteminin iltihabında və diabetdə 5 qr əzilmiş qaragilənin meyvələrini 200 ml qaynar suda dəmləmək. Bunu gün ərzində qəbul etmək lazımdır. 1 kq qaragilə meyvələrini 1,2 kq şəkərlə qarışdırıb şüşə bankada, şüşə qapaqla bağlayaraq sərin yerdə saxlamaq. Yazın başlanğıcında 30-40 qr gündə 2 dəfə qəbul etmək səmərəlidir.


Tarix: 22.08.2012 / 03:21 Müəllif: [Ram] Baxılıb: 651 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...